Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Monitorinq baş tutdu 8 İyul 2015 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 8-də Füzuli rayonunun Aşağı Veysəlli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz uçan aparatı məhv edilib - VİDEO 7 İyul 2015 09:50

Cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 7 İyul 2015 09:00

İyulun 8-dən 10-dək Ankara şəhərində (Türkiyə) “ETERNITY-2015” kompyuter dəstəkli komanda-qərargah təliminin planlaşdırma konfransı keçiriləcək.

Təmas xəttində monitorinq keçiriləcək 7 İyul 2015 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 8-də Füzuli rayonunun Aşağı Veysəlli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

“Vətən uğrunda!” hərbi-vətənpərvərlik mahnı müsabiqəsinə yekun vurulub 6 İyul 2015 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar Təşkilatının və Gəncə Qarnizonu Zabitlər Evinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümünə həsr olunmuş “Vətən uğrunda!” hərbi-vətənpərvərlik mahnı müsabiqəsinin qala konserti Şəmkir birliyinin əsgər klubunda keçirilib.

Ermənistanın iki pilotsuz uçan aparatı məhv edilib 4 İyul 2015 09:00

İyulun 4-də cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

Azərbaycan Respublikasının Müdafiə naziri Latviyada bir neçə hərbi obyektdə olub 4 İyul 2015 09:00

Latviya Respublikasına rəsmi səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin "Adaji" hərbi bazası, Birgə Hücumun idarə edilməsi terminalı, Partlayıcı Maddələrin zərəsizləşdirilməsi Məktəbi, Tibb Mərkəzi və "SWATH" patrul gəmisini ziyarət edib.

Riqada Azərbaycan və Latviya Müdafiə nazirlərinin görüşü keçirilib 3 İyul 2015 09:00

İyulun 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Latviya Respublikasına rəsmi səfəri başlayıb.

Azərbaycan Respublikasının Müdafiə naziri Latviyanın Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb 3 İyul 2015 09:00

İyulun 3-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Latviya Respublikası Xarici İşlər Nazirliyinin dövlət katibi cənab Andreys Pildeqoviçs arasında görüş olub.

Azərbaycan Respublikası Müdafiə nazirinin Latviyaya rəsmi səfəri başlayıb 3 İyul 2015 09:00

Litva Respublikasına rəsmi səfəri başa çatdıqdan sonra Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasına yola düşüb.