30 noyabr 2013 il
"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMINA ƏSASƏN VƏ KEÇİRİLƏCƏK DİGƏR TƏDBİRLƏRİN SİYAHISI

 

30 noyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Ağdam rayonunun Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

29 noyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Aşağı Əskipara kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Kəngərli, Sarıcalı kəndləri yaxınlığında və Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

28 noyabr 2013 il
Azərbaycan Respublikasının Müdafiə naziri Hərbi Dəniz Qüvvələrinin yeni bazasında olub

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Hərbi Dəniz Qüvvələrinin yeni bazasında olublar.
Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin sərəncamı və tapşırığına əsasən yaradılan hərbi bazanın ərazisindəki vəziyyətlə və inşası davam etdirilən obyektlərdəki işlərlə tanış olublar............Davamı

 

 

 

28 noyabr 2013 il
Silahlı Qüvvələrdə "NATO Günləri"

Noyabrın 25-dən 28-dək Bakı şəhərində NATO-nun Müttəfiq Transformasiya Komandanlığı və Müttəfiq Qüvvələrin Avropadakı Ali Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə "NATO Günləri" mövzusunda seminar təşkil edilib.
NATO-nun Hərbi Əməkdaşlıq idarəsinin Hazırlıq və İcra şöbəsinin Qrup koordinatoru polkovnik Yusuf Bayazitin (Türkiyə Silahlı Qüvvələri) rəhbərlik etdiyi tədbirin məqsədi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi təhsil müəssisələrində müəllim və komandanlıq heyətinə, kursantlara və dinləyicilərə Şimali Atlantika bloku haqqında ətraflı məlumatı çatdırmaq olub.
Tədbir müddətində iştirakçılara NATO-nun strukturu, yaranma tarixi, məqsədi, siyasəti və strategiyası, onun yeni strateji konsepsiyası, transformasiya prosesi və islahatlar, tərəfdaşlıq münasibətləri, NATO-nun rəhbərliyi altında keçirilən sülhməramlı və böhranlara cavab vermə əməliyyatları haqqında təqdimatlar verilib və dəyirmi masa müzakirələri aparılıb.

 

28 noyabr 2013 il

Erməni silahlı bölmələri dünən Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

27 noyabr 2013 il
Azərbaycan Respublikasının Müdafiə naziri şimal bölgəsində yerləşən hərbi hissələrə səfər edib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov şimal bölgəsində yerləşən hərbi hissələrə səfər ediblər.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissənin ərazisindəki ümummilli liderimiz Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq öz ehtiramlarını ifadə ediblər.
Sonra hərbi hissədəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana və məişət kompleksinə baş çəkilib, mövcud vəziyyətlə tanış olunub, əsgər və zabitlərlə görüşlər keçirilib...........Davamı

 

 

27 noyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

26 noyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Şuraabad, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Füzuli, Tovuz və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

25 noyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Tərtər rayonunun Yarımca kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

23 noyabr 2013 il
Azərbaycan Respublikasının Müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.
Müdafiə Nazirliyinin rəhbərliyi ümummilli liderimiz Heydər Əliyevin hospitalın həyətindəki abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.
Müdafiə naziri fəal döyüş əməliyyatları zamanı yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan, müasir tibbi avadanlıqla təchiz edilmiş mobil səhra cərrahiyyə hospitalı ilə tanış olub..........Davamı

 

 

 

 

23 noyabr 2013 il

Erməni silahlı bölmələri bu gecə Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

22 noyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı və Ağdam rayonunun Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

21 noyabr 2013
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 21-də Azərbaycan Respublikasının Ağdam rayonunun Baş Qərvənd və Əhmədağalı kəndləri arasında yerləşən təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

21 noyabr 2013 il

Erməni silahlı bölmələri dünən Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

20 noyabr 2013 il
Müdafiə nazirinin səfəri

Noyabrın 20-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşmüşdür.

 

20 noyabr 2013 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 21-də Azərbaycan Respublikasının Ağdam rayonunun Baş Qərvənd və Əhmədağalı kəndləri arasında yerləşən təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Peter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və Uilyam Prayor keçirəcəklər.

 

20 noyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Aşağı Əskipara kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında, Füzuli və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

19 noyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

18 noyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar və Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara və Quşçuayrım kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

16 noyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəllər kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Gülüstan, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

15 noyabr 2013 il
Hərbi qulluqçulara yeni verilmiş mənzillərin sənədləri təqdim olunub

Bu gün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli Fərmanının icrası məqsədilə Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş 25 nəfər hərbi qulluqçuya yeni verilmiş mənzillərin sənədləri təqdim olunub.......Davamı

 

 

 

 

15 noyabr 2013 il
Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Noyabrın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşqunu qəbul edib.
Qonaq Müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb.
Müdafiə naziri səfiri salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Türkiyəyə rəsmi səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verəcəyini, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.
Silahlı Qüvvələrin inkişafı istiqamətində həyata keçirilən fəaliyyətləri diqqətə çatdıran Müdafiə naziri, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsinin region üçün vacibliyini vurğulayıb və Azərbaycan tərəfinin işğal faktı ilə barışmayacağını bildirib.
Daha sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.

 

15 noyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı, Ağdam rayonunun Şıxlar, Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

14 noyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Tovuz, Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

13 noyabr 2013 il
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsinə səfər edib

Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsinə səfər edib.
Səfərdə Müdafiə nazirini Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və digər yüksək rütbəli zabitlər müşayiət edirlər.
Ön cəbhədə yerləşən hərbi hissəyə baş çəkən Müdafiə Nazirliyinin rəhbərliyi ümummilli liderimiz Heydər Əliyevin büstü önünə əklil və gül dəstəsi qoyaraq öz ehtiramlarını ifadə ediblər.
Sonra düşmənlə təmas xəttindəki hərbi hissələrdəki mövcud vəziyyətlə tanış olunub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirilib.......Davamı

 

13 noyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

12 noyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Aşağı Əskipara kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Şuraabad, Nəmirli kəndləri yaxınlığında və Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

11 noyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Aşağı Əskipara kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

9 noyabr 2013 il
Məlumat

Bəzi kütləvi informasiya vasitələrində Beyləqan rayonu ərazisində hərbi hissəyə məxsus tankın guya yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı məlumat yer alıb.
Müdafiə Nazirliyi bildirir ki, bu məlumatın heç bir əsası yoxdur və xəbər dezinformasiya xarakteri daşıyır, o cümlədən tövsiyə edilir ki, hərbi xarakterli məlumatların yayılmasına həssaslıqla yanaşılmalıdır və dəqiqləşdirilmədən verilməsi məqsədəuyğun deyil.

 

9 noyabr 2013 il
Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində Dövlət bayrağı günü qeyd edilib

Müdafiə Nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə "Bayrağımız - qürur mənbəyimiz" mövzusunda təntənəli mərasim təşkil edilib.
Tədbirdə zabit heyəti ilə bərabər ölkənin veteran ictimaiyyətinin nümayəndələri, alimlər və sənət adamları iştirak ediblər.
Mərasimdə çıxış edən natiqlər Dövlət bayrağının statusu haqqında qanundan, dövlətçiliyimizin mühüm atributu kimi Azərbaycan bayrağına, milli-mənəvi dəyərlərə hörmət və müqəddəs dövlətçilik rəmzlərinə böyük ehtiram hisslərinin gənc nəslə aşılanmasının vacibliyindən danışıblar........Davamı

 

9 noyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

8 noyabr 2013 il
Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri davam edir

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində səfərdədir.
Səfərdə Müdafiə nazirini Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və digər yüksək rütbəli zabitlər müşayiət edirlər.
Səfər çərçivəsində şəxsi heyətlə görüşlər və hərbi hissələrlə tanışlıq davam edir.
Zabit heyətilə keçirilən müşavirə və görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən həyata keçirilən islahat və quruculuq işləri barədə, həmçinin dövlət rəhbərliyinin ordu quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələr haqqında danışılıb, xidməti məsələlər müzakirə edilib.......Davamı

 

8 noyabr 2013 il
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə Azərbaycan Respublikası Müdafiə nazirinin təbriki

 

8 noyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili və Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

7 noyabr 2013 il
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsinə səfər edib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov cəbhə bölgəsinə səfər ediblər. Səfər şəxsi heyətlə görüş və hərbi hissələrlə tanışlıq xarakteri daşıyır.
Döyüş bölgəsində yerləşən hərbi hissələrə baş çəkilib, mövcud vəziyyətlə tanış olunub, təmas xəttində döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirilib. Fərqlənən bir qrup hərbçiyə növbəti rütbələr verilib, medal və qiymətli hədiyyələr təqdim olunub......Davamı

 

 

7 noyabr 2013 il
Monitorinq

Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Qazax rayonunun Bala Cəfərli kəndinin şərq istiqamətindəki təmas xəttində keçirilməsi nəzərdə tutulan monitorinq başlamazdan əvvəl monitorinqi təmas xəttinin qarşı tərəfdən keçirən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Yevgeni Şarov və Xristo Xristov müəyyən olunmuş mövqeyə çıxmamışlar.
Ancaq tərəflər xəbərdarlıq edildikdən sonra monitorinq baş tutmuş və insidentsiz bitmişdir.

 

7 noyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

6 noyabr 2013 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 7-də Azərbaycan Respublikasının Qazax rayonunun Bala Cəfərli kəndinin şərq istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Uilyam Prayor və Jiri Aberle keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Yevgeni Şarov və Xristo Xristov və keçirəcəklər.

 

6 noyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndi ərazisində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Seyidəhmədli, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

5 noyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

4 noyabr 2013 il
Azərbaycan Respublikasının Müdafiə naziri ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edib

Noyabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprçiki qəbul edib.
Görüş zamanı qonaqlar Dağlıq Qarabağ münaqişəsi, cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəssüratlarını bildirməklə yanaşı Müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıblar.....Davamı

 

 

4 noyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

2 noyabr 2013 il
Məlumat

Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissənin əsgəri Cəmil Elxan oğlu Hüseyinzadə barəsində kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqətə uyğun deyil. Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.

 

2 noyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli, Ağdam rayonunun Baş Qərvənd, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

1 noyabr 2013 il
"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI

 

1 noyabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.