Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Hərbçilərin VI dünya oyunlarında idmançılarımız daha bir qızıl və gümüş medal qazanıblar 10 Oktyabr 2015 09:00

Koreya Respublikasının Munqyeonq şəhərində keçirilən hərbçilərin VI dünya oyunlarının taekvondo yarışlarının sonuncu günündə mübarizəyə qoşulan idmançılarımız da uğurla çıxış ediblər.

Düşmən xeyli sayda itki verib 10 Oktyabr 2015 09:00

Oktyabrın 9-da axşam saatlarında qoşunların təmas xəttində düşmənlə döyüş toqquşması zamanı Silahlı Qüvvələrimizin bölmələrinin qarşı tərəfə vurduğu zərbələr nəticəsində düşmənin 6 nəfərədək hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.

Məlumat 10 Oktyabr 2015 09:00

Oktyabrın 6-da hərbi qulluqçu əsgər Əliyev Murad Əlizadə oğlu xidmət yerini özbaşına tərk edib.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 10 Oktyabr 2015 09:00

Oktyabrın 12-dən 17-dək Buxarest şəhərində (Rumıniya) münaqişəsonrası yenidənqurma və sabitləşmə kursu, oktyabrın 12-dən 22-dək Budapeşt şəhərində (Macarıstan) müəllimlər üçün təkmilləşdirilmiş hərbi terminologiya kursu keçiriləcək.

Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb 9 Oktyabr 2015 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 9-da Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Şəmkir hərbi birliyində olub 8 Oktyabr 2015 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar hərbi birlikdə olublar.

Azərbaycan güləşçiləri hərbçilərin VI Dünya Oyunlarında növbəti medal qazanıblar 8 Oktyabr 2015 09:00

Koreya Respublikasının Munqyeonq şəhərində hərbçilərin VI Dünya Oyunları keçirilir.

Təmas xəttində monitorinq keçiriləcək 8 Oktyabr 2015 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 9-da Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə naziri Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb - VİDEO 6 Oktyabr 2015 11:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarla görüşüb.

Beynəlxalq Müəllimlər Günü qeyd olunub 6 Oktyabr 2015 09:00

Azərbaycan Respublikası Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin komanda heyəti və professor-müəllimlərinin iştirakı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş təntənəli yığıncaqda əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.