Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək 18 İyul 2017 16:46

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 19-da Göygöl rayonu Ömər dağ keçidində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə naziri İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili ilə görüşüb 18 İyul 2017 14:33

İyulun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İspaniya Krallığının ölkəmizdə diplomatik fəaliyyəti başa çatan müvəqqəti işlər vəkili Xose Luis Diez Xuares ilə görüşüb.

"Gənc Heydərçilər" Qusara istirahətə yola salınıb 17 İyul 2017 16:25

Müdafiə Nazirliyi ilə Səbail rayon icra hakimiyyətinin birgə layihəsi əsasında ön cəbhə xəttində xidmət edən hərbi qulluqçuların övladları, şəhid uşaqları, eləcə də rayonun məktəblərində təhsildə fərqlənən şagirdlərdən ibarət 150 nəfərlik qrup Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə təşkil olunan hərbi-vətənpərvərlik təmayüllü "Gənc Heydərçilər" yay düşərgəsinə yola salınıb.

Şah İsmayıl Xətainin 530 illiyi Silahlı Qüvvələrdə də qeyd edilir 17 İyul 2017 12:47

Adı Azərbaycan xalqının yaddaşına qüdrətli sərkərdə, dövlət xadimi, şair və sənətin yorulmaz hamisi kimi həkk olunmuş Şah İsmayıl Xətainin anadan olmasının 530 illiyi Silahlı Qüvvələrdə də geniş qeyd edilir.

Şəxsi heyətlə iş üzrə komandir müavinlərinin və psixoloqların təlim-metodik toplantısı keçirilib 14 İyul 2017 15:31

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi Silahlı Qüvvələrin döyüş hazırlığı planına əsasən, hərbi hissə və birləşmələrin şəxsi heyətlə iş üzrə komandir müavinlərinin və psixoloqlarının təlim-metodik toplantısı keçirilib.

Türkiyənin bir qrup zabit heyətinin ölkəmizə səfəri başa çatıb 14 İyul 2017 12:42

Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən ölkəmizdə səfərdə olan qardaş ölkənin bir qrup zabit heyəti və onların ailə üzvləri Bakı şəhərində olub.

Silahlı Qüvvələrdə Ümummilli Liderimizin hakimiyyətə gəlişinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir 14 İyul 2017 11:20

Müdafiə nazirinin tapşırığına əsasən Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və hərbi hissələrdə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 48-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Silahlı Qüvvələrin rabitə vasitələrinin texniki xidməti və təmiri Mərkəzinin açılışı olub 13 İyul 2017 18:52

Müasir və mobil ordunun idarəetmə sisteminin əsas elementlərindən biri olan rabitə vasitələrinin imkanlarının Silahlı Qüvvələrdə inkişaf etdirilməsi məqsədilə Ali Baş Komandanın tapşırığına əsasən fəaliyyətlər davam etdirilir.

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun RİA Novosti informasiya agentliyinə müsahibəsi 13 İyul 2017 18:16

- Son zamanlar Dağlıq Qarabağdakı təmas xəttində bir neçə insident baş verib.

ABŞ-ın ölkəmizdə yeni təyin olunan hərbi attaşesi Müdafiə nazirinə təqdim edilib 13 İyul 2017 16:54

İyulun 13-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.