30 aprel 2014 il
Sağlamlıq imkanları məhdud gənclər üçün bir günlük simvolik hərbi xidmət təşkil edilib

Aprelin 30-da Müdafiə Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud olan bir qrup gənc üçün bir günlük simvolik əsgəri hərbi xidmət təşkil edilib.
İlk olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sabunçu rayonunda yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində ölkənin 20 rayonunu təmsil edən 29 nəfər gənc (5 nəfər I qrup, 11 nəfər II qrup, 13 nəfər III qrup əlil) hərbi forma geyinərək təntənəli surətdə "həqiqi bərbi xidmətə" yola salınıb............Davamı

 

 

30 aprel 2014 il
Müdafiə Nazirliyinin nümayəndə heyəti Braziliyada işgüzar səfərdə olub

Braziliya Federativ Respublikasının Müdafiə Nazirliyinin rəsmi dəvətilə 28-29 aprel tarixlərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Braziliyada işgüzar səfərdə olub.
Səfər çərçivəsində Braziliyanın Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri komandanlıqlarında, eləcə də Müdafiə Sənayesi Katibliyində görüşlər keçirilib, tərəflərin Müdafiə qurumları arasında hərbi, hərb-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb və əsas istiqamətləri müəyyən edilib...........Davamı

 

 

30 aprel 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Baş Qərvənd, Şıxlar kəndləri yaxınlığında, Göygöl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

29 aprel 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Serbiya Respublikasının keçmiş Prezidentini qəbul edib

Aprelin 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edən Serbiya Respublikasının keçmiş Prezidenti cənab Boris Tadiçi qəbul edib.
Müdafiə naziri qonaqla Azərbaycan-Serbiya ikitərəfli hərbi əməkdaşlıq, regiondakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məsələləri müzakirə edib...........Davamı

 

 

 

 

 

29 aprel 2014 il
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin pentatlon yarışları sona çatıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrdə idman yarışlarının keçirilməsi haqqında illik əmrinə əsasən hərbi qulluqçular arasında pentatlon (beşnövçülük) yarışları keçirilib.
Yarışlarda ayrı-ayrı qoşun növlərində və birləşmələrdə xidmət edən idmançılar fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıb.
14 komanda iki qrupda təmsil olunmaqla 81 hərbi qulluqçu manelər zolağının dəf edilməsi, qumbaraatma, maneələrlə üzmə, atış və kross növləri üzrə güclərini sınayıb...........Davamı

 

 

 

29 aprel 2014 il
Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclası keçirilib

Aprelin 29-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclası keçirilib.
Toplantıda Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, Müdafiə Nazirliyinin baş idarə, idarə və müstəqil xidmət rəisləri, birlik komandirləri, qərargah rəisləri və digər məsul zabitlər iştirak edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən həyata keçirilən islahat və quruculuq işləri barədə, həmçinin dövlət rəhbərliyinin ordu quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələr haqqında danışılıb, xidməti məsələlər müzakirə edilib..............Davamı

 

29 aprel 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 27 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında, Göygöl və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

28 aprel 2014 il
Müdafiə Nazirliyinin nümayəndə heyəti Braziliyada işgüzar səfərdədir

Braziliya Federativ Respublikasının Müdafiə Nazirliyinin rəsmi dəvətilə 28-29 aprel tarixlərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Braziliyaya işgüzar səfərə gedib.
Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfovun rəhbərliyi ilə keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi sahədə əlaqələrin yaradılması, hərbi əməkdaşlığın istiqamətləri və perspektivlərinin müəyyənləşdirilməsi barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.

 

 

 

28 aprel 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

27 aprel 2014 il

Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Baş Qərvənd, Şıxlar, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

26 aprel 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Aprelin 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Möhsün Pakayini qəbul edib.
Görüşdə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İrana rəsmi səfərinin nəticələri müzakirə edilib, bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə İran İslam Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşesi polkovnik Əmir Fərəci Moez iştirak edib............Davamı

 

 

 

26 aprel 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Aprelin 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Santiaqo Luis Bento Fernandez Alkasarı qəbul edib.
Görüşdə ölkələrimiz arasındakı münasibətlər, regional problemlər və bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli hərbi əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb............Davamı

 

 

 

26 aprel 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

25 aprel 2014 il
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Albert Aqarunovun anadan olmasının 45 illik yubileyi keçirilib

Aprelin 25-də Müdafiə Nazirliyi Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Milli Qəhrəman Albert Aqarunovun anadan olmasının 45 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Tədbirin keçirilməsinə Suraxanı və Şuşa rayonları İcra Hakimiyyətləri, "Səbail tank taboru" və Dağ Yəhudiləri Dini İcması yaxından köməklik göstəriblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyublar............Davamı

 

 

 

25 aprel 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar və Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Sarıcalı, Baş Qərvənd, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

24 aprel 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak edir

Aprelin 24-də Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə Gelibolu yarımadasındakı Tarixi Milli Parkda yerləşən Şəhidlər abidəsi önündə beynəlxalq anma mərasimi keçirilib.
30 ölkənin müdafiə naziri, diplomatik nümayəndəliklərinin təmsilçiləri və digər qonaqların iştirakı ilə keçirilmiş tədbirdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib.
Mərasim Çanaqqala döyüşündə iştirak etmiş ölkələrin hərbi formalarını geyinmiş əsgərlərin dövlət bayraqları ilə keçidi, döyüşlərdə həyatını itirmiş hərbi qulluqçuların xatirəsinin ehtiramla yad edilməsi, abidə önünə gül çələnglərinin düzülməsi və yaylım atəşlərinin açılması ilə başlayıb...........Davamı

 

 

 

 

 

24 aprel 2014 il
Əsgərimiz düşmən gülləsindən yaralanıb

Aprelin 23-ü saat 20:40 radələrində Qəbələ rayonundan hərbi xidmətə çağırılmış N saylı hərbi hissənin əsgəri 1994-cü il təvəllüdlü Məcidov Elnur Əli oğlu döyüş növbətçiliyi çəkərkən düşmən gülləsinə tuş gəlib.
Yaralı əsgər ağır vəziyyətdə hospitala yerləşdirilib.

 

24 aprel 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 30 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şirvanlı, Qaraqaşlı, Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

23 aprel 2014 il
Əli Ağa Şıxlinskinin ad günü münasibətilə xatirə mərasimi keçirilib

Aprelin 23-də tam artilleriya generalı Əli Ağa Şıxlinskinin ad günü münasibətilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xatirə mərasimi keçirilib.
Əvvəlcə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, veteranlar və digər qonaqlar Əli Ağa Şıxlinskinin, onun həyat yoldaşı Nigar xanımın məzarlarını ziyarət edərək Müdafiə Nazirliyi adından məzarlar önünə əklil və gül dəstələri qoyulublar. Sonra tədbir Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində davam edib..........Davamı

 

 

 

 

23 aprel 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

22 aprel 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Azərbaycan-ABŞ iş planına əsasən 2014-cü ilin aprel ayının 23-dən 2015-ci ilin yanvar ayının 16-dək San Antonio şəhərində (ABŞ) ingilis dili təlimatçıları üçün təməl kursu və aprel ayının 23-dən may ayının 1-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) Dil standartları və qiymətləndirmə seminarı keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

22 aprel 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Yusifcanlı, Qaraqaşlı, Sarıcalı, Cəvahirli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

21 aprel 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə Respublikasına səfər edəcək

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə keçiriləcək anma mərasimində iştirak etmək üçün aprelin 23-də Türkiyə Respublikasına səfər edəcək.
Səfər aprelin 25-dək davam edəcək.

 

21 aprel 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Qazaxıstan Respublikasının Müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Qazaxıstan Respublikasının Müdafiə naziri cənab Serik Axmetovu qəbul edib.
Cənab S.Axmetovun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.............Davamı

 

 

21 aprel 2014 il
Qazaxıstan Respublikası Müdafiə nazirinin Azərbaycan Respublikasına rəsmi səfəri başlayıb

Aprelin 21-də Qazaxıstan Respublikasının Müdafiə naziri cənab Serik Axmetovun Azərbaycan Respublikasına rəsmi səfəri başlayıb.
Səfər proqramı çərçivəsində cənab S.Axmetovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşü, Silahlı Qüvvələrin Hərbi Akademiyası və H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı gözlənilir.
Səfər aprelin 22-dək davam edəcək.

 

21 aprel 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

20 aprel 2014 il

Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

19 aprel 2014 il
Cəmşid Naxçıvanski adına Hərbi Lisey Gününə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun çıxışı

 

19 aprel 2014 il
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Hərbi Lisey Günü"nə həsr olunmuş təntənəli mərasim keçirilib

Aprelin 19-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Hərbi Lisey Günü"nə həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbir Hərbi Liseyin 1971-ci ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən yaradıldığını bildirən xatirə lövhəsinin açılışı və Cəmşid Naxçıvanskinin büstü qarşısına gül buketinin qoyulması ilə başlayıb.
Sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin səxsi heyəti ilə görüşdüyü və təhsil müəssisəsinə Bayraq təqdim etdiyi 19 aprel gününün "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü" kimi qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub. ............Davamı

 

 

 

19 aprel 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri ABŞ konqresmenlərindən ibarət nümayəndə heyətini qəbul edib

Aprelin 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri cənab Ed Roysun rəhbərlik etdiyi konqresmenlərdən ibarət nümayəndə heyətini qəbul edib.
Müdafiə naziri qonaqları salamlayaraq Azərbaycan-ABŞ hərbi əlaqələrinin müxtəlif proqramlar çərçivəsində uğurla davam etdiyini, terrorizmə qarşı mübarizə və NATO-nun Əfqanıstanda həyata keçirdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üzrə əməliyyatlarına Azərbaycan Respublikası Sülhməramlı qüvvələrinin verdiyi töhfəni xüsusi vurğulayıb.............Davamı

 

 

 

19 aprel 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Sarıcalı, Cəvahirli, Yusifcanlı, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Füzuli və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

18 aprel 2014 il
Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələri Komandanının rəhbərlik etdiyi nümayəndə heyətinin Müdafiə Nazirliyində görüşləri keçirilib

Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələri Komandanı aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyətinin aprelin 18-də Müdafiə Nazirliyində qarşılanma mərasimi keçirilib.
Rəsmi protokola uyğun olaraq qonaq ürək sözlərini "Şərəf Kitabı"na qeyd edib.
Sonra Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Ramiz Tahirov Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanını qəbul edib.
Görüş zamanı hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib, Azərbaycan-Pakistan qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin keçirilməsinin zəruriliyi vurğulanıb..............Davamı

 

 

 

18 aprel 2014 il
Qazaxıstan Respublikası Müdafiə nazirinin Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır

Aprelin 21-də Qazaxıstan Respublikasının Müdafiə naziri cənab Serik Axmetovun Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.
Səfər proqramı çərçivəsində cənab S.Axmetovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşü, Silahlı Qüvvələrin Hərbi Akademiyası və H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı gözlənilir.
Səfər aprelin 22-dək davam edəcək.

 

 

 

 

18 aprel 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü"nün qeyd edilməsi haqqında əmr imzalayıb

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin səxsi heyəti ilə görüşdüyü və təhsil müəssisəsinə Bayraq təqdim etdiyi 19 aprel gününün tarixi əhəmiyyətini nəzərə alaraq həmin gün "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü" kimi qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Müdafiə nazirinin digər əmrinə əsasən Hərbi Liseyin ilk buraxılışının 40 illik yubileyinin keçirilməsinin təşkili üzrə Təşkilat Komitəsi yaradılıb, ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanıb və təsdiq edilib.

 

 

18 aprel 2014 il
Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən genişmiqyaslı hərbi təlimlər sona çatıb

2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən genişmiqyaslı hərbi təlimləri yekunlaşıb.
Qeyd edək ki, təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin 20.000 (iyirmi minə) yaxın şəxsi heyəti, 400-dən çox zirehli texnikası, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən, xüsusi təyinatlı qüvvələr cəlb olunmuşdur................Davamı

 

 

 

18 aprel 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Cəbrayıl və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

17 aprel 2014 il
Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən genişmiqyaslı hərbi təlimlərin aktiv fazası başa çatıb

2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən genişmiqyaslı hərbi təlimlərin aktiv fazası yekunlaşıb.
Təlimlərdə Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin 20.000 (iyirmi minə) yaxın şəxsi heyəti, 400-dən çox zirehli texnikası, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən, xüsusi təyinatlı qüvvələr iştirak edib..............Davamı

 

17 aprel 2014 il
Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələri Komandanının Azərbaycan Respublikasına rəsmi səfəri başlayıb

Aprelin 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin Komandanı aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümumilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.............Davamı

 

 

 

17 aprel 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 28 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Qazax rayonunun Qaymaqlı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qorqan, Horadiz, Ağdam rayonunun Sarıcalı, Novruzlu, Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

16 aprel 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə genişmiqyaslı hərbi təlimlər keçirilir

2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikası ərazisində genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin şəxsi heyəti, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən yeni, ən müasir standartlara uyğun zirehli texnika cəlb olunub.
Təlimlərdə Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılacaq, döyüş texnikalarının, həmçinin müasir silahların tətbiqi imkanları öyrəniləcək, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, eyni zamanda döyüş əməliyyatlarının müxtəlif mərhələlərində qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetiriləcək.

 

16 aprel 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Baş Qərvənd, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

15 aprel 2014 il
Müdafiə nazirinin İran İslam Respublikasına rəsmi səfəri başa çatıb

İran İslam Respublikasında iki günlük rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 15-də günün ikinci yarısında Bakıya qayıdıb.

 

15 aprel 2014 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 15-də Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

15 aprel 2014 il
Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələri Komandanının Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır

Aprelin 16-da Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin Komandanı aviasiya marşalı Tahir Rafiq Battın Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.
Səfər çərçivəsində aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyətinin Müdafiə Nazirliyində görüşləri, Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.
Səfər aprelin 19-dək davam edəcək.

 

 

 

15 aprel 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək

Azərbaycan-ABŞ iş planına əsasən 2014-cü ilin aprel ayının 16-dan 2015-ci ilin yanvar ayının 9-dək San Antonio şəhərində (ABŞ) Rabitə kapitanlarının karyera kursu keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

15 aprel 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 31 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq və Əlibəyli kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Cəvahirli, Tərtər rayonunun Çaylı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

14 aprel 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Tehranda rəsmi səfərdədir

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə Tehranda rəsmi səfərdədir.
Aprelin 14-də İran İslam Respublikasının Müdafiə Nazirliyində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun qarşılanma mərasimi olub.
Sonra iki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşü zamanı regional təhlükəsizlik və digər məsələlər müzakirə edilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi səfəri aprelin 15-dək davam edəcək.

 

 

 

14 aprel 2014 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 15-də Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.

 

14 aprel 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Şirvanlı, Novruzlu, Baş Qərvənd, Kəngərli, Şuraabad, Şıxlar, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

13 aprel 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Yusifcanlı, Qaraqaşlı, Sarıcalı, Baş Qərvənd, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, Xocavənd və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

12 aprel 2014 il
Azərbaycan Respublikasının NATO-nun "Sülh naminə Tərəfdaşlıq" proqramına qoşulmasının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

2014-cü il Azərbaycan Respublikasının NATO-nun "Sülh naminə Tərəfdaşlıq" (SNT) proqramına qoşulmasının 20-ci ildönümü ilə əlaqədar cari ilin 11-12 aprel tarixlərində Bakı şəhərində Azərbaycanın Xarici İşlər Nazirliyinin və Azərbaycanın NATO Beynəlxalq Məktəbinin (NİSA) dəstəyi ilə "SNT-nin 20-ci ildönümü və NATO-nun gələcək tərəfdaşları" adlı yüksək səviyyəli konfrans keçirilib.
Tədbirdə NATO üzv və tərəfdaş dövlətlərin rəsmiləri, NATO-nun müvafiq hərbi strukturlarından ali rütbəli hərbi nümayəndələr, Xarici İşlər Nazirliyinin, Azərbaycanın NATO Beynəlxalq Məktəbinin (NİSA), Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər qurumların nümayəndələri iştirak edib.
Aprelin 12-də Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin direktoru - qərargah rəisinin müavini general-mayor Haluk Çətinqaya və polkovnik Yusuf Bayazid ilə görüş keçirib.
Görüş zamanı NATO ilə tərəfdaşlığın cari vəziyyəti və gələcək inkişaf yolları müzakirə olunub.

 

12 aprel 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Qaraqaşlı, Sarıcalı, Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

11 aprel 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Aprelin 13-dən 17-dək Sofiya şəhərində (Bolqarıstan) Silahların ixracına nəzarət üzrə tanışlıq səfəri, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən aprelin 13-dən 25-dək İzmir şəhərində (Türkiyə) uçuş təhlükəsizliyi kursu, aprelin 14-dən 16-dək Azərbaycan-Fransa müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planına əsasən Saumur şəhərində (Fransa) Fransanın Baş Qərargah Akademiyasına ziyarət və Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən Bakı şəhərində Hərbi Dəniz Qüvvələri üzrə seminar keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

11 aprel 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Şuraabad, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

10 aprel 2014 il
Kütləvi informasiya vasitələrinin nümayəndələri ilə Azərbaycan Respublikası Sülhməramlı qüvvələrinin bir qrup şəxsi heyətinin görüşü təşkil edilib

Bu gün, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı kontingentinin xidmətini başa vuraraq aprelin 9-da Vətənə qayıtmış bir qrup hərbi qulluqçusu ilə kütləvi informasiya vasitələri nümayəndələrinin görüşü təşkil edilib.
Görüş zamanı hərbi qulluqçularımız sülhməramlı əməliyyatlarda iştirakları barədə təəssüratlarını bölüşmüş, Azərbaycan Respublikasının NATO-nun Əfqanıstanda apardığı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatına hərbi sahədə verdiyi töhfədən söz açmış və televiziya kanallarına müsahibələr vermişlər............Davamı

 

 

 

10 aprel 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri İran İslam Respublikasına rəsmi səfər edəcək

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə 14-15 aprel 2014-cü il tarixlərində İran İslam Respublikasına rəsmi səfər edəcək.
Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi, regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

 

 

 

 

10 aprel 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

9 aprel 2014 il
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Vətənə qayıdıb

Aprelin 9-da Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 34 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıtmışdır.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.
Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir............Davamı

 

 

 

9 aprel 2014 il
Yaralıların vəziyyəti stabildir, xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur

Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan və hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyyə olunaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilən hərbi qulluqçuların vəziyyəti barədə Azərbaycan Respublikasının Silahlı Qüvvələrin baş cərrahı, polkovnik Famil BABAYEVin açıqlaması:
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə Silahlı Qüvvələrin baş cərrahı və baş reanimotoloqu hadisə bölgəsinə yollanıblar.
Yaralıların hamısına yerində baxış keçirilib. Xəsarət alanlar çox qısa müddətdə bölgədəki müalicə müəsissəsinə çatdırılıblar, hər birinə vaxtında müvafiq yardımlar göstərilib.
Yaralılara daha ixtisaslaşdırılmış yardımın göstərilməsi məqsədilə onlar sanitar aviasiya vasitəsilə Silalhli Qüvvələrin Baş Klinik Hospitalına təxliyyə olunub.............Davamı

 

9 aprel 2014 il
Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi cəbhə bölgəsindədir

Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.
Səfərin məqsədi təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır.

 

9 aprel 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

8 aprel 2014 il
Məlumat

Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlamasının nəticələrini şəxsən araşdırmaq üçün bu gün hadisə yerində olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və bir qrup zabit heyəti Bakıya qayıdıb.
İlkin araşdırmaya görə partlamaya müharibə dövründən qalma tankəleyhinə mina səbəb olub. Mina çox dərində yerləşdiyindən, onun xüsusi avadanlıqla aşkar edilməsi mümkün olmamış, ərazidə aparılan qazıntı nəticəsində partlayış baş vermişdir.
Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Müdafiə Nazirliyi rəhbərliyi həlk olan hərbi qulluqçuların valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

 

8 aprel 2014 il
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasının açılış mərasimində çıxışı

 

8 aprel 2014 il
Bakı şəhərində MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib

Aprelin 8-də Bakı şəhərində MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikası, Rusiya Federasiyası, Belarus Respublikası, Qazaxıstan Respublikası və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyətləri iştirak edib............Davamı

 

 

 

8 aprel 2014 il
Məlumat

Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan hərbi qulluqçular Musayev Bəhruz Məhəmmədəli oğlu və Talıbov Emin Talıb oğlu hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyyə olunub.
Təcili təxirəsalınmaz yardım göstərilməsi üçün yaralılar Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.
Hazırda Müdafiə naziri general-polkovnik Zakir Həsənov hadisə yerindədir.
Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

 

8 aprel 2014 il
Məlumat

Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb...........Davamı

 

8 aprel 2014 il
Məlumat

Aprelin 7-də Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Balıyev Natiq Bəşir oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Kütləvi İnformasiya Vasitələrində yayılan məlumatlarda onun ölümünə səbəb kimi guya vəzifəsinin aşağı salındığı qeyd olunur.
Müdafiə Nazirliyi bildirir ki, mərhum polkovnik-leytenant N.Balıyev 12.07.2013-cü il tarixində Müdafiə Nazirliyində yuxarı vəzifəyə təyin olunub, xidməti nəzərə alınaraq ona 11.01.2014-cü ildə növbəti "polkovnik-leytenant" hərbi rütbəsi verilib. Eyni zamanda Polkovnik-leytenant N.Balıyev nazirlik tərəfindən 22.01.2014-cü tarixdə Bakı şəhərində 3 otaqlı xidməti mənzillə təmin edilib. Hadisə də məhz ona verilmiş xidməti mənzildə baş verib.
Tarixlərdən göründüyü kimi mərhum N.Balıyevə Müdafiə Nazirliyi tərəfindən diqqət və qayğı göstərilib.
Müdafiə Nazirliyi dəqiqləşdirilmədən yalan məlumat yayan şəxsləri qınayır və ordu haqqında məlumat verərkən həssas yanaşılmasını tövsiyə edir.

 

8 aprel 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək

Aprelin 9-dan 12-dək İstanbul şəhərində (Türkiyə) Beynəlxalq Hərbi Hava Qüvvələri tarixi simpoziumu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

8 aprel 2014 il

Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Nəmirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

7 aprel 2014 il
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətinin Müdafiə Nazirliyində görüşləri keçirilib

Aprelin 7-də Müdafiə Nazirliyində Azərbaycana rəsmi səfərə gəlmiş Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeriy Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətinin qarşılanma mərasimi keçirilib.
Ordu generalı V.Gerasimov fəxri qarovul dəstəsinin önündən keçib və hər iki ölkənin dövlət himni səsləndirilib. Rəsmi protokola uyğun olaraq qonaq "Şərəf Kitabı"nda ürək sözlərini qeyd edib.
Sonra Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib...........Davamı

 

 

 

7 aprel 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Nəmirli, Şıxlar, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında Göygöl və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

6 aprel 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Tərtər rayonunun Qızıl Oba, Çiləbürt, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

5 aprel 2014 il
Məlumat

Aprelin 7-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeriy Gerasimov Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeriy Gerasimovun rəsmi səfəri aprelin 8-dək davam edəcək.

***

Aprelin 8-də Bakı şəhərində MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasının keçirilməsi planlaşdırılır.

 

5 aprel 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

4 aprel 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Aprelin 6-dan 10-dək Belqrad şəhərində (Serbiya) "Yeni tələbələr, yeni metodlar və yeni qiymətləndirmə" mövzusunda seminar və Azərbaycan-Çexiya ikitərəfli əməkdaşlıq planına əsasən aprelin 7-dən 8-dək Bakı şəhərində insan ehtiyatlarının idarə edilməsi və zabit karyerasının inkişafı üzrə təcrübə mübadiləsi keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

4 aprel 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

3 aprel 2014 il
Məlumat

Son günlər keçmiş döyüşçülər, müxtəlif veteran təşkilatları Silahlı Qüvvələrimizə dəstək ifadə edərək torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdə xidmət keçən şəxsi heyətə dayaq olacaqları ilə bağlı rəsmi və kütləvi informasiya vasitələrilə Müdafiə Nazirliyinə xeyli sayda müraciətlər ünvanlayıblar.
Bu proses əsasən cari ilin əvvəlindən düşmən tərəfindən atəşkəs rejiminin pozulması intensivliyinin artması nəticəsində müşahidə olunan gərginlikdən sonra daha da çoxalmışdır.
Bu məzmunlu müraciətlər bu gün də Müdafiə Nazirliyinə daxil olmaqdadır və onlar diqqətlə nəzərdən keçirilir.
Onu da bildiririk ki, yaş həddi, sağlamlığı, hərbi hazırlığı və nizam-intizamı yüksək olan, ixtisaslı hərbi vəzifəlilər ehtiyac olduğu halda, qanunvericiliyin tələblərinə uyğun mütəmadi olaraq Silahlı Qüvvələr sıralarına çağırılır..........Davamı

 

3 aprel 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

2 aprel 2014 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 2-də Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

2 aprel 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

1 aprel 2014 il
Əsgərimiz şəhid olub

Aprelin 1-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.
Nəticədə Silahlı Qüvvələrimizin əsgəri Baxşıyev Akif Aydın oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olmuşdur.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

 

1 aprel 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Necdet Özeli qəbul edib.
Ordu generalı N.Özelin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda Ümumilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını, o cümlədən Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Sonra ordu generalı N.Özelin Müdafiə Nazirliyində qarşılanma mərəsimi keçirilib. Rəsmi protokola uyğun olaraq Silahlı Qüvvələrin Baş Qərargah rəisi "Şərəf Kitabı"nda ürək sözlərini qeyd edib...........Davamı

 

1 aprel 2014 il
Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi cəbhə bölgəsində səfərdədir

Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.
Səfərin məqsədi təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır.

 

1 aprel 2014 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 2-də Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Yevgeni Şarov keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və Piter Svedberq keçirəcəklər.

 

1 aprel 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.