Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik tədbirlər planı imzalanıb 31 Yanvar 2017 13:00

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında dini radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb.

Qoşunlarda yeni tədris dövrü başlanıb 30 Yanvar 2017 15:30

Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri və idarəetmə orqanlarında yeni tədris dövrü başlayıb.

Hərbi qulluqçunun ölüm səbəbi araşdırılır 30 Yanvar 2017 10:15

Yanvarın 29-da sosial şəbəkələrdə və bəzi yerli elektron informasiya resurslarında Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun düşmən tərəfindən açılan atəş nəticəsində həlak olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Zabitlər evində gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə həsr olunmuş tədbir keçirilib 28 Yanvar 2017 11:20

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb 27 Yanvar 2017 19:20

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 41 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsi ehtiramla yad edilib 24 Yanvar 2017 17:30

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 107 və Böyük Vətən müharibəsində həlak olmasının 72 illiyi münasibətilə anma mərasimləri keçirilir.

Qoşunların qarşıdurma xəttində monitorinq keçirilib 24 Yanvar 2017 11:30

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 24-də Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Hərbi qulluqçumuzun nəşinin geri qaytarılması məsələsi müzakirə olunub 24 Yanvar 2017 10:25

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən yanvarın 23-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşiklə görüşüb.

Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışında iştirak edib - VİDEO 23 Yanvar 2017 11:05

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.

Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək 23 Yanvar 2017 09:45

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 24-də Tərtər rayonu Qapanlı kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.