31 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Başqərvənd, Yusifcanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Göyarx, Qızıloba kəndləri yaxınlığında və Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

30 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Tərtər rayonunun Göyarx, Qızıloba, Çiləbürt, Goranboy rayonunun Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

29 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Mərzili, Tərtər rayonunun Seysulan və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

28 oktyabr 2013 il
Azərbaycan Respublikasının Müdafiə naziri Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsini qəbul edib

Oktyabrın 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Leforu qəbul edib.
Cənab Filip Lefor Azərbaycanın Avropa İttifaqı üçün ən vacib tərəfdaş ölkələrdən biri olduğunu bildirməklə yanaşı Müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik etmək fürsəti tapmasından məmnunluğunu söyləyib və ona gələcək işlərində uğurlar arzulayıb. Regiondakı vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğu görüşdə müdafiə naziri Zakir Həsənov vurğulayıb ki.....Davamı

 

28 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Mərzili kəndi yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

27 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Tərtər rayonunun Qızıloba, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

26 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şuraabad və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

25 Oktyabr 2013
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 25 -də Azərbaycan Respublikasının Tərtər rayonunun Həsənqaya kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

25 Oktyabr 2013
Məlumat

Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Altay Mehdiyevin dəyişdirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində gedən məlumatlar həqiqəti əks etdirmir.

 

25 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi, Berd rayonunun Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

24 oktyabr 2013 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 25 -də Azərbaycan Respublikasının Tərtər rayonunun Həsənqaya kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svidberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.

 

 

 

24 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Mərzili, Sarıcalı və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

23 Oktyabr 2013
Müdafiə naziri Fəxri xiyabanı ziyarət edib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Fəxri xiyabanı ziyarət edib.
Fəxri xiyabana gələn Azərbaycanın yeni müdafiə naziri burada Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib. Məzarın önünə gül dəstələri qoyub.
Müdafiə nazirini Azərbaycan prezidentinin təhlükəsizlik və müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev müşayiət edib.

 

23 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

22 oktyabr 2013
Z.Ə.Həsənova general-polkovnik hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Zakir Əsgər oğlu Həsənova general-polkovnik hərbi rütbəsi verilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2013-cü il

 

22 oktyabr 2013
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

22 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar və Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

21 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Gülüstan, Tərtər rayonun Çaylı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

20 oktyabr 2013 il

Erməni silahlı bölmələri bu gecə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

18 oktyabr 2013 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 19-da Azərbaycan Respublikasının Qazax rayonunun Aşağı Əskipara kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Jiri Aberle və Piter Svidberq keçirəcək.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Xristo Xristov və Uilyam Prayor keçirəcəklər.

 

18 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Icevan rayonunun Berkaber kəndində və Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Tovuz rayonunun Koxanəbi kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Tərtər rayonunu Çiləbürt, Qızıloba və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

17 oktyabr 2013 il
Qoşunların təmas xəttində keçirilən monitorinq dayandırılıb

Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndinin yaxınlığındakı təmas xəttində keçirilməsi nəzərdə tutulan monitorinqin başlanmasına az qalmış erməni silahlı bölmələri tərəfidən atəşkəs rejimi pozulub.
Bu səbəbdən də monitorinq dayandırılıb.

 

17 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

16 oktyabr 2013 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 17-də Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Yevgeni Şarov keçirəcək.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və maliyyə administrasiyasının rəhbəri Piter Svidberq keçirəcəklər.

 

16 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli, Ağdam rayonunun Sarıcalı və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

15 oktyabr 2013 il
Müdafiə Nazirliyi Mətbuat Xidmətinin açıqlaması

Oktyabrın 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarla görüşündə Azərbaycanda keçirilən Prezident seçkiləri ilə bağlı səfirin söylədikləri mətbuatda yayıldıqdan sonra səfirlik tərəfindən məlumatın dəqiq olmadığı barədə açıqlama verilib.
Biz buna təəssüfümüzü ifadə edirik. Müdafiə Nazirliyinin Mətbuat Xidməti bildirir ki, rəsmi məlumatın səfirə aid olan hissəsində heç bir təhrifə yol verilməyib, onun sözləri olduğu kimi yayılıb. Əgər səfirlik mövqeyində israr edərsə, Müdafiə Nazirliyi səfir Riçard Morninqstarın fikirlərinin audio yazısını təqdim etməyə hazırdır.
Müdafiə Nazirliyinin Mətbuat Xidməti görüş zamanı heç bir qeyri-dəqiqliyə və doğru olmayan fikirlərin yayılmasına yol vermədiyini bir daha bəyan edir.

***

14 oktyabr 2013 il
Azərbaycan Respublikasının müdafiə naziri ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Oktyabrın 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı qəbul edib.
Azərbaycan-ABŞ ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunan müdafiə naziri bu sahədə əldə edilmiş müsbət nəticələr və həllini gözləyən məsələlər ətrafında səfirlə fikir mübadiləsi aparıb. Hərbi əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edən Səfər Əbiyev uğurlarla yanaşı maneəçilik yaradan amillər barədə də danışıb. O, 907-ci düzəlişin bu sahədə tormozlayıcı rol oynadığını xüsusi vurğulayaraq indiyədək bu ədalətsiz düzəlişin aradan qaldırılmamasına təəssüfünü bildirib. Nazirin fikrincə dəyişən zamandır və 907-ni gündəmə gətirən təşəbbüskarlar bu gün də Azərbaycanı başqa istiqamətdən hədəfə alıblar............Davamı

 

14 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Şirvanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında, Daşkəsən, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

13 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqerx və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

12 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

11 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

10 oktyabr 2013 il
Azərbaycan Respublikasının müdafiə naziri Pakistan İslam Respublikası senatının müdafiə və müdafiə sənayesi üzrə komitəsinin sədri, Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edən Pakistan Parlament Qrupunun rəhbərini qəbul edib

Oktyabrın 10-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikası senatının müdafiə və müdafiə sənayesi üzrə komitəsinin sədri, Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edən Pakistan Parlament Qrupunun rəhbəri Müşahid Hüseyin Syedi qəbul edib.
Möhkəm təməllər üzərində qurulan Azərbaycan-Pakistan əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyini ifadə edən nazir Səfər Əbiyev bildirib ki, bütün istiqamətlərdə olduğu kimi, siyasi sahədə də Azərbaycan həmişə Pakistanın yaxından dəstəyini hiss edib. Nazirin sözlərinə görə, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlər sırasında olan Pakistan İslam Respublikası dostluq və qardaşlıq ənənələrinə sadiq qalaraq bu gün də müxtəlif məsələlərlə əlaqədar beynəlxalq səviyyələrdə ölkəmizdən öz köməyini əsirgəmir.
Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı aparılan fikir mübadiləsi zamanı pakistanlı qonaq müşahidə qrupunun rəhbəri kimi seçkilərin beynəlxalq standartlara tam cavab verdiyi qənaətində olduğunu bildirib. O, vurğulayıb ki, demokratik və şəffaf şəraitdə keçən bu seçki ilə Azərbaycan xalqı bir daha cənab İlham Əliyevə öz etimadını göstərdi. Onun fikrincə, İlham Əliyev bir prezident kimi həqiqətən, Azərbaycanın həyatında böyük dəyişikliklərə imza atan liderlərdəndir. Seçki günü pakistanlı qonaq insanlarla təması zamanı da bunun bir daha canlı şahidi olduğunu bildirib. Xalqın böyük inamla prezident seçkilərində aktiv iştirakına toxunan Müşahid Hüseyin Syed şəffaflıq təmin edilməklə prosesin həm də dinc və sabit şəkildə yekunlaşdığını diqqətə çatdırıb.
Görüşdə Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İkramullah Mahsud iştirak edib.

 

10 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex, Ayqepar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Hacılı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdülrəhmanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

9 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Qaraqaşlı, Şuraabad, Füzuli rayonunun Qorqan, Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında, Göygöl, Cəbrayıl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

8 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

7 oktyabr 2013 il
"Azərbaycan Silahlı Qüvvələri müstəqilliyimizin əsas dayağıdır"

Görkəmli sənət adamları və ziyalılarla görüşlərin keçirilməsi ordumuzda dəyərli ənənəyə çevrilib
Bir zaman ümummilli liderimiz Heydər Əliyev qeyd edirdi ki, ordu quruculuğunu inkişaf etdirmək üçün cəmiyyətdə tutduğu mövqeyindən, mənsubiyyətindən asılı olmayaraq hər kəs əlbir fəaliyyət göstərməlidir. Doğrudan da, cəmiyyətin əsas tərkib hissəsi olan və milli maraqlar baxımından xüsusi əhəmiyyət kəsb edən Silahlı Qövvələrin hərbi qüdrətinin artırılmasında hər bir ölkə vətəndaşı üzərinə düşən məsuliyyəti hiss etməlidir. Əgər ordu dövlət müstəqilliyinin və ölkənin ərazi bütövlüyünün əsas qarantı hesab edilirsə, onda bu sahəyə böyük diqqət yönəldilməlidir. Ümumiyyətlə, ordu hər bir dövlətin əsas atributu və təhlükəsizlik sisteminin əsasıdır. Hazırda dünyada ordusu olmayan dövlət yoxdur. Hər bir xalq öz ordusunu inkişaf etdirmək və ölkəsinin müdafiə qabiliyyətini göcləndirmək üçün əzmlə çalışır............Davamı

 

 

 

7 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Şıxlar kəndləri yaxınlığında, Göygöl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

6 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu və Qaralar kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Yarımca, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

5 oktyabr 2013 il
Ordumuzun modernləşməsi istiqamətində növbəti ciddi addım

Azərbaycan Ordusunda əldə olunmuş uğurların əsas bazasını dövlətin Silahlı Qüvvələr quruculuğuna verdiyi yüksək önəm, göstərdiyi diqqət təşkil edir. Bu işdə hərbi qulluqçuların yaşayış və xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, hərbi hissə və birləşmələrin modern silah və texnikalarla təmin olunması da mühüm rol oynayır.
Ordu quruculuğu prosesi həm də ictimaiyyətin diqqət mərkəzindədir. Ayrı-ayrı təşkilatlar, tanınmış ziyalılar, Milli Məclisin deputatları tez-tez həm cəbhə bölgəsində, həm də arxa cəbhədə yerləşən hərbi hissə və birləşmələrə səfərlər edir, zabit və əsgərlərlə görüşürlər. Belə səfərlər zamanı ictimaiyyətin nümayəndələri orduda gedən quruculuq proseslərini yaxından izləyir, bu sahədə qazanılan uğurları öz gözləri ilə görürlər............Davamı

 

 

 

 

5 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Cəvahirli, Nəmirli kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

4 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba, Yarımca, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

3 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Yarımca, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Goranboy rayonunun Gülüstan, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

***

2 oktyabr 2013 il
Azərbaycan Respublikasının müdafiə naziri Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Oktyabrın 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqası qəbul edib. Yeni səfiri təyinatı münasibəti ilə təbrik edən müdafiə naziri Yunanıstan-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Görüş zamanı səfir Dimitrios Tsounqas bütün sahələr üzrə ölkələrarası əməkdaşlığın möhkəmləndirilməsində səylərini əsirgəməyəcəyini bildirib.
Beynəlxalq təşkilatların, Avropanın aparıcı dövlətlərinin, xüsusilə Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün fəaliyyətlərini gücləndirmələrinə ciddi ehtiyac olduğunu bildirən Səfər Əbiyev əks təqdirdə bölgədə arzu olunmayan ağır problemlərin yaranacağını vurğulayıb. Müharibənin hələ bitmədiyini xatırladan nazir diqqətə çatdırıb ki, tezliklə Ermənistan bu təcavüzkar siyasətindən geri durmasa torpaqların işğaldan azad edilməsi üçün Azərbaycan Ordusu öz üzərinə düşən vəzifəni icra etmək məcburiyyətində qalacaq.
Görüş zamanı digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

 

2 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Ağbulaq kəndlərində yerləşən mövqelərimizi, Noyenberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Seyidəhmədli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

1 oktyabr 2013 il
"İlham Əliyev və müasir ordu quruculuğu"

Heydər Əliyev adma Azərbaycan Ali Hərbi Məktəbində yazıçı Çingiz Abdullayevlə görüş keçirilib
Tanmmış yaradıcı insanlarla görüş həmişə maraqla qarşılanır, hər kəsi daxilən zənginləşdirir, bir sözlə, hər birimiz üçün yeni məlumat, yeni təəssürat deməkdir. Azərbaycanın xalq yazıçısı, dünyaca məşhur Çingiz Abdullayev də belə ziyalılardandır və onunla ünsiyyətdə olmaq yazıçının çoxsaylı pərəstişkarları üçün həmişə arzulanıb və həvəslə qarşılanıb.
Dünyanm bir çox dillərinə tərcümə edilmiş və çoxsaylı oxucu marağı qazanmış əsərlərində unudulmaz və parlaq qəhrəman obrazları yaratmış azərbaycanlı detektiv ustasının hərbçilər arasında da oxucuları az deyil. Heydər Əliyev adma Azərbaycan Ali Hərbi Məktəbində keçirilən görüş bunu bir daha sübut edir. Ünlü nasirlə ünsiyyətdə olmaq üçün xeyli zabit, müəllim və kursantlar ali hərbi təhsil ocağının geniş zalına toplaşmışdı............Davamı

 

 

 

 

 

 

 

 

 

1 oktyabr 2013 il
"NATO-nun əməliyyat planlaşdırma prosesi" mövzusunda təlim kursu keçirlir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2013-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "NATO-nun əməliyyat planlaşdırma prosesi" mövzusunda təlim kursu başlayıb.
Dörd gün davam edəcək kurs müddətində NATO-nun mobil təlim qrupu tərəfindən iştirakçılara "NATO-nun əməliyyat planlaşdırma prosesi", "Əməliyyatın planlaşdırma mərhələləri və planlaşdırma qrupları", "Planlaşdırma sənədləri", "Strateji sənədlər", "Əməliyyatın inkişaf konsepsiyası və ssenarisi", "Əməliyyatın son nəticəsinin, strateji məqsədlərin və məhdudiyyətlərin müəyyən edilməsi" və s. mövzular barədə brifinqlər veriləcək və sinif təlimləri keçirləcək.

 

 

 

 

1 oktyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.