31 iyul 2012 il
Müdafiə naziri Fransanın fövqəladə və səlahiyyətli səfirini qəbul edib

İyulun 31-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyeni qəbul edib.
Görüşdə Fransa-Azərbaycan hərbi əlaqələri və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

31 iyul 2012 il
"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI

 

31 iyul 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan və Voskevan; İcevan rayonunun Paravakar kəndlərində; Krosnoselk rayonunun ərazisindəki adsız yüksəkliklərdə;
- işğal olunmuş Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında; Goranboy və Gədəbəy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

30 iyul 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Kəngərli, Şirvanlı və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

28 iyul 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində; Füzuli rayonunun Qorqan və Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

27 iyul 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində; Ağdam rayonunun Yusifcanlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Gədəbəy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

26 iyul 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

25 iyul 2012 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 25-də Azərbaycan Respublikasının Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

25 iyul 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Sarıcalı; Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

24 iyul 2012 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 25-də Azərbaycan Respublikasının Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Prayor keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Jiri Aberle keçirəcəklər.

 

 

24 iyul 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə; İcevan rayonunun Berkaber kəndində; Füzuli rayonunun Qorqan; Ağdam rayonunun Sarıcalı, Şıxlar, Qaraqaşlı; Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Cəbrayıl və Gədəbəy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

23 iyul 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu; Ağdam rayonunun Sarıcalı; Füzuli rayonunun Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

21 iyul 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu; Ağdam rayonunun Şıxlar, Şurabad və Şirvanlı; Füzuli rayonunun Qorqan və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

20 iyul 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində; Füzuli rayonunun Aşağı Veysəlli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

19 iyul 2012 il
Müdafiə Nazirliyində qəbul 

İyulun 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Parlamentinin İcmalar Palatasının üzvü Layəm Foksu qəbul edib.
Görüşdə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

 

 

 

19 iyul 2012 il
Müdafiə Nazirliyində qəbul 

İyulun 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ ordusunun Avropa Komandanlığının Quru Qoşunları Komandanı general-leytenant Mark Fillip Hertlinqi qəbul edib.
Görüşdə Azərbaycan-ABŞ hərbi əməkdaşlıq məsələlərinin perspektivləri və bölgədə hərbi-siyasi vəziyyət müzakirə mövzusu olub.

 

 

19 iyul 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində; Ağdam rayonunun Qaraqaşlı; Füzuli rayonunun Qorqan; Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

18 iyul 2012 il
Müdafiə Nazirliyində qəbul    

İyulun 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi general Biacio Abrate ilə görüşü olub.
Müstəqillik əldə etdiyi gündən Azərbaycanın Avropa birliyi və digər beynəlxalq təşkilatlarla əməkdaşlığa üstünlük verdiyini qeyd edən müdafiə naziri bölgədə hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin dinc qaydada həllinə maneçilik törədən problemlər barədə qonağı məlumatlandırıb. Azərbaycan torpaqlarının 20 ilə yaxın işğal altında qaldığını, bir milyondan artıq soydaşımızın yurd-yuvasından didərgin düşdüyünü vurğulayan nazir S. Əbiyev Ermənistanın yenə də bu təcavüzkar siyasətdən əl çəkmədiyini diqqətə çatdırıb. O, belə bir vəziyyətdə Azərbaycan Silahlı Qüvvələrinin daha da gücləndirilməsinin və torpaqlarımızın işğaldan azad olunmasının prioritet təşkil etdiyini bildirib.
Görüş zamanı İtaliya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələləri ətrafında da geniş fikir mübadiləsi aparılıb.

 

18 iyul 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Qaraqaşlı; Cəbrayıl rayonunun Mehdili; Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

17 iyul 2012 il

Erməni silahlı bölmələri dünən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

16 iyul 2012 il
Müdafiə Nazirliyində qəbul    

İyulun 16-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çin və Özbəkistan Respublikalarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Xun Tsuini və Şerzod Fayziyevi qəbul edib.
Hər iki görüşdə hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivləri müzakirə olunub.
Çin səfiri ölkəsinin Azərbaycana təyin olunmuş yeni hərbi ataşesini müdafiə naziri Səfər Əbiyevə təqdim edib.

 

16 iyul 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

14 iyul 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan kəndində; işğal olunmuş Ağdam rayonunun Mərzili, Qaraqaşlı və Şirvanlı; Cəbrayıl rayonunun Mehdili; Goranboy rayonunun Tapqaraqoyunlu; Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

13 iyul 2012 il
Buraxılış mərasimi keçirilmişdir

ABŞ-ın Hərbi Dillər İnstitutunun təlimatçıları tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qulluqçuları üçün təşkil olunan 6 aylıq intensiv ingilis dili kursunun buraxılış mərasimi keçirilmişdir. Mərasimdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adams Sterlinq və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsinin rəisi general-mayor Ramiz Nəcəfov kursu bitirən məzunları sertifikatlarla təltif etmişlər.

 

 

 

13 iyul 2012 il

Erməni silahlı bölmələri bu gecə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

 

***

 

12 iyul 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar və Voskevan; Berd rayonunun Mososqex və İcevan rayonunun Berkaber kəndlərində; işğal olunmuş Ağdam rayonunun Mərzili; Cəbrayıl rayonunun Mehdili; Füzuli rayonunun Aşağı Veysəlli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

11 iyul 2012 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 11-də Azərbaycan Respublikasının Ağdam-Bərdə yolundakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

11 iyul 2012 il
Hərbi təlim

Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb. İyulun 9-dan başlayan təlimlər həftənin sonuna qədər davam edəcək.
Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilən təlimə quru qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub.
Təlimlərdə müasir texnika və silahlardan istifadə olunacağı nəzərdə tutulur.

 

11 iyul 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Seyidəhmədli; Goranboy rayonunun Tapqaraqoyunlu; Cəbrayıl rayonunun Mehdili; Xocavənd rayonunun Kuropatkino; Ağdam rayonunun Şıxlar və Sarıcalı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

10 iyul 2012 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 11-də Azərbaycan Respublikasının Ağdam-Bərdə yolundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Uilyam Prayor və Xristo Xristov keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Jiri Aberle keçirəcəklər.
Monitorinq zamanı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təmas xəttinin qarşı tərəfinə keçmələri planlaşdırılır.

 

10 iyul 2012 il
"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI

 

10 iyul 2012 il

Erməni silahlı bölmələri bu gecə Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz və Qaraxanbəyli; Ağdam rayonunun Şıxlar və Şirvanlı; Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

9 iyul 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində; işğal olunmuş Füzuli rayonunun Qorqan; Goranboy rayonunun Tapqaraqoyunlu və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

7 iyul 2012 il
Müdafiə Nazirliyində qəbul    

İyulun 7-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağı Bəhramini qəbul edib.
Diplomatik fəaliyyətini başa vuran səfirə öz təşəkkürünü bildirən müdafiə naziri ona gələcək işlərində uğurlar arzulayıb.

 

7 iyul 2012 il

Erməni silahlı bölmələri bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan, Voskepar və Şavarşavan kəndlərində; işğal olunmuş Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında; Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

6 iyul 2012 il
Müdafiə Nazirliyində qəbul    

İyulun 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Hərb Akademiyalarının qərargah rəisi Mete Saltı qəbul edib. Görüşdə hərbi təhsil məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

6 iyul 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan və Berdavan kəndləri yaxınlığında; Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə; işğal olunmuş Ağdam rayonunun Yusifcanlı, Mərzili, Qaraqaşlı və Şirvanlı kəndləri yaxınlığında; Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

5 iyul 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan; işğal olunmuş Ağdam rayonunun Şıxlar və Şirvanlı; Tərtər rayonunun Seysulan, Qızıloba və Nəmirli kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

4 iyul 2012 il
Müdafiə nazirinin səfəri

İyulun 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev MDB iştirakçısı dövlətlərin müdafiə nazirlərinin şurasının növbəti iclasında iştirak etmək üçün Kalininqrad şəhərinə yola düşmüşdür.

 

4 iyul 2012 il

Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Yusifcanlı və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

3 iyul 2012 il
Müdafiə Nazirliyində qəbul    

İyulun 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Kolumbiya senatının ikinci konstitusional komitəsinin sədri xanım Aleksandra Moreno Piraquivenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan müdafiə naziri Kolumbiya parlament üzvlərinin Azərbaycana səfərinin böyük əhəmiyyət daşıdığını və ölkələr arasında ikitərəfli əlaqələrin genişlənməsinə xidmət etdyini vurğulayıb. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalı barədə qəbul etdiyi qərara görə Kolumbiya senatının üzvlərinə öz təşəkkürünü bildirən nazir Səfər Əbiyev bölgədə mövcud hərbi-siyasi vəziyyət və onun yaratdığı ağır problemlər barədə də qonaqları məlumatlandırıb. Müdafiə naziri görüş zamanı hər iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərinin qurulmasının vacibliyini önə çəkib.

 

3 iyul 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

2 iyul 2012 il
"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI

 

2 iyul 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz; Ağdam rayonunun Baş Qərvənd, Şıxlar, Şirvanlı və Şurabad; Xocavənd rayonunun Kuropatkino; Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.