Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Silahlanmaya daxil olunan növbəti “Buk-MB” ZRK-dən sınaq atışları keçirilib - VİDEO 30 Sentyabr 2015 09:00

Мüdafiə naziri general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə qoşunlarının silahlanmasına daxil olunan növbəti “Buk-MB” zenit-raket divizionunun komplekslərindən döyüş-sınaq atışları icra edilib.

Müdafiə Nazirliyi başsağlığı verir 30 Sentyabr 2015 09:00

Müdafiə Nazirliyinin rəhbərliyi və kollektivi görkəmli dövlət xadimi, uzun illər təhlükəsizlik sahəsində böyük xidmətləri olmuş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadənin vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Müdafiə Nazirliyi bəzi yerli kütləvi informasiya vasitələrini erməni tərəfinin xüsusi təbliğat fəaliyyətində iştirak etməkdən çəkinməyə çağırır 29 Sentyabr 2015 09:00

Ermənistanın bəzi elekton kütləvi informasiya vasitələri tərəfindən guya sentyabrın 28-də həlak olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ad-soyadları da göstərilməklə yayılmış məlumatın heç bir əsası yoxdur.

Cəbhədə ağır döyüşlər davam edir 28 Sentyabr 2015 09:00

Düşmənin canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə zərbə endirilibCəbhə xəttində gərginlik səngimir.

Ağır döyüşdə düşmən xeyli sayda itki verib 26 Sentyabr 2015 09:00

Sentyabrın 25-də qoşunların təmas xəttində düşmənin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 26 Sentyabr 2015 09:00

Sentyabrın 28-dən oktyabrın 2-dək Oberammerqau şəhərində (AFR) enerji təhlükəsizliyi sahəsində şəraitə strateji nəzarət kursu, 29-dan noyabrın 13-dək Qarmiş-Partenkirxen şəhərində (AFR) Ali Təhlükəsizlik Proqramı üzrə növbəti kurs, 30-dan oktyabrın 1-dək Helsinki şəhərində (Finlandiya) Əməliyyat İmkanları Konsepiyası Proqramının illik konfransı keçiriləcək.

Dövlət sərhədində vəziyyətin gərginləşməsinə və erməni mülki əhalisinə dəyən ziyana görə Ermənistanın kriminal hərbi-siyasi rejimi məsuliyyət daşıyır 25 Sentyabr 2015 09:00

Ermənistanın bəzi elekton kütləvi informasiya vasitələri cəbhədəki vəziyyət, guya düşmən tərəfindən hansısa postumuzun dağıdılması və Silahlı Qüvvələrimizin itki verməsi ilə bağlı növbəti dəfə yalan məlumat yayıblar.

Təxribata görə məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür 24 Sentyabr 2015 09:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə Silahlı Qüvvələrimizin mövqelərini və dövlət sərhədi boyu yerləşən kəndlərimizi müxtəlif çaplı silahlardan istifadə etməklə intensiv surətdə atəşə tutublar.

Qurban bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə Azərbaycan Respublikası Müdafiə nazirinin təbriki 23 Sentyabr 2015 09:00

Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!Sizi Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Müdafiə naziri Belarusun Azərbaycandakı səfiri ilə görüşüb 22 Sentyabr 2015 09:00

Sentyabrın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç ilə görüşüb.