29 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar və Şuraabad, Füzuli rayonunun Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

28 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında və Xocavənd rayonunın ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

27 sentyabr 2012 il
Müdafiə naziri Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Sentyabrın 27-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönieni qəbul edib.
Görüşdə regionda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb.
Fransalı səfir ölkəsinin Azərbaycana təyin olunmuş yeni hərbi attaşesini Azərbaycan Respublikasının müdafiə nazirinə təqdim edib.

 

27 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinarlı, Noyemberyan rayonunun Barekamavan və Voskevan kəndlərində, Ağdam rayonunun işğal olunmuş Yusifcanlı və Şıxlar, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Horadiz kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

26 sentyabr 2012 il
Müdafiə naziri ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Moninqstarı qəbul edib.
Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri təbrik edən müdafiə naziri ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə ABŞ və Azərbaycan arasındakı strateji əməkdaşlıq əlaqələrinin verdiyi yüksək nəticələr, eyni zamanda hərbi sahədə əldə edilən naliyyətlər barədə geniş fikir mübadiləsi aparılıb.
Regionda mövcud hərbi-siyasi vəziyyətə və Dağlıq Qarabağ probleminin yaratdığı çətinliklərə toxunan nazir Səfər Əbiyev münaqişənin sülh yolu ilə həlli məsələsində Minsk Qrupuna daxil olan ölkələrin fəaliyyətlərini gücləndirmələrinin zəruriliyini qeyd edib. Nazirin sözlərinə görə, işğal faktı aradan qaldırılmayacağı təqdirdə bütövlükdə Cənubi Qafqazda vəziyyətin daha təhlükəli xarakter alacağı qaçılmaz olacaq.

 

26 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili və Baş Qərvənd, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

25 sentyabr 2012 il
"Əldə hazırlanmış partlayıcı qurğularla mübarizə" mövzusunda təlim kursu keçirilir
Azərbaycanda NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının Ekspert Qrupu tərəfindən "Əldə hazırlanmış partlayıcı qurğularla mübarizə" mövzusunda əməliyyat səviyyəsində təlim kursu keçirilir.
Təlim kursunda NATO-nun əldə hazırlanmış partlayıcı qurğularla mübarizə strategiyası, strukturu, fəaliyyət planı, rəhbəredici sənədləri, standart əməliyyat prosedurları mövzuları müzakirə edilir.

 

25 sentyabr 2012 il
Müdafiə naziri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib
Sentyabrın 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşqunu qəbul edib. Azərbaycanın müdafiə naziri yeni səfiri təbrik edərək ona gələcək işlərində uğurlar arzulayıb.
Görüşdə Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq məsələləri, bölgədəki hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

 

25 sentyabr 2012 il
"Geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması" mövzusunda kurs keçirilir

Böyük Britaniyanın Müdafiə Akademiyası və Azərbaycanın Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı şəhərində "Geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması" mövzusunda kurs keçirilir. Tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə yanaşı, Xarici İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirliklərinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Xüsusi Dövlət Mühafizəsi və Dövlət Sərhəd xidmətlərinin nümayəndələri iştirak edirlər.
Kursda təhlükəsizlik məsələləri, müdafiə sektorunun təşkili, beynəlxalq terrorizm və antiterrorizm, böhranların idarə olunması, siyasətin formalaşdırılması, milli təhlükəsizlik strategiyası, beynəlxalq əməliyyatlar, güc tətbiq etmə hüququ, insan resurslarının, informasiyanın və islahatların idarə edilməsi məsələləri müzakirə edilir.

 

25 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində; Ağdam rayonunun işğal olunmuş Mərzili; Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

24 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə; Noyemberyan rayonunun Voskevan kəndində; Ağdam rayonunun işğal olunmuş Şıxlar; Xocavənd rayonunun Kuropatkino; Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında; Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

22 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen; Berd rayonunun Mosesqerx kəndlərində; Agdam rayonunun işğal olunmuş Mərzili, Qaraqaşlı; Xocavənd rayonunun Kuropatkino; Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

21 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində; Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə; Agdam rayonunun işğal olunmuş Şıxlar, Cəvahirli, Şuraabad; Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında; Goranboy rayonuınun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

 20 sentyabr 2012 il
Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirir

Azərbaycan Ordusu növbəti genişmiqyaslı hərbi təlimlər keçirir. Təlimlərə bütün qoşun növləri - Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Təlimlər müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilir.

 

20 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında; Füzuli və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

19 sentyabr 2012 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 19-da Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndinin şimal istiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

19 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində; Xocavənd rayonunun işgal olunmuş Kuropatkino; Tərtər rayonunun Qızıloba; Ağdam rayonunun Mərzili və Şıxlar kəndləri yaxınlığında; Daşkəsən və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

18 sentyabr 2012 il
Azərbaycanın müdafiə naziri Litva Parlamentinin sədri və baş naziri ilə görüşüb

Litva Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev bu gün Litva Parlamentinin sədri xanım İrena Dequtuiene və baş nazir Andrius Kubilius ilə görüşlər keçirib.
Hər iki görüşdə ölkələrarası münasibətlərin inkişafı və hərbi əməkdaşlıq məsələləri geniş müzakirə edilib.
Müdafiə naziri Səfər Əbiyev Litva Parlamentinin sədrinə və baş nazirə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun yaratdığı çətinliklər barədə ətraflı məlumat verib.
Litva Parlamentinin sədri xanım İrena Dequtuiene isə bildirib ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin bu yöndə həllini arzulayır.
Hər iki görüşdə Azərbaycanın Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə də iştirak edib.
Günün sonunda Azərbaycanın müdafiə naziri Litva Milli Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən enerji təhlükəsizliyi mərkəzində olub.

 

18 sentyabr 2012 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 19-da Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndinin şimal istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçi Uilyam Prayor keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və ofisin əlaqələndiricisi Piter Ki keçirəcəklər.

 

18 sentyabr 2012 il

Erməni silahlı bölmələri bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

17 sentyabr 2012 il
Azərbaycan Respublikasının müdafiə naziri Litva Respublikasına rəsmi səfər edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev bu gün Litva Respublikasına rəsmi səfər edib. Azərbaycanın müdafiə nazirinin rəsmi qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib.
Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə Litva Respublikasının mili müdafiə naziri Rasa Yunkiaviçene arasında təkbətək, sonra isə geniştərkibli görüş keçirilib...

 

17 sentyabr 2012 il

Erməni silahlı bölmələri bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber; Noyemberyan rayonunun Voskevan kəndlərində və Ağdam rayonunun işğal olunmuş Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

15 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino; Ağdam rayonunun Mərzili və Cəvahirli kəndləri yaxınlığında; Goranboy və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

14 sentyabr 2012 il
"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI

 

14 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Baş Qərvənd; Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

13 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino; Füzuli rayonunun Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Yusifcanlı kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

12 sentyabr 2012 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 12-də Azərbaycan Respublikasının Göygöl rayonunun Ömər dağ keçidindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

12 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino; Tərtər rayonunun Çiləbürt; Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

11 sentyabr 2012 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 12-də Azərbaycan Respublikasının Göygöl rayonunun Ömər dağ keçidindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçi Uilyam Prayor keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Xristo Xristov keçirəcəklər.

 

11 sentyabr 2012 il

Cəbhədə vəziyyət yenə gərginləşib.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk və Berd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə; Noyemberyan rayonunun Voskevan kəndində; Füzuli rayonunun işğal olunmuş Aşağı Seyidəhmədli; Ağdam rayonunun Yusifcanlı; Xocavənd rayonunun Kuropatkino; Tərtər rayonunun Çiləbürt və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

10 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan kəndində; işğal olunmuş Xocavənd rayonunun Kuropatkino; Ağdam rayonunun Şıxlar və Mərzili kəndləri yaxınlığında; Goranboy və Füzuli rayonunlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

8 sentyabr 2012 il

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Atışmalar əsasən Ağdam rayonunun Yusifcanlı, Şirvanlı; Goranboy rayonunun Tapqaraqoyunlu; Füzuli rayonunun Qorqan; Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında; Füzuli, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdə qeydə alınıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

7 sentyabr 2012 il

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Atışmalar əsasən Ermənistanın Noyemberyan rayonunun Voskevan, Berdavan; İcevan rayonunun Azatamut, Berkaber kəndlərində; işğal olunmuş Ağdam rayonunun Şuraabad, Yusifcanlı; Goranboy rayonunun Tapqaraqoyunlu; Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında; Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdə qeydə alınıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

6 sentyabr 2012 il

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Atışmalar əsasən Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə; işğal olunmuş Ağdam rayonunun Mərzili, Cəvahirli, Şıxlar; Goranboy rayonunun Tapqaraqoyunlu; Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və Xocavənd, Goranboy, Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdə qeydə alınıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

5 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə cəbhənin bir çox istiqamətlərində atəşkəs rejimini pozublar. Atışmalar əsasən Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şirvanlı, Şıxlar; Xocavənd rayonunun Kuropatkino; Goranboy rayonunun Tapqaraqoyunlu; Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdə qeydə alınıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

4 sentyabr 2012 il
MÜDAFİƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN RƏİSİ POLKOVNİK ELDAR SABİROĞLUNUN AÇIQLAMASI

Azərbaycan zabiti Ramil Səfərovun prezident İlham Əliyevin şəxsi təşəbbüsü və səyi nəticəsində vətənə gətirilərək əfv edilməsi xalqımız tərəfindən böyük hadisə kimi qarşılandı. Düşmən ölkədə isə əvvəlcədən məlum olduğu kimi bu hadisə etirazlara və isterikaya səbəb oldu. Ermənistan hakimiyyətinin uğursuz siyasəti kimi dəyərləndirilən bu məsələnin Sarkisyan rejimi üçün ciddi problemlər yaratdığını sübuta yetirməyə artıq ehtiyac yoxdur. Əhalinin qəzəbini sakitləşdirməyə çalışan Ermənistan rəhbəri müxtəlif üsullara və siyasi xilasa hesablanmış sərt bəyənatlara əl atsa da, istədiyi nəticəni reallaşdıra bilmir. Odur ki, ənənəsinə sadiq olan Sarkisyan Ramil Səfərovu terror vasitəsi ilə aradan götürmək yolunu seçib və dolaşan xəbərlərə görə aidiyyatı qurumlara öz göstərişlərini də verib. Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, terrorizmdə xüsusi təcrübəyə yiyələnən Ermənistan prezidentinin bu alçaq niyyətinin qarşısını almaq və öz zabitinin həyatını qorumaq üçün Azərbaycan kifayət qədər imkanlara və önləyici tədbirlərə malikdir.....

 

4 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Yusifcanlı, Novruzlu, Şıxlar kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

 

***

3 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino; Goranboy rayonunun Tapqaraqoyunlu; Ağdam rayonunun Baş Qərvənd və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

1 sentyabr 2012 il
Müdafiə naziri Ramil Səfərovu qəbul edib

Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycan Ordusunun zabiti Ramil Səfərovu qəbul edib. Vətənə dönməsi və prezident İlham Əliyev tərəfindən əvf olunması münasibəti ilə R.Səfərovu təbrik edən müdafiə naziri onu mayor rütbəsi ilə təltif edərək gələcək hərbi fəaliyyətində uğurlar arzulayıb.
Müdafiə naziri Azərbaycan zabitinə – vətəndaşına göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə öz dərin təşəkkürünü bildirməklə yanaşı atılan bu addımı Azərbaycan xalqı qarşısında misilsiz xidmət kimi qiymətləndirib.

 

1 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şuraabad, Mərzili, Cəvahirli; Xocavənd rayonunun Kuropatkino; Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.