Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Dövlət sərhədində Ermənistana məxsus PUA məhv edilib 22 Yanvar 2017 14:35

Yanvarın 22-i gündüz saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Silahlı Qüvvələrdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb 20 Yanvar 2017 15:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində Ümumxalq hüzn günü ilə əlaqədar tədbirlər təşkil olunub.

Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib 20 Yanvar 2017 12:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti 20 Yanvar Ümumxalq hüzn günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edib 17 Yanvar 2017 20:30

Yanvarın 17-də Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun mənzil-qərargahında Alyansın Hərbi Komitəsinin "Qətiyyətli dəstək" və "Uyarlılıq platforması" formatlarında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib.

Minaatan bölmələrin döyüşə hazırlıq səviyyəsi yoxlanılır 17 Yanvar 2017 14:00

Cəbhəboyu zonada yerləşən hərbi hissələrin minaatan bölmələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır.

Ermənistan dövlət sərhədində vəziyyəti gərginləşdirməkdə davam edir 17 Yanvar 2017 11:00

Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək 16 Yanvar 2017 16:20

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin "Qətiyyətli dəstək" və "Uyarlılıq platforması" formatlarında təşkil ediləcək görüşlərdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.

Düşmən mövqelərinə cavab atəşi endirilib 16 Yanvar 2017 11:00

Ermənistan tərəfi cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə iriçaplı ağır silahlar tətbiq edib.

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub 15 Yanvar 2017 10:49

Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.

Dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədilə Ermənistan təxribatları davam etdirir 13 Yanvar 2017 17:00

Son vaxtlar müxtəlif vasitələrlə Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdən Ermənistan bu dəfə daha bir təxribata əl atıb.