30 iyun 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Seyidəhmədli; Tərtər rayonunun Seysulan kəndləri yaxınlığında və Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

29 iyun 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli; Ağdam rayonunun Şıxlar, Cəvahirli; Tərtər rayonunun Yarımca, Nəmirli; Xocavənd və Daşkəsən rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

28 iyun 2012 il 
Müdafiə Nazirliyində qəbul                                                         

İyunun 28-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Malaziyanın baş nazirinin departamentinin naziri Dato Seri Mohamed Nazri bin Azizi qəbul edib.
Müstəqillik əldə edən Azərbaycanın 20 il ərzində inkişaf yolu barədə söhbət açan nazir Səfər Əbiyev bölgədəki hərbi-siyasi vəziyyət barədə də qonağı məlumatlandırıb.
Görüşdə ölkələrarası hərbi əməkdaşlığın qurulması istiqamətində geniş fikir mübadiləsi aparılıb.

 

28 iyun 2012 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 28-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəmli kəndinin 2,5 km şərq istiqamətindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

28 iyun 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber; işğal olunmuş Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı; Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli və Şurabad; Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy və Daşkəsən rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub

***

27 iyun 2012 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 28-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəmli kəndinin 2,5 km şərq istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin şəxsi köməkçi Uilyam Prayor və səhra köməkçisi Jiri Aberle keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçirəcəklər.

 

27 iyun 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyenberyan rayonunun Barekamavan və Berdavan; İcevan rayonunun Berkaber; Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdən; işğal olunmuş Ağdam rayonunun Şıxlar, Cəvahirli, Şirvanlı və Kəngərli; Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Horadiz; Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

26 iyun 2012 il
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

26 iyun 2012 il
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

26 iyun 2012 il
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak etmişdir

İyunun 25-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci il buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Müdafiə naziri general-polkovnik Səfər Əbiyev və fəxri qarovul dəstəsinin rəisi Ali Baş Komandana raport verdilər. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu. Prezident, Ali Baş Komandan İlham Əliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparılmış yenidənqurma və maddi-texniki bazanın gücləndirilməsi ilə bağlı görülən işlərlə tanış oldu......

 

***

25 iyun 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyenberyan rayonunun Barekamavan, işğal olunmuş Ağdam rayonunun Baş Qərvənd, Yusifcanlı, Şıxlar, Cəvahirli, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

23 iyun 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan, işğal olunmuş Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan, Tərtər rayonunun Qızıloba, Göyarx kəndləri yaxınlığında və adsız yüksəkliklərdə, Goranboy, Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

22 iyun 2012 il
İlham Əliyev Bakıda Müdafiə Nazirliyinin yeni yaşayış kompleksinin açılış mərasimində iştirak etmişdir

Prezident İlham Əliyev Bakının Yasamal rayonu ərazisində Müdafiə Nazirliyinin yeni yaşayış kompleksinin açılış mərasimində iştirak etmişdir.
Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.
Dövlət başçısı yeni yaşayış kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev yaşayış kompleksində yaradılan şəraitlə yaxından tanış oldu.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev dövlətimizin başçısına məlumat verərək bildirdi ki, 9 mərtəbəli iki binadan ibarət yeni yaşayış kompleksində hərbçilər üçün lazım olan bütün şərait yaradılmışdır.......

22 iyun 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıloba, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdülrəhmanlı, Qorqan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

21 iyun 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan, işğal olunmuş Ağdam rayonunun Kəngərli və Şıxlar, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

20 iyun 2012 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 20-də Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz kəndinin şimal-qərb istiqamətindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

20 iyun 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Noyenberyan rayonunun Barekamavan, işğal olunmuş Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Göyarx və Qızıloba, Goranboy rayonunun Gülüstan, Füzuli rayonunun Aşağı Veysəlli və Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

 

19 iyun 2012 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 20-də Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz kəndinin şimal-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçi Uilyam Prayor keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Antal Herdiç keçirəcəklər.

 

19 iyun 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, işğal olunmuş Ağdam rayonunun Yusifcanlı, Fizuli rayonunun Qorqan, Aşağı Veysəlli, Horadiz, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

18 iyun 2012 il

TƏDBİRLƏRİN SİYAHISI

Əməliyyat İmkanları Konsepsiyası taborunun 1-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi
18-24.06.2012      
Bakı, Azərbaycan ......

 

18 iyun 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə işğal olunmuş Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şıxlar, Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

16 iyun 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk və işğal olunmuş Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdən, Ağdam rayonunun Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Tərtər rayonunun Çiləbürt, və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

 

***

14 iyun 2012 il

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlunun açıqlaması


Dünən ölkədə fəaliyyət göstərən saytlardan birinin cəbhə bölgəsində baş verənlərlə bağlı yaydığı məlumat cəmiyyətdə və mətbuatda çaşqınlığa səbəb olub. Dezinformasiya xarakteri daşıyan bu yazıda bildirilir ki, guya iyun ayının 7-8-də cəbhədə baş vermiş döyüşlərdə Azərbaycan Ordusu 5 deyil, 40 şəhid vermiş və bu «fakt» hansısa səbəblərə görə indiyədək gizli saxlanılır. Belə əsassız məlumatı dövriyyəyə buraxarkən saytın qarşısına hansı məqsəd qoyduğu və nə üçün bu cür uydurma, yalan məlumatla ictimaiyyəti təşvişə qapanmağa sövq etməyə çalışması çox maraqlı görünür. Haradan götürülüb bu məlumat, mənbəyini söyləyə bilərlərmi? Sayt «35 şəhiddən» heç olmazsa birinin yurd-yuvasını və ya adını nişan verə bilərmi? Ümumiyyətlə, bu qədər əsgərin ölümü necə gizlədilə bilər və yaxud nəyə görə gizlədilməlidir? ......

 

 

14 iyun 2012 il

Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Ermənistanın silahlı bölmələri iyunun 13-ü saat 08.00-dan bu gün səhər saat 08.00-dək olan vaxt ərzində Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Gülüstan kəndi yaxınlığında; Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə; Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli, Horadiz, Qorqan və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında; Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə; Ağdam rayonunun Şıxlar, Cəvahirli və Şirvanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam ediblər.
Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb.
Düşmən cavab atəşi ilə susdurulub.

 

***

13 iyun 2012 il

Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Ermənistanın silahlı bölmələri iyunun 12-i saat 08.00-dan bu gün səhər saat 08.00-dək Tərtər rayonunun Qızıloba, Göyarx, Seysulan, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Şurabad, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam ediblər.
Azərbaycan tərəfdən heç bir itki və yaralı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.

 

***

12 iyun 2012 il

Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Ermənistanın silahlı bölmələri iyunun 11-i saat 08.00-dan bu gün səhər saat 08.00-dək qoşunların təmas xəttinin Göygöl, Daşkəsən, Gədəbəy, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları istiqamətlərində atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam ediblər.
Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.

 

***

11 iyun 2012 il

Müdafiə naziri Türkiyə Respublikasının jandarma baş komandanını qəbul edib

İyunun 11-də Azərbaycan Respublikasının müdafiə naziri general polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının jandarma baş komandanı ordu generalı Bəkir Kalyoncunu qəbul edib.
Qarşılıqlı hərbi əməkdaşlığın inkişaf etdirilməsi və hərbi təhsil sahəsində əlaqələrin möhkəmləndirlməsi görüşün əsas mövzularından olub. Bölgədə hərbi vəziyyət barədə də geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıc da iştirak edib. 

 

 

 

11 iyun 2012 il

Şimali Atlantika Şurasında 28+1 formatında məsləhətləşmələr keçiriləcək

İyunun 12-də NATO-nun Brüsseldə yerləşən Mənzil Qərargahında Azərbaycanın Planlaşdırma və Analiz Prosesi (PAP) üzrə qiymətləndirmə sənədi və tərəfdaşlıq məqsədlərinin müzakirə edilməsi məqsədilə Şimali Atlantika Şurasının 28+1 formatında məsləhətləşmələr keçiriləcək.
Azərbaycan tərəfindən tədbirdə Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi general-mayor Ramiz Nəcəfovun rəhbərliyi ilə müvafiq dövlət qurumları mütəxəssislərindən ibarət nümayəndə heyəti iştirak edəcək.

 

 

11 iyun 2012 il

Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Ermənistanın silahlı bölmələri iyunun 10-u saat 08.00-dan bu gün səhər saat 08.00-dək qoşunların təmas xəttinin Ağdam, Goranboy, Tərtər, Füzuli və Gədəbəy rayonları istiqamətlərində atəşkəs rejimini pozmaqda davam ediblər və atışmalar intensiv xarakter daşıyıb.
Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.

 

***

8 iyun 2012 il

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlunun açıqlaması

Belə demək mümkünsə, yalan Ermənistanda dövlətin başında kök salıb. Ölkənin idarə edilməsi yalan və uydurmalara əsaslanır. Daxili vəziyyətin gərginliyi də məhz buna bağlıdır. Əhalinin vaxtaşırı məlumatlandırılmaması, itkilər və uğursuzluqlar barədə faktların gizlədilməsi etirazları bir qədər də gücləndirib. Ermənistan rəhbərliyi cəbhədəki döyüşlərdən sonra vəziyyətdən çıxış yolu kimi, yalan və uydurma məlumatları genişləndirməyi özü üçün başlıca hədəfə çevirib. Bunu ölkənin informasiya vasitələrində dərc olunan fasiləsiz dezinformasiyaların mahiyyətindən aydın görmək olar. Öncə qeyd etdiyimiz kimi, bu yalanların istehsalı məsələsinə artıq Ermənistan prezidenti Serj Sərkisyanın özü qoşulub, necə deyərlər, kampaniyanın başında özü dayanır......

 

9 iyun 2012 il 

Cəbhədə vəziyyət yenə də gərgin olaraq qalır.
Ermənistanın silahlı bölmələri iyunun 8-i saat 08.00-dan bu gün səhər saat 08.00-dək qoşunların təmas xəttinin bütün istiqamətlərində atəşkəs rejimini pozmaqda davam ediblər.
İntensiv xarakter alan atışmalarda Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.

***

8 iyun 2012 il

Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Ermənistanın silahlı bölmələri iyunun 7-i saat 08.00-dan bu gün səhər saat 08.00-dək qoşunların təmas xəttinin bütün istiqamətlərində atəşkəs rejimini pozublar.
Atışmalar intensiv xarakter daşımasına baxmayaraq Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

 

***

7 iyun 2012 il

Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Ermənistanın silahlı bölmələri iyunun 6-sı saat 08.00-dan bu gün səhərədək qoşunların təmas xəttinin bütün istiqamətlərində atəşkəs rejimini pozublar.
Atışmalar intensiv xarakter alıb və daha çox Qazax, Füzuli, Gədəbəy, Tovuz, Tərtər, Ağdam, Goranboy, Xocavənd, Cəbrayıl, Ağstafa istiqamətlərində qeydə alınıb. Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.

***

6 iyun 2012 il

Türkiyə Quru Qoşunları komandanının Azərbaycanın müdafiə naziri ilə görüşü olub

İyunun 6-da Türkiyə Quru Qoşunları komandanı ordu generalı Hayrı Kıvrıkoğlunun Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanında Azərbaycan və Türk şəhidliyini ziyarət etdikdən sonra türkiyəli qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib.
Görüşdə ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin daha da inkişaf etdirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb. Hərbi təhsil sistemində əlaqələrin yeni mərhələyə çatdırılması məsələsi də görüşün əsas mövzularından biri olub. Söhbət zamanı regionda hərbi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərdən geniş bəhs olunub.
Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulisi Kılıc iştirak edib.

 

6 iyun 2012 il

Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Ermənistan silahlı qüvvələrəninin bölmələri iyunun 5-də saat 18.00-dan iyunun 6-ı səhər saat 08.00-dək qoşunların təmas xəttinin bütün istiqamətlərindən atəşkəs rejimini pozublar.
Atışmalar intensiv xarakter daşımasına baxmayaraq Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

***

5 iyun 2012 il

NATO/ABŞ ekspertləri ilə Azərbaycan Silahlı Qüvvələri mütəxəssislərinin işçi görüşü başlayıb

İyunun 5-də Silahlı Qüvvələrin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyət planına uyğun olaraq, NATO/ABŞ ekspertləri ilə Azərbaycan Respublikası  Silahlı Qüvvələri mütəxəssislərinin işçi görüşü başlayıb.
İki gün davam edəcək işçi görüşündə müdafiə planlaması, ABŞ-Azərbaycan münasibətləri, ABŞ-ın müdafiə siyasətində son dövrlər baş vermiş dəyişikliklər, strateji idarəetmə, SWOT (güclü və zəif cəhətlər, imkanlar və təhlükələr) prosesi kimi mövzular ətrafında birgə müzakirələr aparılacaq.

 

5 iyun 2012 il

Cəbhədə vəziyyət gərginləşib.
Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 4-də saat 16.00-dan 16.20-dək və 23.40-dan 23.50-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 23.20-dən 23.30-dək, 23 35-dən 23.40-dək, iyunun 5-də 00.20-dən 00.30-dək, 02.45-dən 02.50-dək, 02.55-dən 03.10-dək, 05.10-dan 05.15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı, Qorqan və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerələşən mövqelərdən;
- saat 02.55-dən 03.10-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 03.10-dan 03.20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 03.00-dan 03.10-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 05.00-dan 05.20-dək Ağdam rayonunun Cəvahirli və Yusifcanlı kəndləri yaxınlığında yerələşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
- İyunun 5-də saat 06.30 radələrində Ermənistanın təxribatçı qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub. Daha bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəklikdən açılan atəş nəticəsində dünyasını dəyişib.

***

4 iyun 2012 il

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 4-də saat 00.50-dən 01.05-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

2 iyun 2012 il

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 1-də saat 13.25-dən 13.35-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqeləri;
- saat 10.45-dən 11.05-dək Tərtər rayonunun Göyarx kəndində yerləşən mövqelərdən;
- iyunun 2-də saat 01.35-dən 01.40-dək Fizuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

1 iyun 2012

Müdafiə nazirinin Bolqarıstan Respublikasına rəsmi səfəri olub

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstan Respublikasında rəsmi səfərdə olub. Azərbaycan müdafiə nazirinin rəsmi qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səsləndirilib......

 

 

1 iyun 2012 il

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 31-də saat 18.45-dən 19.15-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqeləri;
- saat 23.50-dən 00.05-dək və iyunun 1-də saat 01.45-dən 02.00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqeləri;
- saat 10.00-dan 10.10-dək Fizuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 10.05-dən 10.50-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- iyunun 1-də saat 03.30-dan 03.40-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.