30 aprel 2012 il

Lənkəran Əliyev özünə «ədalət keşikçisi» imici qazandırmağa çalışır

«General hərbi rütbəsində olan bir şəxsin belə hərəkətlər etməsi nə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusuna yaraşır, nə də cəmiyyətdə ona hər hansı bəraət qazandırır»

***

 

30 aprel 2012 il

Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 30-da Azərbaycan Respublikasının Qazax rayonunun Qızılhacılı kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

***

30 aprel 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 29-da saat 14.40-dan 14.55-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- aprelin 30-da saat 02.10-dan 03.00-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

28 aprel 2012 il

Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 30-da Azərbaycan Respublikasının Qazax rayonunun Qızılhacılı kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru Piter Ki, şəxsi köməkçi Uilyam Prayor keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.

 

28 aprel 2012 il

Standartlaşdırma üzrə ekspert görüşü keçirilib

Aprelin 27-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Litva Respublikası Milli Müdafiə Nazirliyi arasında 2012-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Əməliyyatlar təcrübəsinin öyrənilməsi, analizi və qazanılmış təcrübələrin proqramlarda tətbiq edilməsi məqsədilə məlumat bazasının yaradılması, eləcə də standartlaşdırma üzrə ekspert görüşü” keçirilib.

28 aprel 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 27-də saat 15.30-dan 15.35-dək Tərtər rayonunun Talış kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 19.05-dən 19.10-dək, 22.45-dən 22.50-dək və aprelin 28-də 05.15-dən 05.20-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

27 aprel 2012 il

Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Beynəlxalq Qırmızı Xaç komitəsinin Bakı ofisi tərəfindən təlim kursu keçirilib

Aprelin 23-27-də Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Beynəlxalq Qırmızı Xaç komitəsinin Bakı ofisi tərəfindən Silahlı Qüvvələrin hərbi qulluqçularına Beynəlxalq Humanitar hüquq mövzusunda təlim kursu keçirilib. Tədbirdə müxtəlif qoşun növlərindən 15-16 zabit iştirak edib. Tədbirdə Beynəlxalq Humanitar hüquqla yanaşı “Müharibə hüququ” mövzusunda müzakirələr aparılıb.

 

27 aprel 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 26-da saat 17.15-dən 17.19-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqeləri;
- saat 10.30-dan 10.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 19.30-dan 19.35-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- aprelin 27-də saat 01.00-dan 01.30-dək Füzuli rayonunun Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

26 aprel 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 25-də saat 09.00-dan 09.05-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;
- saat 13.20-dən 13.40-dək və 13.25-dən 13.40-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdən və Aqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar və Munc\uqlu kəndlərində yerləşən mövqelərimizi;
- saat 12.30-dan 12.45-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi;
- saat 14.10-dan 14.30-dək Ermənistan Respublikasının Krasnoselski rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;
- saat 19.50-dən 20.00-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

25 aprel 2012 il

Müdafiə Nazirliyində qəbul

Aprelin 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Ukrayna Baş Prokurorluğu hərbi prokurorluq baş idarəsinin rəisi, baş prokurorun müavini Yuriy Viytevi qəbul edib. Görüşdə hərbi qanunvericiliyin təkmilləşdirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Nazir Səfər Əbiyev ukraynalı qonağı regionda hərbi-siyasi durum və Ermənistanın təcavüzkar siyasətinin nəticələri barədə məlumatlandırıb.
Görüşdə Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev iştirak edib.

 

25 aprel 2012 il

«Müdafiə Nazirliyi ilə parlament arasında əlaqələr» mövzusunda seminar başlayıb (video)

Aprelin 25-də Bakıda Azərbaycan-ABŞ iş planına əsasən «Müdafiə Nazirliyi ilə parlament arasında əlaqələr» mövzusunda seminar başlayıb. İki gün davam edən seminarı giriş nitqi ilə Müdafiə Nazirliyi beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi general-mayor Ramiz Nəcəfov və Marşal Mərkəzinin beynəlxalq əlaqələr üzrə direktor müavini səfir Canet Qarmey açmışlar.
Seminarda Silahlı Qüvvələr üzərində demokratik nəzarət mexanizmlərinin beynəlxalq təcrübəyə əsaslanan tərəfləri haqda müzakirələr aparılır. Azərbaycan, Almaniya, Böyük Britaniya, Litva, Rumıniya, Bolqarıstan dövlətlərinin, ATƏT və Silahlı Qüvvələr üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin nümayəndələri, o cümlədən Azərbaycan Milli Məclisinin deputatları seminarda çıxışlar edərək mövzu barədə ətraflı fikir mübadiləsi aparıblar.

 

25 aprel 2012

Cəbhədə vəziyyət yenə gərginləşib.
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 24-də saat 10.55-dən 11.00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;
- saat 21.40-dan 21.45-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi;
- saat 18.00-dan 18.20-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 19.00-dan 19.25-dək və 20.05-dən 20.10-dək Tərtər rayonunun Göyarx və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 23.00-dan 23.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 14.20-dən 14.40-dək, 14.30-dan 14.40-dək, 14.40-dan 14.50-dək, aprelin 25-də saat 01.50-dən 02.00-dək və 06.00-dan 06.10-dək Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 00.50-dən 00.55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 06.00-dan 06.10-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyot və qumbaraatanlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

24 aprel 2012 il

Müdafiə Nazirliyinin mütəxəssisləri ilə NATO Maddi-Texniki Təminat üzrə ekspert qrupu arasında işçi görüşü keçirilir

Müdafiə nazirliyinin NATO ilə 2012-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən cari ilin 24-27 aprel tarixlərində Müdafiə Nazirliyinin mütəxəssisləri ilə NATO Maddi-Texniki Təminat (MTT) üzrə ekspert qrupu arasında işçi görüşü keçirilir.
İşçi görüşünün əsas məqsədi Azərbaycan Respublikası və NATO arasında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (İPAP) MTT üzrə qəbul edilmiş Tərəfdaşlıq məqsədlərinin səmərəli həyata keçirilməsinə yardım etməkdən ibarətdir. Tədbir zamanı MTT üzrə prosedurlar, nəzəri və praktiki aspektlər, MTT əməkdaşlıq sahəsi çərçivəsində Hərbi təhsil və təlim, əldə edilmiş təcrübələrin qarşılıqlı öyrənilməsi kimi məsələlər üzrə təcrübə mübadiləsi aparılır.

 

 

24 aprel 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 23-də saat 21.40-dan 22.00-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

***

23 aprel 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 22-də saat 14.15-dən 14.35-dək və 16.00-dan 16.20-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaralar kəndində yerləşən mövqelərimizi;
- saat 15.30-dan 15.40-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 16.05-dən 16.45-dək Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 09.20-dən 09.25-dək, 09.40-dan 09.50-dək və aprelin 23-də 00.20-dən 00.25-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Aşağı Veysəlli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 01.00-dan 01.10-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

21 aprel 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 20-də saat 10.35-dən 10.37-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;
- saat 13.45-dən 14.00-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimizi;
- saat 17.05-dən 17.15-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi;
- saat 22.35-dən 22.40-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 13.35-dən 13.40-dək, 22.35-dən 22.40-dək və aprelin 21-də 02.50-dən 02.55-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

20 aprel 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 19-da saat 09.05-dən 09.20-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;
- saat 10.15-dən 10.30-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 01.40-dan 01.45-dək və aprelin 20-də 00.35-dən 00.40-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 00.10-dan 00.15-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

19 aprel 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 18-də saat 16.50-dən 17.05-dək Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 22.30-dan 22.45-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

18 aprel 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 17-də saat 18.45-dən 18.50-dək və 22.25-dən 22.30-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Cəfərli kəndlərində yerləşən mövqelərimizi;
- saat 13.05-dən 13.25-dək Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- aprelin 18-də saat 01.00-dan 01.10-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 05.50-dən 06.00-dək Ağdam rayonunun Şuraabad kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

17 aprel 2012 il

Hərbi hissədə cinayət hadisəsi baş verib

Aprelin 17-də Müdafiə Nazirliyi Şəmkir hərbi birləşməsinin N saylı hərbi hissəsində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib.
Əsgər Məmmədov Vüqar İntiqam oğlunun tabeliyində olan avtomat silahından açılan atəş nəticəsində əsgərlər Nağızadə Pünhan Kamran oğlu və Hüseynov Müseyib Azad oğlu dünyasını dəyişib, digər ikisi isə yaralanıb.
Əsgər Məmmədov həbs edilərək fakt üzrə cinayət işi başlanılıb. Hazırda Müdafiə Nazirliyinin yüksək zabit heyətindən ibarət komissiyası Hərbi Prokurorluqla birlikdə hadisənin səbəblərini araşdırır.

17 aprel 2012 il

“Silahlı Qüvvələr demokratiya şəraitində” silsiləsindən “Rəhbərlik və mülki təhsil” mövzusunda seminar başlayıb

Aprelin 17-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2012-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramı”na uyğun olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasında Almaniya nümayəndə heyətinin iştirakı ilə “Silahlı Qüvvələr demokratiya şəraitində” silsiləsindən “Rəhbərlik və mülki təhsil” mövzusunda seminar başlayıb.
İki gün davam edəcək seminarda Müdafiə Nazirliyinin müxtəlif idarə və xidmətlərindən, hərbi tədris müəssisələrindən və Silahlı Qüvvələrin qoşun növlərindən 20 nəfərədək heyət iştirak edir. Seminarda “Qoşunlara siyasi, təşkilati rəhbərlik və Federal Silahlı Qüvvələrin tapşırıqları”, “Almaniyada Silahlı Qüvvələrin hüquq və vəzifələri”, “Qayda-qanun və tabeçilik”, “İntizam qanunu” mövzularında müzakirələr aparılacaq.

 

17 aprel 2012

Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 16-da saat 10.55-dən 11.00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;
- saat 17.35-dən 17.45-dək və 21.20-dan 22.10-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimizi;
- saat 18.35-dən 18.40-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərində yerləşən mövqelərimizi;
- saat 12.40-dan 12.45-dək Füzuli rayonunun Horadiz kəndi yaxındlığında yerləşən mövqelərdən;
- saat 18.30-dan 18.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 19.00-dan 19.10-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 23.15-dən 23.25-dək və 23.20-dən 23.25-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

16 aprel 2012 il

“SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI

 

16 aprel 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 15-də saat 20.20-dən 20.25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;
- saat 15.50-dən 16.00-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

14 aprel 2012

Cəbhədə gərginlik davam edir. Ötən gün əksər istiqamətlərdə intensiv atışmalar olub.
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 13-də saat 10.40-dan 10.50-dək Füzuli rayonunun adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 12.25-dən 13.00-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 13.20-dən 13.25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;
- saat 14.45-dən 14.55-dək Xocavənd rayonunun adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 16.00-dan 16.30-dək Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimizi;
- saat 16.10-dan 16.20-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəllər kəndində yerləşən mövqelərimizi;
- saat 17.25-dən 17.31-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qoşa kəndində yerləşən mövqelərimizi;
- saat 18.35-dən 18.45-dək Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimizi;
- saat 23.55-dən 00.05-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;
- aprelin 14-də saat 00.05-dən 00.15-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 05.20-dən 05.30-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 05.40-dan 05.45-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

13 aprel 2012 il

Eldar Sabiroğlu: «Daşların haradan atıldığı ünvan gizlin deyil»

Son günlər Müdafiə Nazirliyi ilə bağlı mətbuatda yenə müxtəlif səpkili yazılar dərc olunur. Hətta qurumda dəyişikliklərin olacağı da bildirilir. Arqumentlərdən biri də odur ki, NATO da belə istəyir...
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Eldar Sabiroğlunun bununla bağlı açıqlaması:

 

 

13 aprel 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 12-də saat 11.40-dan 12.00-dək Ermənistan Respublikasının Berd rayonunun Qarasu kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;
- saat 12.00-dan 12.20-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

12 aprel 2012 il

Müdafiə Nazirliyi ilə ABŞ-ın Avropa Komandanlığı arasında İkitərəfli Hərbi Əməkdaşlıq üzrə planlaşdırma konfransı keçirilmişdir

12 aprel 2012-ci ildə Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə ABŞ-ın Avropa Komandanlığı arasında İkitərəfli Hərbi Əməkdaşlıq üzrə planlaşdırma konfransı keçirilmişdir.
Konfrans zamanı cari il üzrə əməkdaşlığın gedişatı nəzərdən keçirilmiş, növbəti il üçün yeni əməkdaşlıq sahələri müəyyən edilmiş və 2013-cü il üçün İş Planının lahiyəsi hazırlanmışdır.

 

 

12 aprel 2012

Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 11-də saat 11.00-dan 11.05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən üzbəüz mövqelərimizi;
- saat 15.25-dən 15.32-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimizi;
- saat 20.20-dən 20.25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;
- saat 20.40-dan 21.15-dək Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki Saraqtiqaş dağında yerləşən mövqelərdən Qazax rayonunun adsız yüksəkliklərində yerləşən mövqelərimizi;
- saat 21.10-dan 21.15-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;
- aprelin 12-də saat 02.10-dan 02.20-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

11 aprel 2012 il

Təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 12-də Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru Piter Ki, səhra köməkçisi Xristo Xristov və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik İlhami Dəyirmançıoğlu keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçisi Antal Herdiç, yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Andrey Baraşkin keçirəcəklər.

 

11 aprel 2012 il

NATO-nun Beynəlxalq Qərargahının Ekspert Qrupu ilə işçi görüşü keçirilir

Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının və Planlaşdırma, Analiz Prosesinin həyata keçirilməsinin qiymətləndirilməsi üzrə NATO-nun Beynəlxalq Qərargahının Ekspert Qrupu ilə 9-13 aprel 2012-ci il tarixlərində Azərbaycanda işçi görüşləri keçirilməsi nəzərdə tutulur. Belə bir tədbir 10-11 aprel 2012-ci il tarixlərində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi ilə birgə keçirilmişdir.

 

 

11 aprel 2012 il

Hərbi çağırışçıların Müdafiə Nazirliyinin hərbi hissələrinə bölüşdürülməsi prossesi başa çatıb

Hərbi çağırışçıların Müdafiə Nazirliyinin hərbi hissələrinə bölüşdürülməsi prosesi başa çatıb. Siyahılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər şöbələrinə göndərilib. Valideyinlər öz övladlarının hansı hərbi hissələrə düşdükləri barədə məlumatları həmin şöbələrdən öyrənə bilərlər.
Əlavə məlumat almaq istəyənlərdən Müdafiə Nazirliyinin aşağıdakı qaynar xəttinə zəng etmələri xahiş olunur.
(012)539-23-55
(012)539-61-10
(012)539-90-28

 

11 aprel 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 10-da saat 19.35-dən 19.45-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndlərində yerləşən mövqelərimizi;
- saat 22.00-dan 22.05-dək İcevan rayonunun Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində yerləşən mövqelərimizi;
- aprelin 11-də saat 04.50-dən 05.00-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 06.10-dan 16.15-dək Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino və Ağdam rayonunun Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

10 aprel 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 9-da saat 19.30-dan 19.50-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 23.35-dən 23.40-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimizi;
- saat 23.55-dən 00.00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

9 aprel 2012

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 8-də saat 11.50-dən 12.30-dək və 12.45-dən 12.55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 12.50-dən 12.55-dək və 19.30-dan 19.50-dək Ağdam rayonunun Yusifcanlı və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.