Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Silahlı Qüvvələrdə psixoloji iş üzrə dinləyicilərin növbəti buraxılışı olub 29 Fevral 2016 09:00

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Hərbi psixoloq" ixtisası üzrə təkmilləşdirmə kursunu müvəffəqiyyətlə bitirən dinləyicilərin növbəti buraxılışı keçirilib.

Pakistanın Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri Azərbaycana rəsmi səfərə gələcək 29 Fevral 2016 09:00

Fevralın 29-da Pakistan İslam Respublikasının Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri general Rəşad Mahmudun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir 29 Fevral 2016 09:00

Fevralın 29-dan martın 4-dək Tirana şəhərində (Albaniya) Tərəfdaşlıq təlim və tədris mərkəzi rəislərinin illik konfransı, Kunqsanqen şəhərində (İsveç) öyrənilmiş təcrübələr üzrə qərargah zabiti kursu, Ramştayn şəhərində (Almaniya Federativ Respublikası) Əməliyyat İmkanları Konsepsiyası üzrə işçi qrupunun birinci görüşü, fevralın 29-dan martın 18-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) dil testi üzrə təkmilləşdirmə seminarı, Ankara şəhərində (Türkiyə) fevralın 29-dan martın 11-dək silahlı münaqişə kursları keçirilir.

Hərbi qulluqçuların praktiki bacarıqları təkmilləşdirilir 26 Fevral 2016 09:00

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Qaraheybət təlim mərkəzində hərbi qulluqçuların peşəkarlığının və nəzəri biliklərinin artırılması, praktiki vərdişlərinin möhkəmləndirilməsi məqsədilə hazırlıq məşqləri keçirilib.

Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilir 26 Fevral 2016 09:00

Cəbhə bölgələrindəki hərbi hissələrdən birində keçirilən tədbirdə Xocalı qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ali Hərbi Məktəbdə praktiki tədris və təlim məşğələləri keçirilib 25 Fevral 2016 09:00

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində plana uyğun olaraq kursantların hazırlığı üzrə praktiki tədris və təlim məşğələləri keçirilib.

Xocalı soyqırımının ildönümü yad edilib 25 Fevral 2016 09:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Goranboy və Xocalı rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə xocalıların məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar "Xocalı yol gözləyir" devizi altında faciə qurbanlarının kütləvi anma mərasimi keçirilib.

Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan sənədli televiziya filmi - VİDEO 24 Fevral 2016 10:20

Martın 20-də Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçiriləcək 24 Fevral 2016 09:00

Ənənəyə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, martın 20-də saat 10.00-da Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil olunacaq.

Məktəblilər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanış olublar 24 Fevral 2016 09:00

Bakı şəhəri 257 və 120 nömrəli tam orta məktəblərinin 9-cu və 10-cu sinif şagirdləri üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə ekskursiya təşkil olunub.