Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycanın Müdafiə naziri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb - VİDEO 16 Fevral 2017 15:17

Fevralın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.

Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - VİDEO 16 Fevral 2017 15:16

Fevralın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Monitorinq baş tutdu 16 Fevral 2017 14:50

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 16-da Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığından keçən Azərbaycan Respublikası və Ermənistan Respublikasının dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb.

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Baş Qərargahlar rəisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - VİDEO 16 Fevral 2017 10:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danfordun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici dövlətlərin hərbi attaşeləri Hərbi Akademiyada olublar 15 Fevral 2017 15:20

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri üçün fevralın 15-də Silahlı Qüvvələrin Hərbi Akademiyasına tanışlıq səfəri təşkil olunub.

Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək 15 Fevral 2017 10:25

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 16-da Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığından keçən Azərbaycan Respublikası və Ermənistan Respublikasının dövlət sərhədində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi arasında illik tədbirlər planı imzalanıb 14 Fevral 2017 10:00

Müdafiə Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi arasında 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb.

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər Vətənə sədaqət andı içiblər 13 Fevral 2017 15:00

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin andiçmə mərasimi olub.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir 13 Fevral 2017 12:22

Fevralın 13-dən 17-dək Tbilisi şəhərində (Gürcüstan) strateji liderlik proqramı kursu, fevralın 13-dən 24-dək Haaqa şəhərində (Niderland Krallığı) mülki-hərbi əməkdaşlıq üzrə qərargah zabiti kursu və Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) dil testi üzrə seminar keçirilir.

Düşmənin növbəti təxribatının qarşısı alınıb – VİDEO 13 Fevral 2017 09:40

Fevralın 12-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti təxribat törətmək cəhdinin qarşısı alınıb.