28 fevral 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun işğal olunmuş Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Şıxlar, Sarıcalı, Şuraabad kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

27 fevral 2012 il
Azərbaycan Respublikasının müdafiə naziri Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) prezidentini qəbul edib

Fevralın 27-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) prezidenti polkovnik Hamad Kalkaba Malboumu qəbul edib.
Görüş zamanı Beynəlxalq Hərbi İdman Şurası ilə Azərbaycan Müdafiə Nazirliyinin perspektiv əlaqələri və 30 iyun - 16 iyul 2013-cü il tarixində Bakıda keçiriləcək futbol üzərə hərbiçilərin birinci dünya kuboku barədə ətraflı müzakirələr aparılıb. Nazir Səfər Əbiyev çempionatla bağlı öz təəssuratlarını bildirib və turnirin işinə uğur arzulayıb.

 

27 fevral 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun işğal olunmuş Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Tərtər rayonunun Qızıl Oba və Göyarx kəndləri yaxınlığında yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

26 fevral 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Noyemberyan rayonunun Berdavan və Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun işğal olunmuş Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

 

25 fevral 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Şıxlar, Füzuli rayonunun Horadiz, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

23 fevral 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Qaraqaşlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

22 fevral 2013 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 22-də Azərbaycan Respublikasının Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

22 fevral 2013 il

Cəbhədə vəziyyət gərginləşib.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacalı və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Mərzili, Cəvahirli və Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri avtomat, pulemyot və iriçaplı pulemyotlardan atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

21 fevral 2013 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 22-də Azərbaycan Respublikasının Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır............Davamı

 

21 fevral 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berkaber rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi yaxınlığında yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Mərzili, Şuraabad, Füzuli rayonunun Horadiz, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

20 fevral 2012 il
Azərbaycan Respublikasının müdafiə naziri Brüsselə yola düşüb

Fevralın 20-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Əfqanıstanın İSAF əməliyyatlarına töhfə verən NATO və tərəfdaş ölkələrin müdafiə nazirlərinin növbəti iclasında iştirak etmək üçün Brüsselə yola düşüb.

 

20 fevral 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Qaraqaşlı, Şirvanlı, Sarıcalı, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

19 fevral 2013 il
Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə Cümhuriyyətinin prezidenti və baş naziri ilə görüşüb

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin bu gün qardaş ölkənin prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşü olub.
Nazir Səfər Əbiyev həm Türkiyə Respublikasının prezidentinə, həm də baş nazirinə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin salamlarını çatdırıb............Davamı

 

 

19 fevral 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Şıxlar, Cəvahirli, Şirvanlı və Qaraqaşlı, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli və Aşağı Veysəlli, Tərtər rayonunun Çaylı və Göyarx kəndləri yaxınlığında yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

18 fevral 2013 il
Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə Cümhuriyyətinə rəsmi səfər edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Cümhuriyyətinin milli müdafiə Naziri İsmət Yılmazın dəvəti ilə Ankaraya yola düşüb.
Azərbaycan müdafiə nazirinin rəsmi səfəri çərçivəsində dövlətlərarası hərbi məsələlər barədə müzakirələr aparılacaq...........Davamı

 

18 fevral 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Şıxlar, Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

16 fevral 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Mərzili və Sarıcalı, Füzuli rayonunun Horadiz, Qorqan və Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

15 fevral 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Sarıcalı və Şuraabad kəndləri yaxınlığında, Füzuli, Daşkəsən və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

14 fevral 2013 il
"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI

 

14 fevral 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Qaraqaşlı, Şirvanlı kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

13 fevral 2013 il

Cəbhədə vəziyyət gərginləşib.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinarlı və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Əlibəyli kəndlərində, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Nəmirli, Qaraqaşlı və Şuraabad, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri avtomat, pulemyot və iriçaplı pulemyotlardan atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

12 fevral 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Şirvanlı, Qaraqaşlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

***

11 fevral 2013 il
Hərbi helikopter qəzaya uğrayıb

Bu gün saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək "Şıxov" çimərliyi istiqamətində qəzaya uğrayıb.
Hazırda xilasetmə tədbirləri həyata keçirilir. Qəza ilə əlaqədar əlavə məlumat veriləcək.

                                                                                 ***

Mətbuat xidməti bildirir ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olmuşlar. Rüstəm Rüstəmovun meyidi dənizdən çıxarılmış, digərlərinin tapılması istiqamətində isə axtarışlar davam edir.
Müdafiə Nazirliyi həlak olan zabitlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

 

11 fevral 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Şirvanlı, Şuraabad, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

9 fevral 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Mərzili və Cəvahirli, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

8 fevral 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Sarıcalı, Mərzili, Şuraabad və Cəvahirli, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli və Horadiz, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

7 fevral 2013 il

Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Sarıcalı, Qaraqaşlı və Şirvanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

6 fevral 2013 il
Azərbaycan Respublikasının müdafiə naziri Xorvatiya Respublikasının müdafiə nazirini qəbul edib

Fevralın 6-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının müdafiə naziri Ante Kotromanoviçinlə görüşü olub.
Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevlə Zərifə Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib.
Geniş tərkibdə keçirilən görüş zamanı nazirlər ölkələrarası hərbi-texniki əməkdaşlığın yaradılması və inkişafı istiqamətində faydalı müzakirələr aparıblar...........Davamı

 

6 fevral 2013 il

Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Qaraqaşlı, Şıxlar, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında, Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

5 fevral 2013 il
Azərbaycan Respublikasının müdafiə naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Leforu qəbul edib.
Görüşdə Avropa İttifaqı ilə ölkəmiz arasında müxtəlif istqamətlər üzrə əməkdaşlıq məsələləri, regionda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb.

 

5 fevral 2013 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 5-də Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

5 fevral 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Şuraabad, Yusifcanlı, Şıxlar, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Alxanlı, Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

4 fevral 2013 il
Mətbuat Xidmətinin məlumatı

«Yeni Müsavat» qəzetinin 4 fevral 2013-cü il tarixli sayında «Özünü avtomatla vuran əsgərin anasından şok iddialar» başlıqlı yazı dərc olunub və məqalənin sonunda «bazar günü olduğundan Müdafiə Nazirliyinin mövqeyini öyrənə bilmədik» fikri özünə yer alıb. Əslində yazıda bəhs olunan əsgər Azər Amil Oğlu Həsənov Müdafiə Nazirliyində xidmət etməyib və ötən ilin oktyabr ayında "Yeni Müsavat" qəzeti də daxil olmaqla əksər mətbuat orqanlarında əsgərin başqa qoşun növünün hərbi qulluqçusu olduğu bildirilib.
Qəzet yenə də ənənəsinə sadiq qalaraq 29 yanvar 2013-cü il tarixli sayının 11 ci səhifədə ordunun əleyhnə dərc etdiyi yazıda 20 günün əsgərinin xəstəlikdən dünyasını dəyişdiyini elə qələmə verib ki, guya həmin əsgər də Müdafiə Nazirliyinin hərbi qulluqçusu olub. Hansı ki, həmin gün mətbuatda sözügedən əsgər Rüstəmli Toğrul Kamran oğlu Müdafiə Nazirliyinin deyil, Daxili Qoşunların əsgəri olduğu qeyd edilib. Təbii ki, hansı qoşun növündə xidmət etməsindən asılı olmayaraq bütün əsgərlər Azərbaycan xalqının övladlarıdır və onların itkisi hamımız üçün üzücüdür. Amma başqa qoşun növündə baş vermiş itkiyə görə Müdafiə Nazirliyini hədəfə çevirmək nə dərəcədə düzgün yanaşmadır?
Bunun iki səbəbi ola bilər: ya qəzet bunu bilməyərəkdən edir, ya da bilir, ancaq qəsdən ölümləri Müdafiə Nazirliyinin üstünə atmağa çalışır.

 

4 fevral 2013 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 5-də Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin şəxsi köməkçisi Uilyam Prayor və səhra köməkçisi Jiri Aberle keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeniy Şarov və Xristo Xristov keçirəcəklər.

 

4 fevral 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

2 fevral 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Şuraabad, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, Göygöl və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

1 fevral 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Qaraqaşlı, Şirvanlı və Şıxlar, Tərtər rayonunun Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.