Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Gədəbəy rayonunda şəhid əsgər Eldar Fətəliyevin xatirəsi anıldı 31 İyul 2015 09:00

1991-ci ilin yanvar ayında anadan olmuş, həqiqi hərbi xidmətini Tərtər rayonunda, düşmənlə təmas xəttində uğurla başa vurmuş və il yarımdır ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Gədəbəy bölgəsində Vətən qarşısında əsgəri borcunu şərəflə yerinə yetirən Eldar Fətəliyevin xatirəsi şəhid olduğu vaxtdan yeddi gün sonra doğulduğu Novoivanovka kəndində böyük izdihamın iştirakı ilə yad edilib.

Azərbaycan Respublikasının Müdafiə naziri Moskva şəhərinə yola düşüb 31 İyul 2015 09:00

İyulun 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfərə gedib.

Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı məhv edilib - VİDEO 29 İyul 2015 10:20

Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəş nəticəsində məhv edilib.

Müdafiə naziri Fransanın Azərbaycandakı səfiri ilə görüşüb 28 İyul 2015 09:00

İyulun 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönye ilə görüşüb.

Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş hazırlığı yoxlanılıb - VİDEO 26 İyul 2015 11:54

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri qəfil həyacan siqnalı ilə döyüş hazırlığı vəziyyətinə gətirilərək onların döyüşə hazırlığı yoxlanılıb.

Müdafiə naziri şəhidimizi medalla təltif edib 25 İyul 2015 09:00

Silahlı Qüvvələrimizin şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Məlumat 25 İyul 2015 09:00

Bəzi elektron kütləvi informasiya vasitələri guya 40 nəfər hərbi qulluqçumuzun mühasirəyə düşməsi, bir neçə saatlıq atışmadan sonra mühasirədən çıxmağa nail olması və 8 nəfər hərbçimizin yaralanması barədə yalan və təxribat xarakterli məlumatlar yayıblar.

Düşmən təxribatlarının qarşısı qətiyyətlə alınıb 25 İyul 2015 09:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 24-ü gün ərzində və gecə vaxtı cəbhənin Goranboy, Tərtər, Ağdam, Füzuli rayonları istiqamətində, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhəddinin Gədəbəy rayonu sahəsində mövqelərimizi müxtəlif silahlardan intensiv atəşə tutmaqla aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstəriblər.

Müdafiə naziri Hərbi Dəniz Qüvvələrinin döyüşə hazırlıq səviyyəsini yoxlayıb 24 İyul 2015 09:00

İyulun 24-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin yeni bazasında hərbi gəmilərin və şəxsi heyətin döyüşə hazırlıq səviyyəsini yoxlayıb.

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb - VİDEO 23 İyul 2015 10:00

NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 39 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.