Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 6 Dekabr 2014 09:00

Dekabrın 8-dən 12-dək Oberammerqau şəhərində (Almaniya) NATO resursların idarə olunması üzrə təhsil proqramı kursu, dekabrın 8-dən 19-dək Ankara şəhərində (Türkiyə), 20-dək isə Bakı şəhərində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Türkiyə Quru Qoşunları Məktəbi arasında müəllim mübadiləsi keçiriləcək.

Müdafiə naziri Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub 5 Dekabr 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını yoxlamaq məqsədilə Mərkəzi Komanda Məntəqəsində olub.

Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyənin səfirini qəbul edib 4 Dekabr 2014 09:00

Dekabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkunu qəbul edib.

Qoşunların yeni tədris ilinə hazırlığı yoxlanılır 3 Dekabr 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Silahlı Qüvvələrin yeni tədris ilinə hazırlığı yoxlanılır.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 3 Dekabr 2014 09:00

Dekabrın 4-dən 5-dək Brüssel şəhərində (Belçika) İkili təyinatlı malların və silahların ixracına nəzarət sahəsində Avropa İttifaqının əməkdaşlıq fəaliyyətlərinin qiymətləndirilməsi üzrə tədbir keçiriləcək.

Monitorinq baş tutdu 2 Dekabr 2014 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 2-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

C.Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib 1 Dekabr 2014 09:00

C.Naxçıvanski adına Hərbi Liseydə "Ərazi uğrunda gedən döyüşlərdə hərbi hissələrin göstərdikləri nümunələrin təbliği" mövzusunda tədbir keçirilib.

Hərbi Tibb Fakültəsində Ebola virusu ilə bağlı elmi konfrans keçirilib 1 Dekabr 2014 09:00

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində "Ebola virusu-bəşər tarixinin ən qəddar virus xəstəliyi" mövzusunda elmi konfrans keçirilib.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 1 Dekabr 2014 09:00

Dekabrın 2-dən 5-dək Bakı şəhərində Vəzifədə irəliləmə və attestasiya komissiyasının tətbiqi mövzusunda seminar, dekabrın 2-dən 11-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) Dil standartları və qiymətləndirmə mövzusunda seminar keçiriləcək.

Təmas xəttində monitorinq keçiriləcək 1 Dekabr 2014 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 2-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.