Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 12 Sentyabr 2015 09:00

Sentyabrın 14-dən noyabrın 26-dək Buxarest şəhərində (Rumıniya) intensiv ingilis dili kursu, 16-dan 25-dək Qori şəhərində (Gürcüstan) Gender təlimi üçün təlimatçı kursu, 17-dən noyabrın 27-dək Liptovskiy Mikulaş şəhərində (Slovakiya) 15-ci Beynəlxalq Qərargah zabitləri kursu keçiriləcək.

Ağdamlılar Qələbə bayrağımızın tezliklə işğal altındakı torpaqlarımızda dalğalanacağına əmindirlər 11 Sentyabr 2015 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən komanda qərargah hərbi oyunları uğurla davam etdirilir.

Komanda Qərargah Hərbi Oyunlarının döyüş atışlı əsas mərhələsi keçirilib 11 Sentyabr 2015 09:00

Sentyabrın 11-də Komanda Qərargah Hərbi Oyunlarında döyüş atışları icra olunmaqla əsas mərhələ keçirilib.

Cəbhəyanı bölgədə yeni dağ hazırlığı təlim mərkəzinin açılışı olub 10 Sentyabr 2015 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən ərazidə inşa edilən yeni dağ hazırlığı təlim mərkəzinin açılışını edib.

Laçınlılar işğal altında olan torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bəyan ediblər 10 Sentyabr 2015 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən komanda qərargah hərbi oyunları uğurla davam edir.

Zirehli döyüş texnikası təlim rayonlarına çatdırılıb 10 Sentyabr 2015 09:00

Komanda Qərargah Hərbi Oyunlarının növbəti mərhələsində irimiqyaslı təlimlərdə iştirak edən müxtəlif tipli hərbi texnikanın müəyyən edilmiş marşrutlar üzrə planlı şəkildə daşınması həyata keçirilib.

Müdafiə naziri təlimlərə ehtiyatdan çağırılan hərbi vəzifəlilərlə görüşüb 9 Sentyabr 2015 09:00

Sentyabrın 9-da Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən hərbi vəzifəlilərlə görüşüb.

Ehtiyatda olan hərbi vəzifəlilər Hərbi Oyunlara çağırılıb 9 Sentyabr 2015 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən Komanda Qərargah Hərbi Oyunlarına ehtiyatdan çağırılan hərbi vəzifəlilər də qatılıb.

Müdafiə naziri təlimdə iştirak edən hərbi hissələrin hazırlığını yoxlayıb 9 Sentyabr 2015 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Komanda Qərargah Hərbi Oyunlarının keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən şəxsi heyətin, doyüş texnikasının, aviasiya vasitələrinin, raket və artilleriya qurğularının döyüşə hazırolma və döyüş qabiliyyətini, onların hazırlıq səviyyəsini yoxlayıb.

Komanda Qərargah Hərbi Oyunları davam edir 8 Sentyabr 2015 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən Komanda Qərargah Hərbi Oyunlarının planına uyğun olaraq sentyabrın 8-də təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin irimiqyaslı yerdəyişməsi həyata keçirilib.