31 yanvar 2013 il
Mətbuat Xidmətinin məlumatı

«Ehtiyatda və istefada olan zabitlər» İctimai Birliyinin keçirdiyi mətbuat konfransında döyüş bölgəsində xidmət edən zabitlərin pul təminatının əsassız şəkildə azaldıldığı qeyd edilir. Mətbuat Xidməti bildirir ki, tədbirdə səslənən fikirlər həqiqəti əks etdirmir və bir sıra hallarda şişirdilmiş «faktlarla» ictimai rəydə çaşqınlıq yaradılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun 1998-ci il tarixli qərarı ilə hərbi qulluqçuların vəzifə maaşları orta hesabla 3.5, hərbi rütbəyə görə maaşlar isə orta hesabla 2 dəfə artırılmışdır. Həmin qərarla da döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların vəzifə və rütbə maaşları ikiqat həcmdə ödənilməyə başlanılmışdır.
Bildiririk ki, Nazirlər Kabinetinin bu qərarı təkcə Müdafiə Nazirliyinə deyil, həm də döyüş əməliyyatlarında iştirak etmiş digər güc strukturlarının hərbi qulluqçularına da şamil olunmuşdur. Müdafiə Nazirinin müvafiq əmri də məhz Nazirlər Kabinetinin həmin qərarına əsaslanmışdır. Beləliklə, adı çəkilən normativ hüquqi aktların qəbul edilməsi nəticəsində döyüş bölgəsində xidmət edən hərbi qulluqçuların pul təminatı nəinki azalmış, əksinə orta hesabla 2.5 dəfə artmışdır.
Bu səbələrə görə də ictimai birliyin Müdafiə Nazirliyinə qarşı qaldırdığı iddialar məhkəmələr tərəfindən rədd edilmişdir.

 

31 yanvar 2013 il
"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI

 

31 yanvar 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Mərzili, Qaraqaşlı, Şirvanlı, Şıxlar və Sarıcalı, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

30 yanvar 2013 il
Azərbaycan-Pakistan işçi qrupunun 4-cü görüşü keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan-Pakistan işçi qrupunun 4-cü görüşü keçirilib. Görüşə Azərbaycan tərəfindən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov, Pakistan tərəfindən isə Birləşmiş Qərargahın Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru general-mayor Tariq Qafur rəhbərlik edib.
Azərbaycan-Pakistan işçi qrupunun 4-cü görüşündə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın qarşılıqlı fayda verəcəyi vurğulanıb, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb. Görüşün gündəliyinə çıxarılan mövzular üzrə müzakirələrin yekununda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında 2013-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb.

 

30 yanvar 2013 il
Bəyanata qoşulan hərbi qulluqçuların sayı 10805-ə çatdı

26 yanvar 2013-cü il tarixdə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçunun imzaladığı məlum bəyanata bu günədək 10805 hərbiçi qoşulub.

 

30 yanvar 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Şıxlar, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

29 yanvar 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

28 yanvar 2013 il
Daha 1300 hərbi qulluqçu bəyanata qoşulub

26 yanvar 2013-cü il tarixdə bir qrup hərbi qulluqçunun məlum bəyanatına Şəmkir bölgəsi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xidməti fəaliyyət göstərən daha 1300 hərbiçi qoşulub.

 

28 yanvar 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Qaraqaşlı, Cəvahirli kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

26 yanvar 2013 il
BİR QRUP HƏRBİ QULLUQÇUNUN BƏYANATI

Biz Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları olaraq qarşımıza qoyulan tapşırıqları yerinə yetirməklə, ordumuzun günü-gündən güclənməsinə, torpaqlarımızı düşməndən mühafizə etməklə məşğul olduğumuz halda belə bir bəyanatla çıxış etməyə məcbur qalırıq. Əlbəttə, səbəbsiz deyil. Azərbaycan Ordusunun inkişafı deyəsən, daxildəki bəzi üzdəniraq ünsürləri də narahat etməyə başlayıb. Münasibətimiz bir qədər sərt səslənsə də, ancaq deməliyik ki, onların qarayaxmaları, gerçəkdən uzaq fikirləri, orduya qarşı anlaşılmaz hücumları qarşısında başqa ifadələr tapmaqda çətinlik çəkirik. Hazırda açıq dünyada yaşayırıq. Bu şəxslər unudurlar ki, onların hər hansı yanlış və uydurma mülahizələrindən düşmən məharətlə istifadə edir. Bunlar kimə lazımdır? Nə üçün adlarını «hərbi ekspert» qoyan bəzi adamlar bu cür anti-milli və anti-dövlət çağırışlara imza atırlar?! Biz bundan çox üzülürük. Axı ordumuz onların qələmə verdiyi şəkildə deyil. Son illər baş verən tərəqqini görməmək və yaxud görüb onu qiymətləndirməmək ən bağışlanılmaz haldır.........Davamı

 

26 yanvar 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

25 yanvar 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Mərzili və Cəvahirli, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

24 yanvar 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

23 yanvar 2013 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 23-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndinin 2,5 km şərq istiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

23 yanvar 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Qızıl Oba, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

22 yanvar 2013 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 23-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndinin 2,5 km şərq istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Yevgeniy Şarov keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Xristo Xristov və şəxsi köməkçisi Uilyam Prayor keçirəcəklər.

 

22 yanvar 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

21 yanvar 2013 il
Mətbuat xidmətinin məlumatı

Mətbuat xidməti xəbər verir ki, N saylı hərbi hissənin əsgəri Namazlı Ülvi Eldəniz oğlunun sosial şəbəkələrdə paylaşdığı foto görüntülərlə bağlı araşdırmaya başlanılıb. İlkin məlumata görə, eyni çağırışdan və eyni bölgədən olan əsgərlərin Gəncə şəhərinə istəklərini ifadə etmək üçün belə vasitəyə əl atdıqları bildirilir. Buna baxmayaraq, Müdafiə Nazirliyi Hüquq İdarəsinin apardığı araşdırmanın nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq.
Bəzi informasiya vasitələrində əsgər Namazlı Ülvinin zabit qismində təqdim edilməsinin də yanlış olduğunu diqqətə çatdırırıq.

 

21 yanvar 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan və İcevan rayonunun Berkaber kəndlərində, Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Sarıcalı və Qaraqaşlı, Tərtər rayonunun Göyarx və Çaylı, Füzuli rayonunun Horadiz, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

19 yanvar 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Sarıcalı, Şıxlar kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

18 yanvar 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Cəvahirli, Goranboy rayonunun Tapqaraqoyunlu və Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

17 yanvar 2013 il
Azərbaycan Respublikasının müdafiə naziri ABŞ Müdafiə Katibinin siyasi məsələlər üzrə baş köməkçisinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə Katibinin siyasi məsələlər üzrə baş köməkçisinin müavini, xanım Ketlin Hiksin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Müxtəlif sahələr üzrə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafını qeyd edən nazir hərbi əməkdaşlıq sahəsində də əldə edilən müsbət nəticələrdən söhbət açıb.
Görüş zamanı müdafiə sahəsindəki əlaqələr barədə də geniş fikir mübadiləsi aparılıb. Nazir Səfər Əbiyev regionda hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll edilməməsinin səbəbləri haqda qonağı məlumatlandırıb. Nazirin sözlərinə görə, münaqişənin həll olunmaması bütövlükdə bölgədəki vəziyyəti təhlükə altında saxlayır.
Görüş zamanı xanım Hiks Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakından və terrorizmə qarşı mübarizədə birgə fəaliyyətindən məmnunluğunu qeyd edərək ABŞ-ın bundan sonra da bir sıra vacib məsələlərdə Azərbaycanla strateji əməkdaşlığı davam etdirmək niyyətində oldugunu vurğulayıb.
Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar iştirak edib.

 

17 yanvar 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Qaraqaşlı, Baş Qərvənd, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında, Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

16 yanvar 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Qaraqaşlı və Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

15 yanvar 2013 il
Azərbaycan Respublikasının müdafiə naziri İndoneziya Müdafiə Nazirliyinin baş katibini qəbul edib

Yanvarın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İndoneziya Müdafiə Nazirliyinin baş katibi marşal Eris Herryantonu qəbul edib. Ölkələrarası hərbi əməkdaşlığın qurulması və inkişaf etdirilməsi görüşün əsas müzakirə mövzusu olub. Müdafiə naziri Səfər Əbiyev qonağı həmçinin bölgədə hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məlumatlandırıb.
Baş katib ölkəsi adından Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib.
Görüş zamanı yaxın vaxtlarda İndoneziya ilə Azərbaycan respublikaları arasında hərbi əməkdaşlıq sazişinin imzalanması qərara alınıb.
Görüşdə İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Raden Proyono Atiyanto iştirak edib.

 

15 yanvar 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində, Ağdam rayonunun işğal olunmuş Mərzili və Şuraabad, Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli, Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

14 yanvar 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili və Cəvahirli, Füzuli rayonunun Qorqan və Horadiz, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

12 yanvar 2013 il

Erməni silahlı bölmələri bu gecə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

11 yanvar 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Şirvanlı və Şuraabad, Füzuli rayonunun Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

10 yanvar 2013 il
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun bəyənatı

Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılmış Ceyhun Zaman oğlu Qubadovun 7 yanvar 2013-cü il tarixdə ölümü ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Baş vermiş ölüm faktı ilə bağlı istintaqın gedişatı xüsusi nəzarətə götürülmüşdür.
Bununla əlaqədar Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbər əməkdaşları müvafiq araşdırmaların aparılması məqsədi ilə bölgəyə ezam olunmuşlar.
Cinayət işi üzrə istintaq-əməliyyat qrupu tərəfindən qısa müddət ərzində tam, hərtərəfli istintaq aparılmaqla təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması təmin olunacaq və bu barədə ictimaiyyətə məlumat veriləcəkdir.

 

10 yanvar 2013 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 10-da Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndinin cənub-şərq istiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

10 yanvar 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca, Ağdam rayonunun Şıxlar və Şuraabad kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

9 yanvar 2013 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 10-da Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndinin cənub-şərq istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin şəxsi köməkçisi Uilyam Prayor və səhra köməkçisi Yevgeniy Şarov keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov keçirəcəklər.

 

9 yanvar 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Çaylı, Ağdam rayonunun Şıxlar və Şuraabad, Füzuli rayonunun Qorqan və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

8 yanvar 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində, Ağdam rayonunun işğal olunmuş Şıxlar və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

7 yanvar 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Qızıloba, Çaylı, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

5 yanvar 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

4 yanvar 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili və Yusifcanlı, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

3 yanvar 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar və Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

2 yanvar 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Yusifcanlı, Qaraqaşlı, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.