30 aprel 2013 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 30-da Azərbaycan Respublikasının Qazax rayonu, Bala Cəfərli kəndinin cənub-qərbindən keçən yolun üzərindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

30 aprel 2013 il
"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI

 

30 aprel 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Tərtər rayonunun işğal olunmuş Çaylı, Füzuli rayonunun Horadiz və Aşağı Seyidəhmədli, Ağdam rayonunun Qaraqaşlı, Sarıcalı və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

29 aprel 2013 il
Hərbçilər arasında birinci Dünya Futbol Kubokunun püşkatma mərasimi keçirilib

Aprelin 29-da Avropa Hotelində Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kubokunun püşkatma mərasimi keçirilib. Mərasimdə idman və əsasən də futbol ictimaiyyətinin nümayəndələri, tanınmış idman veteranları iştirak edib. Tədbirdə müdafiə nazirinin müavini, təşkilat komitəsi sədrinin birinci müavini, general-leytenant Çingiz Məmmədov müdafiə naziri Səfər Əbiyevin adından mərasim iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan idmanı özünün yeni dirçəliş dövrünü yaşayır.............Davamı

 

 

 

29 aprel 2013 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 30-da Azərbaycan Respublikasının Qazax rayonu, Bala Cəfərli kəndinin cənub-qərbindən keçən yolun üzərindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Jiri Aberle və Conattan Ferrabi keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeniy Şarov keçirəcəklər.

 

29 aprel 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Tərtər rayonunun işğal olunmuş Qızıl Oba, Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Əbdülrəhmanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

27 aprel 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun işğal olunmuş Tapqaraqoyunlu və Gülüstan, Tərtər rayonunun Göyarx və Çiləbürt, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

26 aprel 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Mərzili və Tağıbəyli, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

25 aprel 2013 il
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar müdafiə naziri tərəfindən təsdiq olunmuş plana uyğun olaraq geniş tədbirlər keçirilir

Müasir Azərbaycan Ordusunun yaradıcısı, ümummilli lider Heydər Əliyevin anadan olmasinin 90 illik yubileyi ilə əlaqədar müdafiə naziri tərəfindən təsdiq olunmuş plana uyğun olaraq bütün hərbi hissə və birləşmələrdə geniş tədbirlər keçirilir. Ulu öndərin vaxtı ilə böyük çətinliklər hesabına ərsəyə gətirdiyi Cəmşid Naxçıvanski adına Hərbi Liseydə «Heydər Əliyev müasir Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısıdır» mövzusunda dünən keçirilən elmi-praktiki konfrans öz əhəmiyyətinə görə ordumuzun həyatında əlamətdar hadisə kimi yadda qalacaq. Tədbirdə çıxış edənlər ümummilli liderə belə bir hərbi liseyi yaratdığına görə öz dərin minnətdarlıqlarını bildiriblər............Davamı

 

 

25 aprel 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Alxanlı və Ağdam rayonunun Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

24 aprel 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili kəndləri yaxınlığında, Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

23 aprel 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Goranboy rayonunun Tapqaraqoyunlu və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

22 aprel 2013 il
Əsgər ayağından yaralanıb

Aprelin 21-də saat 12.30-da Qazax rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri Quliyev Qismət Vəli oğlu təhlükəsizlik qaydalarının pozulması nəticəsində ayagından güllə yarası alıb, vəziyyəti kafidir.

 

22 aprel 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar və Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Alxanlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

20 aprel 2013 il
Əsgər vəfat edib

Aprelin 20-də gecə saat 00.35 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 1994-cü il təvəllüdlü, 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsindən hərbi xidmətə çağırılmış Quliyev Emin İlqar oğlu ona təhkim olunmuş avtomat silahdan açılan atəş nəticəsində vəfat etmişdir. Fakt üzrə cinayət işi başlanılmışdır.

 

20 aprel 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Tərtər rayonunun işğal olunmuş Yarımca, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

19 aprel 2013 il
Baş leytenant dünyasını dəyişib

Aprelin 19-da gecə saat 03.00 radələrində Naxçıvanda yerləşən N saylı hərbi hissənin əsgəri Şahverdiyev Rafael Əli oğlunun tabeliyində olan silahdan açılan atəş nəticəsində baş leytenant Məmmədov Elşən Mübariz oğlu dünyasını dəyişib. Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.

 

19 aprel 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Sarıcalı və Qaraqaşlı, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

18 aprel 2013 il
Azərbaycan Respublikasının müdafiə nazirinin Polşa Respublikasının prezidenti və milli müdafiə naziri ilə görüşü olub

Polşada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Polşa Respublikasının prezidenti Bronislav Komorovski ilə görüşü olub. Görüşdə nazir Səfər Əbiyev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin salamlarını Polşa Respublikasının prezidentinə çatdırıb.
Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemini yaradan səbəblər barədə prezident Komorovskiyə ətraflı məlumat verib. Həmçinin nazir qeyd edib ki............Davamı

 

18 aprel 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Kəngərli və Mərzili, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

17 aprel 2013 il
Azərbaycan Respublikasının müdafiə naziri Polşaya rəsmi səfərə yola düşüb

Aprelin 17-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Polşa Respublikası müdafiə nazirinin dəvəti ilə Varşavaya rəsmi səfərə yola düşüb.
Səfər zamanı ikitərəfli hərbi əməkdaşlıq, hərbi-texniki əlaqələr və regional təhlükəsizlik məsələlərinin müzakirəsi gözlənilir.

 

17 aprel 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Göyarx, Çaylı və Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

16 aprel 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Kəngərli və Qaraqaşlı, Tərtər rayonunun Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

15 aprel 2013 il
Azərbaycan Respublikasının müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsini qəbul edib

Aprelin 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrey Deşitsanı qəbul edib.
Görüş zamanı regionda mövcud hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb.
Görüşdə Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko və ATƏT-in Bakı ofisinin rəhbəri Koray Torqay iştirak ediblər.

 

15 aprel 2013 il
"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI

 

15 aprel 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıloba, Yarımca kəndləri yaxınlığında, Gədəbəy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

13 aprel 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Quşçuayrım kəndləri yaxınlığında yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Tərtər rayonunun Çiləbürt və Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

12 aprel 2013 il
132 hərbi qulluqçuya mənzillərin sənədləri təqdim edilib

Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci ildə imzalanmış fərmanına uyğun olaraq bu gün Təlim və Tədris Mərkəzində 132 hərbi qulluqçuya mənzillərin sənədləri təqdim edilib. Bundan əvvəl 20 il və daha çox qüsursuz xidmətlərinə görə 50 hərbi qulluqçu da prezidentin qayğısı sayəsində yeni və təmirli mənzillərlə təmin olunmuşdu.
Müdafiə nazirliyinin rəhbərliyi bu qayğını və diqqəti ordu quruculuğu sahəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab prezident İlham Əliyevin həyata keçirdiyi çoxsaylı mühüm işlərin önəmli nəticəsi kimi qiymətləndirir və buna görə dövlət başçısına öz dərin təşəkkürünü bildirir. Prezidentin məlum fərmanında göstərildiyi kimi, hərbi qulluqçulara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına, mənzil-məişət problemlərinin həll edilməsinə böyük təkan verir.
132 ailənin sevincinə səbəb olan bu günkü tədbir hərbi qulluqçularımızın həyatında əlamətdar hadisə kimi qalacaq. Tədbirdə çıxış edənlər Ali Baş Komandanımız İlham Əliyevə dərin minnətdarlıqlarını çatdırmaqla yanaşı mənzil alan hərbi qulluqçulara ailə səadəti, xoşbəxtlik arzulayıblar.

 

12 aprel 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şirvanlı və Yusifcanlı, Füzuli rayonunun Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

11 aprel 2013 il
Azərbaycan Respublikasının müdafiə naziri ATƏT-in baş katibinin müavinini qəbul edib

Aprelin 11də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in baş katibinin müavini Adam Kobieratskini qəbul edib.
Söhbət zamanı Dağlıq Qarabağ konfliktinin bölgədə yaratmış olduğu gərgin hərbi-siyasi vəziyyət və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Problemin indiyədək həll edilməməsinin səbəbləri üzərində dayanan nazir S. Əbiyev BMT-nin qəbul etdiyi 4 qətnamənin bu günədək icra edilməməsini, 20 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyini qonağın diqqətinə çatdırıb. Nazir təəssüflə bildirib ki, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi üçün beynəlxalq qurumların gözləmə mövqeyi tutması təcavüzkarın daha da şirniklənməsinə fürsət verir.
Görüş zamanı Xankəndinə uçuşlara nazirin münasibətini öyrənmək üçün cənab Kobieratiskinin verdiyi sualı S.Əbiyev belə cavablandırıb: «Uçuşlar o zaman baş tuta bilər ki, müharibə şəraiti aradan qalxsın. Bunu üçün isə birinci növbədə işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan silahlı bölmələri geri çəkilməlidir».

 

11 aprel 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Kəngərli, Şıxlar və Yusifcanlı, Füzuli rayonunun Horadiz, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

10 aprel 2013 il
NATO-nun Beynəlxalq Qərargahının ekspert qrupu ilə Azərbaycanın Respublikası Müdafiə Nazirliyi arasında işçi görüşü başlayıb

Planlaşdırma və Analiz Prosesinin və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının həyata keçirilməsinin qiymətləndirilməsi üzrə NATO-nun Beynəlxalq Qərargahının ekspert qrupu ilə Azərbaycanın Respublikası Müdafiə Nazirliyi arasında işçi görüşü başlayıb.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən görüşdə müdafiə sahəsində əməkdaşlığın, PAP və FTƏP proqramları çərçivəsində məqsədlərin və öhdəliklərin yerinə yetirilməsi üzrə müzakirələr aparılır.

 

10 aprel 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Mərzili, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

9 aprel 2013 il
Azərbaycan ordusunun leytenantı şəhid olub

Aprelin 8-i saat 20.00 radələrində qoşunların təmas xəttinin Ağdam rayonunun Kəngərli kəndi istiqamətində N saylı hərbi hissənin leytenantı 1988-ci il təvəllüdlü Məmmədov Şəhriyar Bayramqulu oğlu atəşkəsin pozulması nəticəsində şəhid olub.

 

9 aprel 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Kəngərli və Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

8 aprel 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi yaxınlığında yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Mərzili, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz, Aşağı Veysəlli və Qaraxanbəyli, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında Xocavənd və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

6 aprel 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Goranboy rayonunun Gülüstan, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

5 aprel 2013 il
Monitorinqlər baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 4-də Azərbaycan Respublikasının Tərtər rayonunun Tərtər-Ağdərə yolu və aprelin 5-də Ağdam rayonunun Ağdam-Bərdə yolu üzərindəki təmas xəttində keçirilən monitorinqlər insidentsiz başa çatıb.

 

5 aprel 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Cəbrayıl rayonunun Mehdili, Ağdam rayonunun Şirvanlı və Mərzili, Füzuli rayonunun Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

4 aprel 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Göyarx və Çiləbürt, Cəbrayıl rayonunun Mehdili, Ağdam rayonunun Şirvanlı, Qaraqaşlı və Cəvahirli, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

3 aprel 2013 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 4-də Azərbaycan Respublikasının Tərtər rayonunun Tərtər-Ağdərə yolu və aprelin 5-də Ağdam rayonunun Ağdam-Bərdə yolu üzərindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Yevgeniy Şarov və ofisin maliyyə administrasiyasının rəhbəri Conattan Ferrabi keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.
Monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi 4 aprel tarixdə təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətdə olan hissəsindən işğal olunmuş Ağdərə istiqamətinə, 5 aprel tarixdə isə təmas xəttinin qarşı tərəfindən Bərdə istiqamətinə keçməyi planlaşdırırlar.

 

3 aprel 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Mərzili, Goranboy rayonunun Gülüstan, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

2 aprel 2013 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Horadiz, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Mərzili və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

1 aprel 2013 il
"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI

 

1 aprel 2013 il

Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Fərəhli kəndləri yaxınlığında yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun işğal olunmuş Aşağı Əbdülrəhmalı, Qaraxanbəyli və Aşağı Seyidəhmədli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Göygöl və Gədəbəy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.