31 avqust 2012 il
"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI

 

31 avqust 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar; Cəbrayıl rayonunun Mehdili; Xocavənd rayonunun Kuropatkino; Füzuli rayonunun Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında, Goranboy və Gədəbəy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

30 avqust 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şuraabad, Mərzili, Cəvahirli; Tərtər rayonunun Yarımca, Göyarx; Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və adsız yüksəliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

29 avqust 2012 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 29-da Azərbaycan Respublikasının Qazax rayonu Cəfərli kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

29 avqust 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Mərzili; Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz; Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu; Xocavənd rayonunun Kuropatkino və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

28 avqust 2012 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 29-da Azərbaycan Respublikasının Qazax rayonu Cəfərli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Antal Herdiç keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və ofisin əlaqələndiricisi Piter Ki keçirəcəklər.

 

28 avqust 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Seyidəhmədli; Ağdam rayonunun Şıxlar, Sarıcalı; Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

27 avqust 2012 il

Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Yusifcanlı; Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli; Goranboy rayonunun Tapqaraqoyunlu; Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

25 avqust 2012 il

Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Yusifcanlı; Füzuli rayonunun Horadiz; Goranboy rayonunun Tapqaraqoyunlu; Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

24 avqust 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şuraabad və Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

23 avqust 2012 il
Müdafiə naziri İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Avqustun 23-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon-Lotemi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Nazir Səfər Əbiyev Mixael Lavon-Lotemin fəaliyyətini yüksək qiymətləndirib və bundan sonrakı işlərində ona uğurlar arzulayıb.

 

23 avqust 2012 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqust 23-də Azərbaycan Respublikasının Ağdam rayonu Mirəşelli kəndi yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

23 avqust 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu; Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlıgında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

22 avqust 2012 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqust 23-də Azərbaycan Respublikasının Ağdam rayonu Mirəşelli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Antal Herdiç və ofisin əlaqələndiricisi Piter Ki keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçi Uilyam Prayor keçirəcəklər.

 

22 avqust 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan, Barekamavan; Berd rayonunun Mosesqerx, Aygepar kəndlərində və adsız yüksəkliklərdə; işğal olunmuş Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

18 avqust 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə; işğal olunmuş Goranboy rayonunun Tapqaraqoyunlu; Ağdam rayonunun Yusifcanlı; Xocavəd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

17 avqust 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan və Voskepar kəndlərində; işğal olunmuş Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz; Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

16 avqust 2012 il
Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi rəisinin açıqlaması

Avqustun 6-da Naxçıvandakı N saylı hərbi hissədə hemorragik vaskulit xəstəliyindən vəfat edən əsgər Tayfur Bəyovla bağlı yanlış məlumatlar meydana atıldıqdan sonra bəzi «hərbi ekspertlər» və «yazarlar» dünyasını dəyişən əsgərlərin guya daxili orqanlarının götürülməsi barədə mövzunu gündəmdən çıxarmaq istəmirlər. Məlumat üçün bildirmək istəyirəm ki, istər mülkidə, istərsə də hərbidə hər hansı ölümün səbəbini təyin etmək məqsədi ilə meyit yarılır və onun daxili orqanlarından labarator müayinələr üçün tikəciklər (histoloji, kimyəvi, bioloji, kriminalistik) götürülür. Bu proses ölümün səbəbini tam dəqiqləşdirilməsi məqsədi ilə hüquq mühafizə orqanlarının yazılı qərarı əsasında, video və foto çəkiliş əsasında həyata keçirilir. Meyidin müayinəsində prokurorun və ya müstəntiqin icazəsi ilə mərhumun valideynləri yaxud yaxın qohumları iştirak edə bilərlər və əksər hallarda iştirak edirlər də. İstər xəstəlikdən, istərsə də zorakılıqdan ölüm hallarına görə meyit yarılır. Ekspertizanın keçirilməsinə dair müvafiq təlimata əsasən meyitin müayinəsi zamanı üç boşluq – kəllə boşluğu, döş boşluğu və qarın boşluğu açılır. Həmin boşluqdakı orqanlar məhkəmə tibb eksperti tərəfindən çıxarılır, müayinədən keçirilir və yenidən qaytarılaraq həmin boşluqlara qoyularaq tikilir. Sonra meyit yuyulur və ağ mələfəyə bükülüb təmiz halda adiyyəti üzrə təhfil verilir. Ümumiyyətlə, dünyanın hər yerində meyitin müayinəsi bu cür aparılır və heç bir yerdə bizdəki kimi bunu daxili orqanların çıxarılaraq satılması kimi qələmə verilməyə cəhd edilmir. Ən azı ona görə ki, onlar ölmüş insanların toxmalarının da öldüyünü və yararsız olduğunu bilirlər. Bizdəki «ekspertlər» və ya «yazarlar» kimi öz savadsızlıqlarını nümayiş etdirmirlər.
Sonda diqqətinizə bir məsələni çatdırmaq istəyirəm ki, sifarişli şəkildə Müdafiə Nazirliyinə qarşı aparılan bu çirkin kampaniyaya biganə qalmaq fikrində deyilik. Təsəvvür edin, «hərbi ekspert» Ələkbər Məmmədov iddia edir ki, əsgərlərin orqanlarının çıxarılması bəzi oliqarxlara orqanların lazım olması ilə bağlıdır. Bu ittihamlarla bağlı mən Ələkbər Məmmədovu məhkəməyə verməyi düşünürəm. Qoy dediklərini sübut etsin.

 

16 avqust 2012 il
Müdafiə nazirinə teleqram

Dünyasını dəyişmiş əsgər Tayfur Bəyovla bağlı Müdafiə Nazirliyinə qarşı kampaniya davam edir. Sifariş əsasında fəliyyət göstərən bəzi yazarlar əsgərin meyidinin Məhkəmə Tibb Ekspertizası tərəfindən yarılmasına don geyindirərək bunu orqanların çıxarılaraq satılması kimi qələmə verməyə can atırlar. Bu ağlasığmaz yalanı mərhum əsgərin öz atası ifşa edərək müdafiə naziri general-polkovnik Səfər Əbiyevə teleqram göndərib.
Qusar rayon Cibir kənd sakini Bəyov Hacıkərim Şıxkərim oğlunun göndərdiyi teleqramda deyilir: «Cənab Səfər Əbiyev! Oğlum Bəyov Tayfur Hacıkərim oğlunun 06.08.2012-ci il tarixində Naxçııvan MR-da hərbi xidmətdə vəfat etməsi ilə bağlı internet səhifəsində yer alan informasiya ilə bağlı mənim və ailə üzvlərimin heç bir əlaqəsi yoxdur. Mən həyacanlı olmuşam. Bakı şəhərindən gələn hərbi ekspertlər məsələyə aydınlıq gətirmişdir. Oğlumun ölümü ilə bağlı cinayət işinə nəzarəti gücləndirməyi xahiş edirəm».

 

16 avqust 2012 il

Erməni silahlı bölmələri bu gecə Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

15 avqust 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə işğal olunmuş Ağdam rayonunun Şıxlar, Kəngərli, Sarıcalı; Cəbrayıl rayonunun Mehdili; Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

14 avqust 2012 il
Müdafiə naziri ABŞ-ın  Oklahoma Ştatı Milli Qvardiyasının komandanını qəbul edib

Avqustun 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın  Oklahoma Ştatı Milli Qvardiyasının komandanı general-mayor Mayls Dirinqi qəbul edib.
Görüşdə Azərbaycanla ABŞ-ın strateji tərəfdaş ölkələr olduğunu diqqətə çatdıran müdafiə naziri Silahlı Qüvvələrimizlə Oklahoma Ştatı Milli Qvardiyası arasında uzun müddət davam edən səmərəli hərbi əməkdaşlığı təqdirəlayiq nümünə kimi diqqətə çatdırıb.
Regiondakı mövcud hərbi-siyasi vəziyyətlə qonağı tanış edən S.Əbiyev vurğulayıb ki, Ermənistan təcavüzkar siyasətini davam etdirməkdədir. «20 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqlarını dinc şəkildə geri qaytarmaq istəməyən bu işğalçı ölkə yeni müharibəni günbəgün yaxınlaşdırır». Müdafiə naziri bildirib ki, vasitəçi rolunu oynayan Minsk Qrupunun fəaliyyəti də indiyədək konkret heç bir nəticə verməyib. Nazirin sözlərinə görə, belə vəziyyətdə Azərbaycanın öz ordusunu gücləndirərək işğal altında olan torpaqlarını azad etməkdən başqa yolu qalmır.

 

14 avqust 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə; işğal olunmuş Ağdam rayonunun Mərzili, Yusifcanlı; Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

13 avqust 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə işğal olunmuş Ağdam rayonunun Şuraabad və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

11 avqust 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan kəndində; işğal olunmuş Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Qorqan; Ağdam rayonunun Şuraabad, Qaraqaşlı, Sarıcalı kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

10 avqust 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində; işğal olunmuş Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Horadiz və Qorqan; Ağdam rayonunun Şıxlar; Cəbrayıl rayonunun Mehdili; Xocavəd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

9 avqust 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində və Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə; işğal olunmuş Ağdam rayonunun Cəvəhirli və Novruzlu; Füzuli rayonunun Aşağı Əbdülrəhmmanlı və Qorqan; Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

8 avqust 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndindən; işğal olunmuş Ağdam rayonunun Şıxlar və Kəngərli kəndləri yaxınlığından; Goranboy və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

7 avqust 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyenberyan rayonunun Voskevan, işğal olunmuş Füzuli rayonunun Horadiz; Goranboy rayonunun Tapqaraqoyunlu; Ağdam rayonunun Şirvanlı, Baş Qərvənd kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

6 avqust 2012 il
38 hərbi qulluqçuya mənzil orderi təqdim edilib

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci ildə imzalanmış fərmanına uyğun olaraq bu gün daha 38 hərbi qulluqçuya mənzillərin orderləri təqdim edilib. Qeyd edək ki, bundan əvvəl də Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillərlə təmin edilib.

 

6 avqust 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə; işğal olunmuş Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı; Goranboy rayonunun Gülüstan; Ağdam rayonunun Şıxlar, Qaraqaşlı kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

4 avqust 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində; işğal olunmuş Füzuli rayonunun Qorqan; Goranboy rayonunun Tapqaraqoyunlu; Ağdam rayonunun Şurabad və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

3 avqust 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber; Noyenberyan rayonunun Voskevan kəndlərində; işğal olunmuş Xocavənd rayonunun Kuropatkino; Tərtər rayonunun Çaylı, Qızıloba; Goranboy rayonunun Tapqaraqoyunlu; Ağdam rayonunun Şıxlar kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

2 avqust 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber; Noyenberyan rayonunun Voskevan kəndlərində; işğal olunmuş Xocavənd rayonunun Kuropatkino; Tərtər rayonunun Çaylı, Qızıloba; Goranboy rayonunun Tapqaraqoyunlu; Ağdam rayonunun Şıxlar kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

1 avqust 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Nəmirli; Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan və Horadiz kəndləri yaxınlığında; Goranboy və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.