31 dekabr 2013 il
Azərbaycan Respublikasının Müdafiə nazirinin başçılığı ilə Müdafiə Nazirliyinin rəhbər heyəti Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub

Dekabrın 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.
Müdafiə Nazirliyinin rəhbərliyi hospitalın həyətindəki ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.
Sonra hospitalın bölmə və şöbələrində yaradılmış şəraitlə tanış olunub, yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkilib.............Davamı

 

 

 

***

30 dekabr 2013 il
Azərbaycan Respublikası Müdafiə nazirinin Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbriki

 

30 dekabr 2013 il
"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMINA ƏSASƏN VƏ KEÇİRİLƏCƏK DİGƏR TƏDBİRLƏRİN SİYAHISI

 

30 dekabr 2013 il

Erməni silahlı bölmələri dünən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

29 dekabr 2013 il

Erməni silahlı bölmələri bu gecə Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

28 dekabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Sarıcalı, Cəvahirli, Tərtər rayonunun Qızıl Oba, Çaylı, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

27 dekabr 2013 il
Məlumat

27 dekabr 2013-cü il tarixində erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq Tərtər rayonunun Çaylı kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar.
Nəticədə Silahlı Qüvvələrimizin əsgəri 1995-ci il təvəllüdlü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi tərəfindən 5 yanvar 2013-cü il tarixində hərbi xidmətə çağırılan Qasımov Sərxan Vaqif oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olmuşdur.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə əsgər Qasımov Sərxan Vaqif oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.
Dekabrın 28-də təşkil ediləcək dəfn mərasimində Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor V.Məmmədovun rəhbərliyi ilə hərbi hissə və birləşmə komandanlığının nümayəndələri iştirak edəcəklər.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

 

27 dekabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu və Ağdam rayonunun Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

26 dekabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şuraabad, Novruzlu, Tərtər rayonunun Seysulan və Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

25 dekabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Cəvahirli, Tərtər rayonunun Çiləbürt, Göyarx və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

24 dekabr 2013 il
Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb

Dekabrın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb.
Dekabrın 25-dək davam edəcək səfər çərçivəsində Müdafiə nazirinin bir sıra görüşləri planlaşdırılır.

 

24 dekabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Nəmirli, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

23 dekabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Ağdam rayonunun Nəmirli, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

21 dekabr 2013 il
NATO-nun Ekspert Qrupu Hərbi Hava Qüvvələrinin nümayəndələri ilə Ekspert Qərargah görüşü keçirib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2013-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən dekabrın 17-19 tarixlərində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Ramşteyn Birləşmiş Qüvvələr Komandanlığının Ekspert Qrupu Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndələri ilə Ekspert Qərargah görüşü keçirib.
Tədbirdə NATO-nun Ramşteyn Birləşmiş Qüvvələr Komandanlığı haqqında ümumi məlumat, strukturu və iş prinsipi eləcədə Azərbaycanın NATO ilə PAP və FTƏP sənədlərində qəbul edilmiş Hərbi Hava Qüvvələrinə aid olan tərəfdaşlıq məqsədlərinin və tədbirlərinin həyata keçirilməsini əhatə edən mövzular üzrə müzakirələr və fikir mübadiləsi aparılıb.

 

21 dekabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

20 dekabr 2013 il
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib

Dekabrın 20-də Müdafiə Nazirliyində kollegiya üzvlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini general-leytenant Vahid Əliyev, Azərbaycan Respublikasının Hərbi Prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev, Milli Təhlükəsizlik Nazirliyinin Baş İdarə rəisi general-mayor Nizami Şirinov da iştirak ediblər.
Prezident Administrasiyası rəhbərinin müavini general-leytenant Vahid Əliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 18 dekabr 2013-cü il tarixində imzaladığı Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Fərmanı kollegiya iştirakçılarına elan edib.
Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb və general-leytenant Kərəm Mustafayev komandan vəzifəsinin icrasına buraxılıb.
Kollegiya iclasında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin 2013-cü ildə döyüş xidməti hazırlığının yekunları və 2014-cü tədris ilində vəzifələri haqqında geniş məruzə ilə çıxış edib.
Müşavirədə son dövrlərdə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, quruculuq işləri və bir çox xidməti məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

 

20 dekabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində və Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

19 dekabr 2013 il
Azərbaycan Respublikasının Müdafiə naziri Hərbi Hava Qüvvələrinin hərbi hissələri ilə tanışlığı davam edib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Hərbi Hava Qüvvələrinin hərbi hissələri ilə tanışlığı davam edib.
Müdafiə naziri aviasiya poliqonuna baxış keçirib və müxtəlif təyinatlı hərbi aviasiya atəş sistemlərinin hazırlıq səviyyəsi ilə maraqlanıb.
Müdafiə naziri uçuş və texniki heyətlə görüş keçirib, döyüş hazırlığının yüksək səviyyədə saxlanılması ilə əlaqədar fikirlərini bölüşüb, aviasiya poliqonunun abadlaşdırılması, yeni hədəflərin quraşdırılması, müasir taktiki şəraitin yaradılması və baxış meydançasının genişləndirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini general-leytenant Vahid Əliyev də iştirak edib.

 

 

19 dekabr 2013 il
Azərbaycan Respublikasının Müdafiə naziri Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Dekabrın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönyeni qəbul edib.
Qonaq Müdafiə nazirini yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edərək, ona gələcək işlərində uğurlar arzulayıb, Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etməsindən məmnun olduğunu bildirib.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri, Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.
Görüşdə Fransa-Azərbaycan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Fransa Respublikası Silahlı Qüvvələrinin Gürcüstanda və eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuş hərbi attaşesi polkovnik-leytenant Andre Evrar iştirak edib.

 

19 dekabr 2013 il

Erməni silahlı bölmələri bu gecə Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

18 dekabr 2013 il
Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər idarəsinin rəisini qəbul edib

Dekabrın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər idarəsinin rəisi korpus generalı Alpaslan Erdoğanı qəbul edib.
Qonaq Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən Bakıda təşkil edilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqun növbəti toplantısının fəaliyyətindən məmnun qaldığını bildirib, hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb.
Silahlı Qüvvələrin inkişafı istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdıran Müdafiə naziri, regiondakı hərbi-siyasi vəziyyət, ikitərərfli əməkdaşlıq məsələlərinin əhəmiyyətindən danışaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyini qeyd edib.
Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin inkişafı perspektivləri və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler iştirak ediblər.

 

18 dekabr 2013 il
Azərbaycan-Fransa ikitərəfli hərbi əməkdaşlıq məsələləri üzrə məsləhətləşmələr keçirilib

Dekabrın 17-də Bakı şəhərində Azərbaycan-Fransa ikitərəfli hərbi əməkdaşlıq məsələləri üzrə məsləhətləşmələr keçirilmişdir.
Tədbir zamanı ölkələrimiz arasında hərbi-təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunmuş, beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılmışdır.
Müzakirələrin yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının Müdafiə Nazirliyi arasında 2014-cü il üçün müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planı" imzalanmışdır.
Fransa Respublikasının nümayəndə heyətinə Birləşmiş Qərargahın Beynəlxalq Əlaqələr İdarəsinin Qafqaz, Mərkəzi Asiya, Rusiya Federasiyası və Ukrayna üzrə bürosunun rəisi 1-ci dərəcəli kapitan Aleksis Viler rəhbərlik etmişdir.

 

18 dekabr 2013 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 18-də Qazax rayonunun Bala Cəfərli kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

18 dekabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Nəmirli, Tərtər rayonunun Qızıl Oba, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

17 dekabr 2013 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 18-də Qazax rayonunun Bala Cəfərli kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Uilyam Prayor keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Yevgeni Şarov və Peter Svedberq keçirəcəklər.

 

 

 

17 dekabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

16 dekabr 2013 il

Erməni silahlı bölmələri dünən Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

14 dekabr 2013 il
Məlumat

Son günlər Silahlı Qüvvələrlə bağlı mətbuatda yenə müxtəlif səpkili, qərəzli və çox vaxt həqiqətə uyğun olmayan yazılar dərc olunur.
Əvvəllər Silahlı Qüvvələrdə xidmət etmiş, tutduqları vəzifələrdə müəyyən şəxsi mənafelər güdməklə nöqsanlara yol vermiş və bu səbəbdən də ordu sıralarından kənarlaşdırılaraq, xidmətdən təcrid edilmiş bəzi keçmiş hərbi qulluqçular kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yalan və böhtan xarakterli məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışırlar.
Bu cür dezinformasiya xarakterli məlumatları yayanlar Silahlı Qüvvələrdə hazırda həyata keçirilən islahat və quruculuq işləri nəticəsində əldə olunmuş uğurlara kölgə salmağa cəhd edirlər.
Müdafiə Nazirliyi dövlətin ərazisinin, müstəqilliyinin və suverenliyinin qorunmasının əsas təminatçısı olan Silahlı Qüvvələrimizə qarşı yönəlmiş bu kimi kampaniyalara son qoymağa dəvət edir, kütləvi informasiya vasitələrinə hərbi xarakterli məlumatların yayılmasına həssaslıqla yanaşılmasını və dəqiqləşdirildikdən sonra verilməsini tövsiyə edir.

 

14 dekabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Azatamut kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

13 dekabr 2013 il
Azərbaycan Respublikasının Müdafiə naziri Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub

Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Qarnizonunda yerləşən Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub.
Müdafiə naziri uçuş və texniki heyətlə görüş keçirib, hərbi aviasiyanın döyüşə hazırlığının səviyyəsi, onların imkanları və effektiv istifadəsi, uçuş-enmə zolaqlarının, trenajor siniflərinin, yardımçı bina və tikililərin mövcud vəziyyəti ilə tanış olub............Davamı

 

 

 

 

13 dekabr 2013 il
Azərbaycan Respublikasının Müdafiə naziri Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Dekabrın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Aleksandr Mişşenkonu qəbul edib.
Səfir Müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edərək, ona gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüş zamanı regiondakı hərbi-siyasi vəziyyət, Ukrayna-Azərbaycan ikitərərfli əməkdaşlığı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Ukrayna Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik Vladimir Mitin iştirak edib.

 

 

 

13 dekabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şuraabad, Şıxlar, Nəmirli, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

12 dekabr 2013 il
Elan

Azərbaycan Respublikası Silahlı Qüvvələrində müqavilə əsasında gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək arzusunda olan Azərbaycan Respublikasının vətəndaşları, qanunvericiliklə tənzimlənmiş qaydada Bakı, Bərdə, Beyləqan, Şəmkir və Naxçıvanda yerləşən birliklərin komandanlıqlarına müraciət edə bilərlər.
Əlavə məlumat üçün 538-61-74 nömrəli telefona (həftənin bazar ertəsi-cümə günləri, saat 10.00-dan 12.00-dək və 16.00-dan 18.00-dək) müraciət oluna bilər.

 

12 dekabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Horadiz və Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

11 dekabr 2013 il
Azərbaycan Respublikasının Müdafiə naziri Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Dekabrın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Xun Tsuini qəbul edib.
Səfir Müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edib, ona Çin Milli Müdafiə nazirinin səmimi arzularını çatdırıb və gələcək işlərində uğurlar diləyib.
Görüş zamanı bölgədki hərbi-siyasi vəziyyət, Çin və Azərbaycan Silahlı Qüvvələri arasında əlaqələrin inkişafı perspektivləri və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Çin Xalq Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi baş polkovnik Lyu Xun iştirak edib.

 

 

 

11 dekabr 2013 il
Azərbaycan Respublikasının Müdafiə naziri Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Dekabrın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Vladimir Doroxini qəbul edib.
Səfir Müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edərək, ona gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüş zamanı regiondakı hərbi-siyasi vəziyyət, Rusiya-Azərbaycan ikitərərfli əməkdaşlığı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik Vladimir Çernenko iştirak edib.

 

 

11 dekabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

10 dekabr 2013 il
Azərbaycan Respublikasının Müdafiə naziri İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Dekabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib.
Görüşdə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı əlaqələr, bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə İran İslam Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşesi polkovnik Əmir Fərəci Moez iştirak edib.

 

 

 

 

10 dekabr 2013 il
Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar xatirə mərasimi keçirilib

Dekabrın 10-da Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar xatirə mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin rəhbərliyinin, mərasimdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi nümayəndələrinin yenidən qurulmuş Heydər Əliyev muzey-lektoriyasının ekspozisiyası ilə tanışlığından başlayıb.............Davamı

 

 

10 dekabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Baş Qərvənd və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

9 dekabr 2013 il
Azərbaycan Respublikasının Müdafiə naziri Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş komandanını qəbul edib

Dekabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifəni qəbul edib.
Görüşdə regional hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlıq və müxtəlif məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

 

 

 

 

9 dekabr 2013 il

Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

7 dekabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

6 dekabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Əbdülrəhmanlı, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

5 dekabr 2013 il
Azərbaycan Respublikasının Müdafiə naziri ABŞ Dövlət Katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavinini qəbul edib

Dekabrın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ Dövlət Katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini cənab Erik Rubini qəbul edib.
Qonaq Müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edərək, ona gələcək işlərində uğurlar arzulayıb.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri, Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların qəsdən uzadılmasının regiondakı şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.
ABŞ-Azərbaycan əlaqələrinin müxtəlif sahələr üzrə səmərəli davam etdiyini bildirən Müdafiə naziri ikitərəfli hərbi əməkdaşlıq istiqamətində uğurların olduğunu və bundan sonrakı fəaliyyətlərin inkişaf persektivlərini də qeyd edib.
Bölgədəki vəziyyətə münasibətini bildirən amerikalı qonaq, regionda sülhün bərqərar olması üçün ABŞ-ın apardığı səylərə və əlaqələrin genişlənməsi təşəbbüslərinə də toxunub.
Daha sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Riçard Morninqstar da iştirak edib.

 

5 dekabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

4 dekabr 2013 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 4-də Füzuli rayonunun Qaraxanbəyli kəndinin şimalında yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

***

3 dekabr 2013 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 4-də Füzuli rayonunun Qaraxanbəyli kəndinin şimalında yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Peter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle keçirəcəklər.

 

3 dekabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

2 dekabr 2013 il
Azərbaycan Respublikasının Müdafiə naziri Koreya Respublikasına səfərə yola düşüb

Dekabrın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Koreya Respublikasına rəsmi səfərə yola düşüb.
Dekabrın 4-dək davam edəcək səfər çərçivəsində Müdafiə nazirinin bir sıra görüşləri planlaşdırılır.

 

2 dekabr 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Məzəmli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Ağdam rayonunun Qaraqaşlı, Nəmirli, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.