Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

“Gənc Heydərçilər”in yay istirahəti başa çatıb 29 Avqust 2015 09:00

Müdafiə Nazirliyi və Səbail rayon İcra Hakimiyyətinin birgə həyata keçirdiyi “Gənc Heydərçilər” hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi on gündən artıq davam edib.

Raket və Artilleriya Qoşunlarının döyüş atışlı təlimləri keçirilib - VİDEO 28 Avqust 2015 11:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələri praktiki döyüş atışlı təlimlər keçirib.

“TurAz Qartalı - 2015” təlimlərində iştirak edəcək Türkiyə aviasiyasının növbəti qrupu Azərbaycana gəlib - VİDEO 28 Avqust 2015 10:00

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2015” birgə taktiki təlimlərində iştirak edən Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin növbəti qrupu Azərbaycana gəlib.

Müdafiə naziri bir qrup ictimaiyyət nümayəndəsi ilə görüşüb 27 Avqust 2015 09:00

Avqustun 27-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində yaxından iştirak edən bir qrup ictimaiyyət nümayəndəsi ilə görüşüb.

“TurAz Qartalı - 2015” birgə təlimləri çərçivəsində Hava Hücumundan Müdafiə Qoşunları döyüş atışları keçirib - VİDEO 26 Avqust 2015 10:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycanla Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən “TurAz Qartalı - 2015” birgə taktiki təlimləri çərçivəsində Hava Hücumundan Müdafiə Qoşunları praktiki döyüş atışlarını icra edib.

Monitorinq baş tutdu 25 Avqust 2015 09:00

ATƏT-in nümayəndələri kənd sakinlərinin iradlarını dinləməli olublarATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 25-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə naziri Türkiyə səfiri ilə görüşüb 24 Avqust 2015 09:00

Yeni hərbi attaşe təqdim olunubAzərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkun ilə görüşüb.

“Vətən uğrunda həlak olmaq əbədi həyat qazandırır” devizi altında keçirilən tədbir ordu ilə xalqın monolit birliyinin təntənəsinə çevrilib 24 Avqust 2015 09:00

Müdafiə Nazirliyi və Ağcabədi rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən vətənpərvərlik tədbirləri artıq ənənə şəklini alıb.

Mingəçevirdə “Ön səngərdən gələn var” adlı tədbir keçirilib 24 Avqust 2015 09:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Mingəçevir şəhər icra haki-miyyətinin birgə təşkilatçılığı ilə “Ön səngərdən gələn var” adlı tədbir keçirilib.

Cəbhənin Ağdam-Xocavənd istiqamətində düşmən fəallığının qarşısı qətiyyətlə alınıb 24 Avqust 2015 09:00

Düşmənin 5 nəfər hərbi qulluqçusu məhv edilib və 8 nəfəri yaralanıbAvqustun 22-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs haqqında razılaşmanı növbəti dəfə xaincəsinə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin Ağdam və Xocavənd rayonları istiqamətində yerləşən mövqelərini qəflətən iriçaplı atıcı silahlardan, 60 və 82 millimetrlik minaatanlardan atəşə tutublar.