31 iyul 2013 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 1-də Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam kəndinin cənubundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Uilyam Prayor və səhra köməkçisi Jiri Aberle keçirəcək.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeniy Şarov və maliyyə administrasiyasının rəhbəri Piter Svedberq keçirəcəklər.

 

31 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

30 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Aygedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

Dünən saat 20:45-də Tərtər rayonunun Çaylı kəndi yaxınlığında N saylı hərbi hissənun giziri 1989-cu il təvəllüdlü Abdullayev Kainat Məhəmmədəli oğlu düşmən gülləsindən şəhid olub.

***

29 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

28 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Ağdam rayonunun Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

27 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şıxlar, Tərtər rayonunun Çiləbürt, Çaylı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

26 iyul 2013 il
Azərbaycan Respublikasının müdafiə naziri Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

İyulun 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avropa İttifaqının xüsusi nümayəndəsi Flip Leforu qəbul edib.
Görüşdə bölgədə hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb.

 

 

 

 

 

26 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı, Qorqan kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

25 iyul 2013 il

Erməni silahlı bölmələri dünən Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

24 iyul 2013 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 24-də Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Veysəlli kəndinin cənubundakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

24 iyul 2013 il

Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Mərzili, Şıxlar, Goranboy rayonunun Gülüstan, Füzuli rayonunun Qorqan və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

23 iyul 2013 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 24-də Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Veysəlli kəndinin cənubundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Uilyam Prayor və səhra köməkçisi Yevgeniy Şarov keçirəcək.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov keçirəcəklər.

 

 

23 iyul 2013 il

Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

22 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Qaraqaşlı, Mərzili, Şıxlar, Tərtər rayonunun Çiləbürt, Seysulan, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

21 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Aşağı Əbdülrəhmanlı, Ağdam rayonunun Qaraqaşlı, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

20 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Aşağı Əbdülrəhmanlı, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

19 iyul 2013 il

Cəbhədə vəziyyət gərginləşib.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən, Qazax rayonunun Qızılhacılı və Quşçuayrım kəndinlərində, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnə Qışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Mərzili, Tərtər rayonunun Göyarx, Çaylı, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

18 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Şıxlar, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

17 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan Tərtər rayonunun Seysulan kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

16 iyul 2013 il
Azərbaycan-Türkiyə birgə təliminin açılış mərasimi keçirilib

İyulun 16-da Silahlı Qüvvələrin Qaraheybət Təlim Mərkəzində Azərbaycan-Türkiyə birgə təliminin açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Silahlı Qüvvvələrin Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Eyvaz Cəfərov Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini bildirərək qeyd edib ki, hər iki ölkə rəhbərlərinin iştirakı ilə 2011-ci ildə İzmirdə, 2012-ci ildə isə Qəbələdə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasları mühüm əhəmiyyət daşıyır.
İlk dəfə keçirilən genişmiqyaslı birgə təlim yüksək səviyyədə qəbul edilmiş qərarların nəticəsidir. Tədbirdə həmçinin vurğulanıb ki, tərəflər bu birgə təlimi keçirməklə hər iki dövlət rəhbərliyinin qarşıya qoyduğu mühüm tapşırıqları icra etmiş olacaqlar. General-mayor Eyvaz Cəfərov onu da bildirib ki, bu təlimlər Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması, əməliyyat uzlaşmasının əldə edilməsi, o cümlədən regionda təhlükəsizlik və stabilliyin təmin edilməsi baxımından çox vacibdir.
Azərbaycan-Türkiyə birgə təlimləri bundan sonra hər il növbə ilə Azərbaycan və Türkiyədə keçiriləcək.

 

16 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

15 iyul 2013 il
AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏ NAZİRİ GENERAL-POLKOVNİK S.ƏBİYEVİN HƏRBÇİLƏRİN FUTBOL ÜZRƏ 1-Cİ DÜNYA KUBOKU YARIŞLARININ BAĞLANIŞ MƏRASİMİNDƏKİ ÇIXIŞI

Hörmətli yarış iştirakçıları!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!

İdman tarixində ilk dəfə keçirilən Hərbçilər arasında futbol üzrə dünya kuboku yarışları başa çatdı.
Bu münasibətlə Beynəlxalq Hərbi İdman Şurasının Bakıda səfərdə olan nümayəndələrini, kubok yarışlarının təşkilatçılarını, hakimləri, futbolçuları, komandaları və onların texniki heyətlərini, oyunları izləyən bütün tamaşaçıları ürəkdən təbrik edirəm.
Məmnunluq hissilə qeyd edirəm ki, beynəlxalq idman yarışlarının keçirilməsində böyük təşkilatçılıq təcrübəsi olan Azərbaycan, futbol üzrə dünya kubokuna da yüksək səviyyədə ev sahibliyi etmişdir.............Davamı

 

15 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

14 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

13 iyul 2013 il
Omanla İraq komandaları çempionluq, Azərbaycanla Kot-Divuar komandaları isə üçüncü yer uğrunda mübarizə aparacaqlar

Hər iki oyun iyulun 14-də Dalğa Arenada keçiriləcək

Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Dalğa Arenada keçirilən qarşılaşmada Azərbaycan komandası Oman komandasına 1:2 hesabı ilə məğlub olub. Bayıl stadionunda keçirilən ikinci yarımfinal oyununda isə İraq komandası Kot-Divuar komandasına 3:0 hesabı ilə qalib gəlib.
İyulun 2-dən başlayan çempionat artıq sona çatmaq üzrədir və cəmi iki qarşılaşma qalıb. Final və üçüncü yer uğrunda oyun.
Beləliklə, iyulun 14-də saat 17.00-da ilk öncə Azərbaycan və Kot-Divuar komandaları üçüncü yer uğrunda mübarizə aparacaqlar.
Nəhayət həmin gün saat 20.30-da Oman komandası ilə İraq komandası final oyununa çıxacaqlar. Dalğa Arenada keçiriləcək hər iki oyun İdman Azərbaycan kanalı və cempionatın rəsmi internet səhifəsində (www.cism-wft2013.az) canlı yayımlanacaq.
İyulun 15-də isə cempionatın rəsmi bağlanış mərasimi keçiriləcək.

 

13 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Cəvahirli, Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

12 iyul 2013 il
Azərbaycan Respublikasının müdafiə naziri Koreya Milli Assambleyasının nümayəndə heyətini qəbul edib

İyulun 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ölkəmizdə səfərdə olan Koreya Milli Assambleyasının nümayəndə heyətini qəbul edib.
Görüş zamanı ölkələr arasında yaranmış geniş əlaqələrdən məmnunluq ifadə olunub. Hərbi sahədə əməkdaşlıq məsələləri barədə də fikir mübadiləsi aparılıb.
Naziri Səfər Əbiyev koreyalı qonaqları bölgədəki gərgin hərbi-siyasi vəziyyət barədə məlumatlandırıb. O qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində zəbt olunmuş Azərbaycan torpaqları 20 ilə yaxındır ki, geri qaytarılmır. Münaqişənin dinc yolla həllinə cəhdlər göstərilməsinə baxmayaraq Ermənistan təcavüzkar siyasətini yürütməkdə davam edir. Nazirin fikrincə, Minsk qrupunun fəaliyyəti də indiyədək nəticə verməyib. Nazir daha sonra bildirib ki, Azərbaycanın Silahlı Qüvvələrini gücləndirərək işğal olunmuş torpaqları azad etməkdən başqa yolu qalmır.
Koreyalı deputatlar Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayaraq hər iki ölkə arasında hərbi əməkdaşlığın qurulmasının önəmini də ifadə ediblər.
Görüşdə Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İn iştirak edib.

 

12 iyul 2013 il
Azərbaycan Respublikasının müdafiə naziri Oman Sultanlığının Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

İyulun 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Oman Sultanlığının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Ahmed bin Harith al-Nabhanini qəbul edib. CİSM-in tərkibində hərbiçilərin futbol üzrə dünya kubokunda iştirak edən ölkəsinin futbol yarışını müşaiyət etmək üçün Azərbaycana gələn qonaqla müdafiə naziri arasında müxtəlif məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

 

12 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

11 iyul 2013 il
Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə Müdafiə Sənayesi Müşavirliyinin nümayəndə heyətini qəbul edib

İyulun 11-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Müdafiə Sənayesi Müşavirliyinin nümayəndə heyətini qəbul edib. Görüş zamanı hərbi texniki əməkdaşlığın prioritetləri barədə müzakirələr aparılıb.
Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun və Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi Yücel Karaüz iştirak edib.

 

11 iyul 2013 il
Yarım finalda Azərbaycan – Oman, İraq – Kot-Divuar komandaları qarşılaşacaq

Hər iki oyun iyulun 12-də saat 21:00-da keçiriləcək

İyulun 10-da Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. 1/4 final mərhələsinin ən gərgin və həyəcanlı oyunu Azərbaycan komandası ilə Bəhreyn komandası arasında baş tutub. İlk qolu Azərbaycan komandası vurub fasiləyə üstün vəziyyətdə getsə də, sonradan Bəhreyin komandası iki qola imza ataraq önə keçib. Oyunun əsas vaxtı 1-2 hesabı ilə Bəhreyn komandasının xeyrinə yekunlaşmaq üzrə olarkən, hakimin əsas vaxta əlavə etdiyi son dəqiqədə Azərbaycan komandası hesabı bərabərləşdirib............Davamı

 

11 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

10 iyul 2013 il

Cəbhədə vəziyyət gərginləşib.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen və Noyemberyan rayonunun Berdavan kəndlərində yerləşən mövqelərdən, Qazax rayonunun Kəmərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Tovuz rayonunun Ağdam və Koxanəbi kəndinlərində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qorqan, Aşağı Əbdülrəhmanlı, Ağdam rayonunun Şıxlar, Kəngərli, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

9 iyul 2013 il
1/4 finalda Azərbaycan-Bəhreyn, Əlcəzair-İraq, Oman-Qətər, Kamerun-Kot-Divuarla qarşılaşacaq

Bütün oyunlar iyulun 10-da saat 21.00-da keçiriləcək

Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında Bakıda keçirilən birinci Dünya Futbol Kubokunda qrup mərhələsi yekunlaşıb.
"A" qrupunda Azərbaycan komandası maksimum nəticə göstərərək bütün oyunlardan qalib ayrılıb. 3 oyundan 9 xal toplamış komandamız qapılardan 9 top keçirib və bir dəfə də olsun qol buraxmayıb. Son oyunda İraq komandası üzərində 3-0 hesabı ilə əldə edilən qələbə komandamızı qrup birinciliyinə yüksəldib...........Davamı

 

 

 

 

9 iyul 2013 il
"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI

 

9 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan, Horadiz, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

8 iyul 2013 il
Azərbaycan Respublikasının müdafiə naziri Beynəxalq Hərbi İdman Şurasının prezidentini qəbul edib

İyulun 8-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəxalq Hərbi İdman Şurasının prezidenti və Kamerun prezidentinin müdafiə məsələləri üzrə müşaviri polkovnik Hamad Kalkaba Malboumu qəbul edib.
Görüşdə Bakıda keçirilən hərbçilər arasında birinci Dünya Futbol kubokunun gedişatı barədə söhbət aparılıb. Qonaq yarışın yüksək səviyyədə təşkilində göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə dərin təşəkkürünü bildirib.

 

8 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Aşağı Veysəlli, Horadiz, Aşağı Seyidəhmədli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

7 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

6 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

5 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Əbdülrəhmanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

4 iyul 2013 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 4-də Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndinin cənubundakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

4 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Qazax və Gədəbəy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Çiləbürt və Seysulan kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

3 iyul 2013 il
Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə Respublikasının quru qoşunları komandanını qəbul edib

İyulun 3-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının quru qoşunları komandanı, ordu generalı Hayrı Kıvrıkoğlu ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin görüşü olub.
Hayrı Kıvrıkoğlu Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli akademik Zərifə xanım Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib.
Nazir Səfər Əbiyev hörmətli qonağın Azərbaycana gəlişini məmnunluq hissi ilə qeyd edərək bu səfərin qarşılıqlı dostluq və qardaşlıq ənənələrinə söykəndiyini bildirib.
Görüşdə ölkələr arasında hərbi əməkdaşlığın perspektivləri, təlim və tədris prosesinin uzlaşdırılması istiqamətində faydalı fikir mübadiləsi aparılıb.
Azərbaycanın müdafiə nazirinin əmrinə əsasən Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsinə verdiyi böyük töhvələrə görə ordu generalı Hayrı Kıvrıkoğlu "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" və Azərbaycan Silahlı Qüvvələrinin "95 illik yubiley" medalları ilə təltif olunub.

 

3 iyul 2013 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 4-də Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndinin cənubundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Yevgeniy Şarov və Uilyam Prayor keçirəcək.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov keçirəcəklər.

 

3 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Şirvanlı, Şıxlar, Cəvahirli, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Aşağı Veysəlli, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

2 iyul 2013 il
Azərbaycan Respublikasının müdafiə naziri ABŞ müdafiə katibinin əməkdaşını qəbul edib

Azərbaycan-ABŞ əlaqələrinin genişləndirilməsi məqsədilə ölkəmizə səfərə gələn Birləşmiş Ştatların müdafiə katibinin köməkçisinin müavini xanım Evelin Farkasın müxtəlif dövlət strukturlarında apardığı ikitərəfli məhsuldar görüşlərin əməkdaşlığın gələcək perspektivlərinin müəyyən olunmasına və inkişaf etdirilməsinə yeni üfüqlər açacağı baxımından diqqəti cəlb edir...........Davamı

 

 

 

 

 

 

2 iyul 2013 il
Azərbaycan-ABŞ ikitərəfli məsləhətləşmələrə həsr olunan konfrans keçirilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq proqramına əsasən müdafiə sahəsində ikitərəfli məsləhətləşmələrə həsr olunan konfransı keçirilib. Konfransda yaxın iki-üç il ərzində hər iki ölkə arasında hərbi əməkdaşlığın perspektivləri barədə səmərəli dialoq aparılıb.

 

 

 

 

 

 

2 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Baş Qərvənd və Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

1 iyul 2013 il
BHİŞ-in hərbçilər arasında birinci Dünya Futbol kubokunun təntənəli açılış mərasimi keçiriləcək

Sabah saat 19:00-da Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol kubokunun təntənəli açılış mərasimi keçiriləcək. "Dalğa-Arena" stadionunda baş tutacaq açılş mərasiminə 16 dövlətin futbol komandası qatılacaq.
Çempionatın ilk oyunu – "A" qrupunda yer almış Azərbaycan və Mali komandaları arasında keçiriləcək.
Turnirin mahiyyəti, gedişi, oyunların vaxtı, keçirilmə yeri və digər məlumatları çempionatın rəsmi internet səhifəsindən ( www.cism-wft2013.az ) əldə etmək olar.

 

1 iyul 2013 il
"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI

 

1 iyul 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Qazax rayonunun Qızılhacılı kəndində və Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.