Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Güləşçilərimiz bürünc medal qazanıb 6 Oktyabr 2015 09:00

Koreya Respublikasının Munqyen şəhərində hərbçilərin 6-cı Dünya Oyunlarında güləşçilərimiz günü bir bürünc medalla başa vurub.

VI Dünya Oyunlarında Azərbaycan cüdoçuları daha üç medal qazanıb 6 Oktyabr 2015 09:00

Koreya Respublikasının Munqyeonq şəhərində keçirilən hərbçilərin VI Dünya Oyunlarında Azərbaycan cüdoçuları daha üç medal qazanıb.

Müdafiə Nazirliyi Hərbi Prokurorluqla birgə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə tədbir keçirib 6 Oktyabr 2015 09:00

Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun 2015-ci ilə dair birgə tədbirlər planına əsasən Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev və Respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

Silahlı Qüvvələrdə “NATO Günləri” keçirilir 6 Oktyabr 2015 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən oktyabrın 6-dan Bakı şəhərində NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə “NATO Günləri” tədbiri keçirilir.

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Hərbi Hava Qüvvələrinin bazasında olublar 5 Oktyabr 2015 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri oktyabrın 5-də Hərbi Hava Qüvvələrinin aviabazasında olublar.

Naxçıvanda komanda-qərargah təlimləri başlayıb 5 Oktyabr 2015 09:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin təsdiq etdiyi Silahlı Qüvvələrin hazırlığı planına əsasən, oktyabrın 5-dən Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu ilə komanda-qərargah təlimləri başlayıb.

Hərbçi idmançılarımız VI Dünya Oyunlarında ilk medalı qazanıblar 4 Oktyabr 2015 09:00

Koreya Respublikasının Munqyeonq şəhərində hərbçilərin VI Dünya Oyunlarının ilk yarış günü keçirilib.

Müdafiə Nazirliyi ilə Gədəbəy rayon icra hakimiyyəti birgə tədbir keçirib 4 Oktyabr 2015 09:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən Komanda Qərargah Hərbi Oyunları Silahlı Qüvvələrimizin gücünü bir daha nümayiş etdirdi.

Erməni hərbi qulluqçuları arasında növbəti insident baş verib 3 Oktyabr 2015 09:00

Ermənistanın bəzi elektron kütləvi informasiya vasitələri Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin atəşkəs rejimini pozaraq dövlət sərhədində gərginlik yaratması barədə dezinformasiya xarakterli məlumat yayıblar.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 3 Oktyabr 2015 09:00

Oktyabrın 4-dən 9-dək Helsinki şəhərində (Finlandiya) Beynəlxalq Dil Koordinasiyası bürosunun "Peşəkarlıq səviyyəsinin artırılması" mövzusunda seminar, oktyabrın 5-dən 9-dək Ankara şəhərində (Türkiyə) Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə "Eternity-2015" Komanda Qərargah təlimi, oktyabrın 5-dən noyabrın 27-dək Buxarest şəhərində (Rumıniya) intensiv ingilis dili kursu, oktyabrın 6-dan 8-dək Tbilisi şəhərində (Gürcüstan) Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin üçtərəfli əməkdaşlıq fəaliyyətlərinin əlaqələndirilməsi üzrə Koordinasiya Qrupunun toplantısı keçiriləcək.