Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Təmas xəttində monitorinq keçiriləcək 13 Yanvar 2015 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 14-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 13 Yanvar 2015 09:00

Yanvarın 14-dən 16-dək Brüssel (Belçika) şəhərində hərbi məlumatların mübadiləsi üzrə "VERİTY" seminarı keçiriləcək.

Ermənistan Müdafiə Nazirliyinin növbəti yalanına cavab 12 Yanvar 2015 09:00

Ermənistanın Müdafiə Nazirliyi yanvarın 11-də dövlət sərhəddi və yanvarın 12-də cəbhəboyu zonadakı vəziyyət barədə növbəti dəfə biri-birindən absurd, heç bir normal düşüncə tərzinə sığmayan, tam erməni xislətinə və məntiqinə uyğun dezinformasiya xarakterli xəbərlər yayıb.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 12 Yanvar 2015 09:00

Yanvar ayının 12-dən 14-dək Konya şəhərində (Türkiyə) “IŞIK-2015” təliminin əsas planlaşdırma konfransı keçiriləcək.

Sülhməramlılarımız Əfqanıstana yola salınıb 10 Yanvar 2015 09:00

"N" saylı hərbi hissədə NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında keçirdiyi yeni "Qətiyyətli Dəstək" adlı qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 39 nəfərdən ibarət qrupunun plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yolasalma mərasimi keçirilib.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında uğurlu cərrahi əməliyyatlar həyata keçirilib 9 Yanvar 2015 09:00

Silahlı Qüvvələrin Baş Klinik Hospitalına ağır miokard infaktı diaqnozu ilə daxil olan xəstə Vasif Xanışova Hospitalın Ürək-Damar Mərkəzində təxirəsalınmaz yardım göstərilib.

Müdafiə Nazirliyi başsağlığı verir 9 Yanvar 2015 09:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və kollektivi tanınmış ictimai xadim, professor Zahid Qaralovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.

Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş atışlı təlimləri keçirilib - VİDEO 7 Yanvar 2015 14:00

Yanvarın 7-də Silahlı Qüvvələrin yeni tədris ilinə hazırlığının yoxlanılması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri qəfil həyacan siqnalı ilə döyüş hazırlığı vəziyyətinə gətirilib.

Məlumat 6 Yanvar 2015 09:00

Cəbhənin Ağdam rayonu istiqamətində mina partlaması nəticəsində Şəki rayonunda anadan olmuş 1979-cu il təvəllüdlü Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri Məmmədov Şamo Əhməd oğlu yaralanıb.

Məlumat 4 Yanvar 2015 09:00

Yanvar ayının 3-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri iri çaplı silahlar, tank əlehinə qumbaraatanlar, 60 və 82 millimetrlik minaatanlardan istifadə etməklə Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrini intensiv atəşə tutublar.