Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Fevral – Gənclər Günü Silahlı Qüvvələrdə silsilə tədbirlərlə qeyd edilib 3 Fevral 2016 09:00

Müdafiə Nazirliyi və Tərtər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclərinin 1-ci Forumunun 20-ci ildönümü və 2 Fevral – Gəncləri Günü münasibətilə Tərtər şəhərində "Ordu gəncləri böyük qüvvədir" devizi altında kütləvi gənclik və vətənpərvərlik bayramı keçirilib.

Müdafiə Nazirliyi ilə Dövlət Komitəsi arasında illik tədbirlər planı imzalanıb 3 Fevral 2016 09:00

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2016-cı il üçün birgə tədbirlər planı imzalanıb.

Təmas xəttində monitorinq keçiriləcək 3 Fevral 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 4-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

2 fevral – Azərbaycan gəncləri günü münasibətilə Azərbaycan Respublikası Müdafiə nazirinin Silahlı Qüvvələrin şəxsi heyətinə təbriki 1 Fevral 2016 09:00

Sizi 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə təbrik edir və hər birinizə ən səmimi arzularımı bildirirəm.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir 1 Fevral 2016 09:00

Fevralın 1-dən 3-dək Roma şəhərində (İtaliya) NATO Müdafiə Kollecinin ali kurs dinləyicilərinin xarici dövlətlərə səfərlərinin planlaşdırılması konfransı, fevralın 1-dən 5-dək Ankara şəhərində (Türkiyə Respublikası) terrorçuluqla mübarizə kursu, fevralın 1-dən 12-dək isə kiber müdafiə kursu, fevralın 1-dən martın 4-dək İstanbul şəhərində (Türkiyə Respublikası) partlayıcı maddələrin aşkarlanması kursu keçirilir.

Fevralın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait 1 Fevral 2016 09:00

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 fevral 2016-cı il tarixədək 70.074.862,27 AZN, 211.791,88 ABŞ dolları və 2093,69 avro vəsait daxil olub.

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu birgə tədbirlər planı imzalayıb 1 Fevral 2016 09:00

2016-cı ildə Silahlı Qüvvələrdə hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.