Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Şəmkirdə Silahlı Qüvvələrdə vətənpərvərlik tədbirləri həftəsinə start verilib 4 May 2017 20:30

Mayın 4-də Şəmkir şəhərindəki hərbi birlikdə “Heydər Əliyev ideyalarına sadiqik” devizi altında Silahlı Qüvvələrdə vətənpərvərlik tədbirləri həftəsinə start verilib.

Azərbaycan-Türkiyə birgə təlimlərində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib - VİDEO 4 May 2017 18:40

Azərbaycan, Türkiyə və Gürcüstanın Müdafiə nazirlərinin üçtərəfli formatda keçirilən əvvəlki görüşlərində əldə edilmiş razılığa əsasən Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin növbəti mərhələsi hər üç ölkənin yüksək səviyyəli müşahidəçilərinin iştirakı ilə keçirilib.

Qoşunların qarşıdurma xəttində monitorinq keçirilib 4 May 2017 13:10

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 4-də Ağdam rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Ölkəmizə gətirilən yeni hərbi texnika silahlanmaya daxil edilib - VİDEO 3 May 2017 18:43

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən ölkəmizə gətirilən müxtəlif təyinatlı müasir hərbi texnika Silahlı Qüvvələrimizin bölmələrinin silahlanmasına daxil edilib.

Azərbaycan-Türkiyə birgə taktiki təlimləri davam edir - VİDEO 3 May 2017 13:00

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinə cəlb edilən bölmələr növbəti mərhələdə qarşılıqlı uzlaşma şəraitində müxtəlif döyüş elementlərini yerinə yetiriblər.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında elmi-praktik konfrans keçirilib 3 May 2017 11:45

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “İnsan genetikasına müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib.

"Azərbaycan Ordusu" qəzeti - 03.05.2017-ci il №33 (2150) 3 May 2017 11:30

O yollar yenə də bizim olacaq...Baharın gözəlliyi, Qarabağımızın təbiəti bizləri özünə bağlayıb.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək 3 May 2017 09:55

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 4-də Ağdam rayonu ərazisində, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

“Planlaşdırma və Analiz Prosesi”nin qiymətləndirmə sənədi müzakirə olunub 2 May 2017 17:10

Mayın 2-də Brüssel şəhərində NATO-nun mənzil-qərargahında, Tərəfdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsində Azərbaycan Respublikasının 2017-ci il üzrə “Planlaşdırma və Analiz Prosesi”nin qiymətləndirmə sənədinin “NATO + Azərbaycan” formatında müzakirə iclası keçirilib.

Media nümayəndələri Azərbaycan-Türkiyə birgə təlimlərini izləyiblər 2 May 2017 16:40

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 1-dən 5-dək keçirilən Silahlı Qüvvələrin birgə təlimlərini işıqlandırmaq məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə mayın 2-də kütləvi informasiya vasitələrinin nümayəndələri üçün taktiki təlim mərkəzinə səfər təşkil edilib.