31 may 2013 il
Azərbaycan Respublikasının müdafiə nazirinin Xorvatiya Respublikasının keçmiş prezidenti ilə görüşü olub

Mayın 31-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Xorvatiya Respublikasının keçmiş prezidenti Stepan Mesiçlə görüşü olub.
Görüş zamanı ölkələr arasında bütün sahələr üzrə əməkdaşlığın mövcud inkişaf perspektivləri ilə əlaqədar ətraflı fikir mübadiləsi aparılıb. Nazir Səfər Əbiyev hörmətli qonağı həmçinin bölgədə hərbi-siyasi vəziyyət və Ermənistanın təcavüzkar siyasəti barədə də məlumatlandırıb.
Görüşdə Xorvatiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Drajen Xrastiç iştirak edib.

 

31 may 2013 il
Hərbi qulluqçu intihar edib

Mayın 30-u saat 21:30 radələrində Şəmkir hərbi birləşməsində müddətdən artıq xidmət edən (MAXE) əsgər Mehdiyev Samir Vaqif oğlu intihar edib. İntiharın səbəbləri araşdırılır. Fakt üzrə Hərbi Prokurorluq cinayət işi başlayıb.

 

31 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Şuraabad, Kəngərli, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

30 may 2013 il
"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI

 

30 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çaylı, Çiləbürt, Qızıl Oba kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

29 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çaylı, Çiləbürt, Qızıl Oba və Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

28 may 2013 il

Erməni silahlı bölmələri dünən Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

27 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

26 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Qaraqaşlı, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

25 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

24 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Kəngərli, Şıxlar, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli Qaraxanbəyli, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çaylı və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

23 may 2013 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 23-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndinin şərqindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

23 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Kəngərli, Şıxlar, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

22 may 2013 il
Azərbaycan Respublikasının müdafiə naziri Moskvaya gedib

Mayın 22-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev "Avropada təhlükəsizliyin hərbi-siyasi aspektləri" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Moskvaya yola düşüb.
Avropa dövlətləri müdafiə nazirlərinin dəvət edildiyi konfrans çərçivəsində Azərbaycanın müdafiə nazirinin bir sıra ölkələrin müdafiə nazirləri ilə görüşü nəzərdə tutulur.

 

22 may 2013 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 23-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndinin şərqindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi, ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri Pavlo Şamayev keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeniy Şarov və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Mik Dolan keçirəcəklər.

 

 

22 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Şirvanlı, Baş Qərvənd və Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

21 may 2013 il
İspaniya Krallığının müdafiə nazirinin Azərbaycan Respublikasının müdafiə naziri ilə görüşü olub

Azərbaycanda rəsmi səfərdə olan İspaniya Krallığının müdafiə naziri Pedro Morenes Alvaro de Eulatellə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin görüşü olub.
Nümayəndə heyəti Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər Xiyabanını ziyarət ediblər.
Müdafiə Nazirliyində təntənəli qarşılanma mərəsimində hər iki ölkənin dövlət himnləri səsləndirilib..............Davamı

 

 

21 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

20 may 2013 il
İspaniya Krallığının müdafiə nazirinin Azərbaycana səfəri başlayıb

İspaniya Krallığının müdafiə naziri cənab Pedro Morenes Alvaro de Eulaten və Krallığın Müdafiə Qərargahının rəisi admiral Fernando Qarsia Sançesin də daxil olduğu nümayəndə heyətinin bu gün Azərbaycana iki günlük rəsmi səfəri başlayıb. Protokola uyğun olaraq sabah onların rəsmi görüşlər keçirəcəyi planlaşdırılır.

 

20 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Yusifcanlı, Kəngərli, Füzuli rayonunun Qaraxanbəyli və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

19 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

18 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Mərzili, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli, Aşağı Əbdülrəhmanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

17 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Şıxlar, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

16 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Novruzlu və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

15 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Göyarx və Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

14 may 2013 il
Azərbaycan Ordusu cəbhə bölgəsində hərbi təlimlər keçirir

Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlər keçirir. Həftənin sonuna qədər davam edəcək təlimlər müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilir.
Təlimlərə Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub.

 

 

 

14 may 2013 il
"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI

 

14 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Qaraxanbəyli və Tərtər rayonunun Nəmirli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

13 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

11 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

10 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Qorqan və Aşağı Veysəlli, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çaylı, Ağdam rayonunun Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

8 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Kəngərli, Şıxlar və Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

7 may 2013 i

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunın Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Ağdam rayonunun Qaraqaşlı, Şirvanlı, Mərzili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

6 may 2013 il
Azərbaycan Respublikasının müdafiə naziri İstanbula yola düşüb

Türkiyədə keçiriləcək IDEF-2013 on birinci beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək üçün dəvət alan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev mayın 6-da İstanbula yola düşüb.

 

 

6 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Əbdülrəhmanlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

4 may 2013 il
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq təntənəli mərasim keçirilib

Mayın 4-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ilk öncə ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlı nazirlik tərəfindən nəşr olunmuş kitab sərgisi və foto guşə ilə tanış olub. Daha sonra nazir Səfər Əbiyev "Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan Silahlı Qüvvələrinin qurucusudur" mövzusunda çıxış edib. Müdafiə nazirinin çıxışını olduğu kimi təqdim edirik.............Davamı

 

4 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Qaraqaşlı və Baş Qərvənd, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

3 may 2013 il
İctimaiyyət nümayəndələri cəbhə bölgəsinə səfər edib

Xəbər verildiyi kimi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar müdafiə naziri tərəfindən təsdiq olunmuş plana uyğun olaraq bütün hərbi hissə və birləşmələrdə geniş tədbirlər keçirilir. Tədbirlər planına uyğun olaraq mayın 3-də incəsənət xadimlərindən, millət vəkillərindən, ziyalılardan, qeyri-hökumət təşkilatları nümayəndələrindən və jurnalistlərdən ibarət bir qrup vaxtilə ulu öndər Heydər Əliyevin cəbhə bölgəsində ziyarət etdiyi hərbi hissədə olublar............Davamı

 

 

 

3 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun Cil kəndində və Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy və Qazax rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun işğal olunmuş Aşağı Seyidəhmədli, Horadiz, Ağdam rayonunun Novruzlu və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

2 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Tərtər rayonunun işğal olunmuş Çaylı, Qızıloba, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

1 may 2013 il
Azərbaycan Respublikasının müdafiə naziri ABŞ-ın nəqliyyat komandanını qəbul edib

Mayın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının nəqliyyat komandanı general Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı ABŞ-Azərbaycan əlaqələri, regionda vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.
Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar da iştirak edib.

 

 

 

1 may 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Tərtər rayonunun işğal olunmuş Göyarx, Ağdam rayonunun Yusifcanlı, Kəngərli, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.