"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Hərbi Tibb fakültəsində növbəti buraxılış mərasimi keçirilib 30 İyun 2017

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsi məzunlarının növbəti buraxılış mərasimi keçirilib. Tədbirdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov iştirak edib.

Müdafiə naziri NATO toplantısında iştirak edib 30 İyun 2017

İyunun 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Brüssel şəhərində (Belçika Krallığı) Şimali Atlantika Şurasının Əfqanıstan İslam Respublikasındakı Qətiyyətli Dəstək Missiyası (QDM) formatında Müdafiə nazirləri səviyyəsində keçirilən görüşdə iştirak edib.

Azərbaycan və Türkiyə hərbi kəşfiyyatçılarının görüşü keçirilib 29 İyun 2017

İyunun 29-da Bakıda Azərbaycan və Türkiyə Silahlı Qüvvələri hərbi kəşfiyyat nümayəndələrinin görüşü keçirilib.

Azərbaycan-Türkiyə birgə taktiki təlimi - VİDEO 29 İyun 2017

Müdafiə naziri NATO toplantısında iştirak edəcək 28 İyun 2017

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasında həyata keçirilən NATO-nun Qətiyyətli Dəstək missiyasına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində iyunun 29-da keçiriləcək görüşündə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.

Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilib 26 İyun 2017

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, bu gün  Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü və bayram tədbirləri təşkil olunub.

Hərbi qulluqçuların Şəki şəhərinə gəzintisi təşkil edilib 26 İyun 2017

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə bir qrup hərbi qulluqçunun Şəki şəhərinə gəzintisi təşkil edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib 26 İyun 2017

İyunun 26-da Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Silahlı Qüvvələr Günü münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq 26 İyun 2017

Silahlı Qüvvələr Günü bayramı münasibətilə bu gün saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.

Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir 26 İyun 2017

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, bu gün saat 11.00-da Silahlı Qüvvələr Günü bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” təşkil olunur.