29 fevral 2012

Azərbaycanın müdafiə naziri ilə Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin görüşü keçirilib

    Fevralın 29-da Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Xalid Şamim Vaynın Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
    Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın, Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət etdikdən sonra qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib.

****

29 fevral 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 28-də saat 15.08-dən 15.12-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 18.30-dan 18.33-dək və 22.40-dan 22.45-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 22.50-dən 23.05-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

****

28 fevral 2012
Müdafiə naziri Rumıniya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşavirini qəbul edib

 


    Fevralın 28-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rumıniya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fotanı qəbul edib.
    Ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə nazir Səfər Əbiyev bölgədə hərbi-siyasi duruma da toxunub. Azərbaycan torpaqlarının bu günədək işğal altında qaldığını qonağın diqqətinə çatdıran nazir Minsk Qrupunun fəaliyyətin də konkret nəticə vermədiyindən təəssüfləndiyini bildirib.
    Görüş zamanı Yulian Fota Rumıniya və Azərbaycan arasında mövcud strateji əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduqlarını ifadə edib. Qonaq həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti ilə bağlı Azərbaycanın probleminə yaxından bələd olduğunu da vurğulayıb.
    Görüşdə Azərbaycan Respublikası prezidentinin müdafiə məsələləri üzrə köməkçisi general-leytenant Vahid Əliyev və Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu iştirak edib.

****

28 fevral 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 27-də saat 09.00-dan 09.15-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 10.00-dan 10.12-dək və 18.15-dən 18.35-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 20.10-dan 20.25-dək və fevralın 28-də saat 03.00-dan 03.20-dək Tərtər rayonunun Göyarx, Çiləbürt və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 06.00-dan 06.02-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

****

27 fevral 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 26-da saat 14.30-dan 14.40-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;
- saat 16.10-dan 16.20-dək, 18.10-dan 18.20-dək və 19.10-dan 19.30-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi;
- fevralın 27-də saat 04.50-dən 05.00-dək Ağdam rayonunun Şuraabad kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

****

25 fevral 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 24-də saat 19.40-dan 19.50-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

****

24 fevral 2012
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 24-də Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

****

23 fevral 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 22-də saat 22.45-dən 22.47-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- fevralın 23-də saat 05.15-dən 05.30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub

****

23 fevral 2012
Qoşunların təmas xəttində monitorinq keçiriləcək

   ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 24-də Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
   Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Antal Herdiç keçirəcəklər.
   Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Marius Puodziunas və və şəxsi köməkçi Uilyam Praroy keçirəcəklər.

****

22 fevral 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 21-də saat 23.05-dən 23.10-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 23.50-dən 00.00-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

****

21 fevral 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 20-də saat 16.50-dən 17.00-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamut kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində yerləşən mövqelərimizi;
- saat 21.10-dan 21.15-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

****

20 fevral 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 19-da saat 17.00-dan 17.05-dək və 21.15-dən 21.30-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqezor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Qoşa və Muncuqlu kəndlərində yerləşən mövqelərimizi;
- fevralın 20-də saat 03.45-dən 04.00-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

****


Azərbaycan Ordusu cəbhə bölgəsində təlimlərə başlayıb

Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilən təlimlərə quru qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub.
Həftənin sonunadək keçiriləcəyi planlaşdırılan təlimlərdə son illər Azərbaycan Ordusunun əldə etdiyi ən müasir texnika və silahlardan istifadə olunacağı nəzərdə tutulur.

****

18 fevral 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 17-də saat 13.25-dən 13.40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 19.10-dan 19.30-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

****

17 fevral 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 16-da saat 14.40-dan 14.45-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 15.00-dan 15.15-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 23.50-dən 23.55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- fevralın 17-də saat 05.10-dan 05.15-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

****

16 fevral 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 15-də saat 18.35-dən 18.50-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 19.40-dan 19.50-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

****

15 fevral 2012 il

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-də saat 12.05-dən 12.20-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;
- saat 15.30-dan 16.00-dək Tərətər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

****


İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşüb

NATO-nun baş katibi dövlətimizin başçısını Alyansın mənzil-qərargahının önündə böyük səmimiyyətlə qarşıladı.

Sonra Prezident İlham Əliyev və Anders Foq Rasmussen Azərbaycanın və NATO-nun bayraqları önündə şəkil çəkdirdilər.
Anders Foq Rasmussen dəvəti qəbul edib NATO-nun mənzil - qərargahına gəldiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

****

14 fevral 2012 il

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 13-də saat 16.20-dən 16.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

****

Beynalxalq tədbirlərin siyahısı

Azərbaycan-Türkiyə ikitərəfli kurslar planına əsasən
16-18.02.2012 Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyətinin səfəri
Bakı, Azərbaycan
Azərbaycan-Türkiyə ikitərəfli kurslar planına əsasən
20.02.-02.04.2012 Sursatlar və partlayıcılar kursu
Yalova, Türkiyə
FTP-dən əlavə
22.02.2012 NATO məktəbində keçirilən tədbirlərin planlaşdırıcıları mövzusunda seminar
Oberamerqau, Almaniya
Müttəfiq Əməliyyat Komandanlığının OCC üzrə məsləhətçi səfəri
22-24.02.2012
Bakı, Azərbaycan
Azərbaycan-ABŞ iş planına əsasən
22.02-15.11.2012 Rabitə zabitinin təməl kursu
San-Antonio, ABŞ
FTP-dən əlavə
27.02.-02.03.2012 Terror fəaliyyətlərinin təsirinin azaldılması istiqamətində böhranların effektiv idarə olunması
İstanbul, Türkiyə
Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən
27.02.-02.03.2012 Kadrların seçilməsi və onların idarə olunması üzrə ekspert görüşü
Köln, AFR
Azərbaycan-BB ikitərəfli əməkdaşlıq proqramına əsasən
27.02-23.03.2012 Kiçik komandirlər üçün liderlik kursu
Vişkov, Çexiya
Pakistan Respublikasının Birləşmiş Qəragah Rəisləri Komitəsi sədrinin rəsmi səfəri
29.02-02.03.2012
Bakı, Azərbaycan.

****

7 fevral 2012 

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 3-də saat 18.30-dan 19.00-dək Ağdam rayonunun Cəvahirli və Tağıbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

****

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanın müdafiə naziri ilə görüşüb

Fevralın 7-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Nejdət Özəlin Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanında Azərbaycan və Türk şəhidliyini ziyarət etdikdən sonra türkiyəli qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib.

****

3 fevral 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 2-də saat 09.15-dən 09.30-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 12.30-dan 13.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

****

2 fevral 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 1-də saat 22.40-dan 22.43-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən;
- fevralın 2-də saat 01.10-dan 01.15-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

****

1 fevral 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 31-də saat 18.10-dan 18.20-dək, 19.25-dən 19.40-dək və 23.35-dən 23.50-dək Ağdam rayonunun Şıxlar, Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- fevralın 1-də saat 02.15-dən 02.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 03/.50-dən 04.10-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

 

****