30 mart 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

29 mart 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Mərzili, Şuraabad, Tərtər rayonunun Qızıl Oba, Füzuli rayonunun Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Cəbrayıl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

28 mart 2013 il

Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Mərzili, Sarıcalı və Kəngərli, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

27 mart 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çaylı, Qızıl Oba, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

26 mart 2013 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 26-da Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

26 mart 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Sarıcalı, Qaraqaşlı, Goranboy rayonunun Gülüstan, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan, Aşağı Seyidəhmədli, Tərtər rayonunun Çiləbürt, Goyarx, Nəmirli kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

25 mart 2013 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 26-da Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Prayor keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Conattan Ferrabi keçirəcəklər.

 

25 mart 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun işğal olunmuş Çaylı, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

23 mart 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Şıxlar, Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

22 mart 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Mərzili, Qaraqaşlı, Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

19 mart 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Mərzili, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Tərtər rayonunun Çaylı, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

18 mart 2013 il
Gürcüstan Respublikasının müdafiə naziri ilə Azərbaycan Respublikasının müdafiə naziri arasında görüş olub

Martın 18-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Respublikasının müdafiə naziri İrakli Alasaniya ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin arasında görüş olub.
Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevlə Zərifə Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib............Davamı

 

18 mart 2013 il
İki Ermənistan vətəndaşı Azərbaycan tərəfə keçərkən Silahlı Qüvvələrimiz tərəfindən saxlanılıblar

Martın 16-da Ermənistan Respublikasının Noyemberyan rayonu Dovex kənd sakini Karyan Durmuş Sarkisoviç saat 16.50-də, martın 17-də isə Ermənistan Respublikasının İcevan rayonu Ayqovid kənd sakini Arakelyan Anahid Hamazasovna saat 16.20-də təmas xəttininin Qazax rayonu istiqamətində Azərbaycan tərəfə keçərkən Silahlı Qüvvələrimiz tərəfindən saxlanılıblar.
Əsirlərin hansı səbəbdən təmas xəttini pozmaları araşdırılır. Hazırda onlar Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının ixtiyarına verilmişlər.

 

18 mart 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Mərzili, Füzuli rayonunun Horadiz, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında, Cəbrayıl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

16 mart 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Cəbrayıl rayonunun işğal olunmuş Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı kəndləri yaxınlığında, Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

15 mart 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qızılhacılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Cəbrayıl rayonunun işğal olunmuş Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Aşağı Əbdülrəhmanlı, Qorqan kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

14 mart 2013 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 14-də Azərbaycan Respublikasının Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin cənub-qərb itiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

14 mart 2013 il
"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI

 

14 mart 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

13 mart 2013 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 14-də Azərbaycan Respublikasının Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin cənub-qərb itiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, şəxsi köməkçiləri Xristo Xristov və Uilyam Prayor, eləcə də ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Maykıl Dolan keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Yevgeniy Şarov, eləcə də ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri Pavlo Şamayev keçirəcəklər.

 

13 mart 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Mərzili və Cəvahirli, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

12 mart 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Cəvahirli, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

11 mart 2013 il

Erməni silahlı bölmələri dünən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

9 mart 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Şıxlar və Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

7 mart 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Yusifcanlı və Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

6 mart 2013 il
Azərbaycan Respublikasının müdafiə nazirinin Litva Respublikasının xarici işlər naziri ilə görüşü olub

Martın 6-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçiusla görüşü olub.
Görüş zamanı nazirlər hər iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyini qeyd ediblər. Hərbi əməkdaşlıq sahəsində əldə edilən nəticələrin daha da möhkəmləndirilməsi barədə də ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə hər iki ölkənin fövqəladə və səlahiyyətli səfirləri iştirak ediblər.

 

6 mart 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Sarıcalı kəndi yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

5 mart 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

4 mart 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Aşağı Veysəlli, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Sarıcalı, Kəngərli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

2 mart 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun işğal olunmuş Çaylı və Göyarx, Füzuli rayonunun Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

1 mart 2013 il
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətlərinin məlumatı

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Allahverdiyev Seymur Mürvət oğlunun ölməsi faktı ilə əlaqədar hərbi prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu tərəfindən hadisə yerinə foto və videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı hadisə yerindən iş üzrə əhəmiyyət kəsb edən əşyalar götürülmüş, məhkəmə-tibbi ekspertin, prokurorun və müstəntiqin iştirakı ilə meyidin xarici və daxili müayinəsi aparılmış və digər zəruri təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilmişdir.
Mərhum S.M.Allahverdiyevin meyitinin xarici və daxili müayinəsi zamanı onun bədən səthində odlu silahdan açılmış atəşlər nəticəsində əmələ gəlməyə xarakterik xəsarətlərdən başqa, digər hər hansı xəsarət və ya xəsarət izləri, o cümlədən döyülmə nəticəsində əmələ gələ bilən hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir............Davamı

 

1 mart 2013 il
"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI

 

1 mart 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Qaraqaşlı, Şirvanlı, Mərzili, Cəvahirli və Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.