Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Hərb Tarixi Muzeyində müdafiə istehkamlarının roluna dair tədbir keçirilib 17 Aprel 2015 09:00

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Azərbaycan Hərb Tarixi Muzeyində 18 aprel -Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edilmiş "Azərbaycanın hərb tarixində müdafiə istehkamlarının rolu" adlı tədbir keçirilib.

Hərbi qulluqçumuz şəhid olub 16 Aprel 2015 09:00

Erməni silahlı bölmələrinin atəskəs rejimini pozması nəticəsində xidməti vəzifələrini yerinə yetirən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, gizir Əlizadə Şahmurad Hilal oğlu şəhid olub.

Sülhməramlılarımızın bir qrupu Əfqanıstana yola salınıb - VİDEO 15 Aprel 2015 11:00

NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 35 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranmasından 23 il ötür 15 Aprel 2015 09:00

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranmasının 23-cü ildönümü münasibətilə tibb müəssisəsində tədbir keçirilib.

Müdafiə naziri İran İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb 14 Aprel 2015 09:00

Aprelin 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Möhsün Pakayin ilə görüşüb.

Müdafiə naziri Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri ilə görüşüb 14 Aprel 2015 09:00

Aprelin 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Səlim Xəlifə Məhəmməd Əl-Ğafli ilə görüşüb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov: Silahlı Qüvvələrimiz düşməni darmadağın etməyə hazırdır 13 Aprel 2015 09:00

Ermənilər hərbi əməliyyatlara Livandan, Suriyadan muzdluları cəlb edir Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə keçirilən irimiqyaslı təlimlərin yekunlarına dair müşavirədə komandir-rəis heyəti qarşısında çıxışında işğal olunmuş ərazilərin tezliklə azad olunacağına əminliyini ifadə edib.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 13 Aprel 2015 09:00

Aprelin 14-dən 16-dək Doha şəhərində (Qətər) "Yırtıcı Şahin-2015" təliminin yekun planlaşdırma konfransı, aprelin 14-dən 17-dək Kaunas şəhərində (Litva) yaralılara hospitala təxliyyədən öncəki tibbi yardım kursu, aprelin 14-dən 24-dək isə Əmman şəhərində (İordaniya) Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy Proqramı çərçivəsində qiymətləndiricilər üçün 29-cu təlim kursu keçiriləcək.

Cəbhə bölgəsində yerləşən hərbi hissələrə döyüş bayraqları təqdim olunub - VİDEO 11 Aprel 2015 13:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissədə olub.

Müdafiə naziri Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisini qəbul edib 11 Aprel 2015 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Mehmet Daysalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.