30 sentyabr 2013 il
"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI

 

30 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Mərzili, Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

29 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Aşağı Veysəlli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

28 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndinda yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Horadiz və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

27 sentyabr 2013 il
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu uğurla davam etdirilir

"N" hərbi hissəsinə baş çəkən bir qrup ziyalılarımızın fikirləri bunu deməyə əsas verir
Xəbər verildiyi kimi, sentyabrın 17-də tərkibinə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Eldar Sabiroğlunun, xalq yazıçısı Anarın, Milli Məclisin sosial-siyasət komitəsinin sədri Hadı Rəcəblinin, Parlamentin təhlükəsizlik komitəsi sədrinin müavini Aydın Mirzəzadənin, xalq artistləri Amaliya Pənahovanın və Nurəddin Mehdixanlının, eləcə də uzun illər hərbi xidmətdə olmuş Mehdi Mehdiyevin daxil olduqları  bir qrup ziyalı Tərtər rayonunun Borsunlu kəndindəki təmas xəttinin müdafiə zolağına getmiş, əsgərlərin həyat və məişət şəraiti ilə yaxından tanış olmuşlar............Davamı

 

27 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında və Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

26 sentyabr 2013 il
Azərbaycan, Gürcüstan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə "ETERNITY 2013" kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

Sentyabrın 23-dən başlayaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Simulyasiya Mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə "ETERNITY 2013" kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir. Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idarə rəisləri, NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti, Amerika Birləşmiş Ştatlarının hərbi dəniz, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin hərbi attaşeləri iştirak ediblər.

 

 

 

26 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Yusifcanlı, Novruzlu, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında, Goranboy, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

25 sentyabr 2013 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 25-də Azərbaycan Respublikasının Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

25 sentyabr 2013 il
Azərbaycan Respublikasının müdafiə naziri İtaliya Respublikasının və Böyük Britaniya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirlərini qəbul edib

Sentyabrın 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İtaliya Respublikasının və Böyük Britaniya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirləri Campaolo Kutillonu və İrfan Siddiqi qəbul edib.
Görüşlər zamanı hər iki ölkənin Azərbaycana yeni təyin olunmuş səfirlərini təbrik edən müdafiə naziri hərbi əməkdaşlığın dərinləşdirilməsi və hərbi təhsil sahəsində əldə edilmiş razılaşmaların inkişaf etdirlməsinin zəruriliyini bildirib.
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar regionda mövcud gərgin hərbi-siyasi vəziyyət barədə də fikir mübadiləsi aparılıb.
Görüşlərdə İtaliya Respublikası və Böyük Britaniya Birləşmiş Krallığının Azərbaycandakı hərbi atteşeləri iştirak edib.

 

25 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Qaraxanbəyli və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

24 sentyabr 2013 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 25-də Azərbaycan Respublikasının Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və maliyyə administrasiyasının rəhbəri Piter Svedberq keçirəcək.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Uilyam Prayor keçirəcəklər.

 

24 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

23 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Cəcahirli, Goranboy rayonunun Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

22 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kurapatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

21 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

20 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Tərtər rayonunun Qızıl Oba, Göyarx, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

19 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Baş Qərvənd, Şıxlar, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Qorqan və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

18 sentyabr 2013 il
Bir qrup ziyalının cəbhə bölgəsinə səfəri olub

Azərbaycan ordusu işğal olunmuş torpaqları hər an azad etməyə hazırdır.
Milli Məclisin bir qrup deputatının, yaradıcı və sənət adamlarının cəbhə bölgəsinə etdikləri səfərdən sonra bu qənaətə gəlinmişdir.
AzərTAc xəbər verir ki, sentyabrın 17-də tərkibinə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlunun, Xalq Yazıçısı Anarın, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin, parlamentin təhlükəsizlik komitəsi sədrinin müavini Aydın Mirzəzadənin, xalq artistləri Amaliya Pənahovanın və Nurəddin Mehdixanlının, eləcə də uzun illər hərbi xidmətdə olmuş Mehdi Mehdiyevin daxil olduqları bir qrup ziyalı Tərtər rayonunun Borsunlu kəndindəki təmas xəttinin müdafiə zolağına getmiş, əsgərlərin həyat və məişət şəraiti ilə yaxından tanış olmuşlar.............Davamı

 

18 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

17 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Kəmərli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Şıxlar, Nəmirli, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz kəndləri yaxınlığında, Göygöl və Daşkəsən rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

16 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Şıxlar, Şuraabad, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli kəndləri yaxınlığında, Göygöl və Daşkəsən rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

15 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Tərtər rayonunun Qızıl Oba, Göyarx, Goranboy rayonunun Gülüstan, Ağdam rayonunun Sarıcalı, Baş Qərvənd, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

14 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Çaylı kəndi yaxınlığında, Goranboy, Xocavənd və Tovuz rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

13 sentyabr 2013 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 13-də Azərbaycan Respublikasının Ağdam rayonunun Sarıcalı kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

13 sentyabr 2013 il
"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI

 

13 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Qaraqaşlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Aşağı Veysəlli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

12 sentyabr 2013 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 13-də Azərbaycan Respublikasının Ağdam rayonunun Sarıcalı kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq keçirəcək.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçisi Jiri Aberle, Minsk Qrupunun həmsədri Ceyms Uorlik (ABŞ) və onun köməkçisi Cefri Huls keçirəcəklər.

 

 

12 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Baş Qərvənd, Şirvanlı, Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

11 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

10 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

9 sentyabr 2013 il
Azərbaycan Respublikasının müdafiə naziri ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədrini qəbul edib

Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorliki qəbul edib.
Amerikalı həmsədri yeni təyinatı münasibətilə təbrik edən müdafiə naziri qonağı regionda mövcud hərbi-siyasi vəziyyət barədə məlumatlandırıb. Əsasən Dağlıq Qarabağ probleminin səbəbləri üzərində dayanan nazir qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətinin iyirmi ildən çox davam etməsinə baxmayaraq beynəlxalq birlik, xüsusilə Minsk qrupu münaqişənin həlli istiqamətində səmərə verə biləcək təşəbbüslərlə çıxış etməyib. Əvəzində işğalçı ilə zərər çəkən tərəf çox zaman bərabər tutulub ki, bu da olduqca acı təəssüf doğurur. Münaqişə ilə bağlı Azərbaycan dəfələrlə öz ədalətli mövqeyini ortaya qoysa da lakin nədənsə bu gün də bir biganəliyin şahidiyik.
Müdafiə naziri BMT-nin qəbul etdiyi 4 qətnamənin icra edilməməsini, həmçinin 907-ci düzəlişin yaratdığı maneələri də görüş zamanı xüsusi vurğulayıb. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün qəti və təsirli addımların atılmaması regionda vəziyyətin daha da kəskinləşməsinə geniş yol açır. Nazir bildirib ki, Azərbaycan heç kimsənin torpağını işğal etməyib və bizim də kiməsə də bir qarış torpaq vermək niyyətimiz yoxdur. "Münaqişənin dinc şəraitdə həllinin yalnız bir yolu var ki, o da Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsidir. Biz başqa bir şərti təsəvvür etmirik".
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini əsirgəməyəcəyini bildirən həmsədr Ceyms Uorlik müzakirə olunan məsələ ilə əlaqədar Azərbaycanla əməkdaşlığını intensivləşdirəcəyini bildirib.
Görüşdə Amerika birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar iştirak edib.

 

9 sentyabr 2013 il
Əsgər şəxsi ehtiyatsızlıq nəticəsində dünyasını dəyişib

N saylı hərbi hissənin əsgəri Bəbişov Namiq Əlibala oğlu təhlükəsizlik qaydalarını pozaraq şəxsi ehtiyatsızlıq nəticəsində patronun gülləsinin partlaması ilə ağır xəsarət almış və dünyasını dəyişmişdir.
Əsgərin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

 

9 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Qorqan, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

8 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Şirvanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

7 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

***

6 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

5 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx və Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

4 sentyabr 2013 il
Müdafiə Nazirliyi Mətbuat Xidməti rəisinin açıqlaması

Dünən "Zabitlər evi"nin qarşısında bir qrup valideynin etiraz etməsinin səbəbi aydın deyil. Hansısa bir əsas olmadan bu cür vasitələrlə təsir etmək qəbul edilə bilməz. Hazırda ölkənin bütün təhsil sistemində olduğu kimi, hərbi təhsil sahəsində də yeniliklər və islahatlar aparılır. Bu mənada əvvəlki illərdən fərqli olaraq artıq neçə ildir ki, Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrinə qəbul TQDK tərəfindən test üsulu ilə həyata keçirilir. Bundan başlıca məqsəd savadlı gəncləri hərbi məktəblərə cəlb etməkdir. Bunun nəyi pisdir ki, valideynlər belə etiraz edirlər. Lakin onlar övladlarının imtahansız və ya çox aşağı bal toplamalarına baxmayaraq köhnə qayda ilə hərbi məktəblərə qəbul olunmalarını istəyirlər. Biz bunu yolverilməz hesab etməklə həmin valideynlərə hərbi təhsil müəssisələrində tətbiq edilən yeni standartlara hörmətlə yanaşmalarını tövsiyyə edirik.
Bəzi informasiya saytlarında bu hadisə ilə bağlı şişirdilmiş və qeyri obyektiv məlumatlardan da təəssüflənirik.

 

4 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Qaraqaşlı, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

3 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıloba və Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

2 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Sarıcalı, Qaraqaşlı, Kəngərli, Goranboy rayonunun Tapqaraqoyunlu və Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

1 sentyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Alxanlı, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.