Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə naziri müdafiənin ön xəttində yerləşən bölmələrdə olub 12 Oktyabr 2016 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Bərdədə şəhid zabitimizin xatirəsinə həsr olunan "Ruhumuzun qələbəsi naminə" kompozisiyası təqdim edilib 11 Oktyabr 2016 09:00

Müdafiə Nazirliyi və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bərdə Rayon Mədəniyyət Mərkəzində "Xalqımıza qələbə sevinci bəxş edənlər" silsiləsindən aprel ayında cəbhə xəttində ermənilərin törətdikləri təxribatın qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun baş leytenantı Ziya Həsənovun xatirəsini anma mərasimi keçirilib.

Müdafiə naziri: "Düşmənin növbəti təxribatına cavab daha sarsıdıcı olacaqdır" 11 Oktyabr 2016 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində olaraq ön xətdə xidmət edən şəxsi heyətlə görüşüb.

Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar keçirilir 11 Oktyabr 2016 09:00

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Azərbaycan Respublikasında "Maddi-Texniki Təminatın Əsasları" mövzusunda seminar keçirilir.

Müdafiə naziri təlim-atış mərkəzində olub 11 Oktyabr 2016 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən döyüş bölgəsində olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi qulluqçuların atəş və taktiki hazırlıq məşqləri keçdiyi təlim-atış mərkəzində olub.

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb 11 Oktyabr 2016 09:00

NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Cəbhə bölgəsində olan Müdafiə naziri artilleriyaçıların döyüş hazırlığını yoxlayıb 11 Oktyabr 2016 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsində olan Müdafiə Nazirliyinin rəhbərliyi artilleriyaçıların döyüş hazırlığını yoxlamaq məqsədilə ön xətdə yerləşən artilleriya hərbi hissə və bölmələrində olublar.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək 8 Oktyabr 2016 09:00

Oktyabrın 9-dan 15-dək Minsk şəhərində (Belarusiya) "Təlimlərin planlaşdırılması və icra edilməsi" mövzusunda kurs keçiriləcək.

Gəncə Qarnizonunda "Heydər Əliyev və dövlət müstəqilliyimiz" mövzusunda "dəyirmi masa" keçirilib 7 Oktyabr 2016 09:00

Azərbaycan dövlət müstəqilliyinin 25 illik yubileyi ərəfəsində Gəncə Qarnizonunda "Heydər Əliyev və dövlət müstəqilliyimiz" mövzusunda tədbir keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev: "Biz həm iqtisadi, siyasi, həm də hərbi cəhətdən daha da güclü olmalıyıq və bu güc bizdə var" 7 Oktyabr 2016 09:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.