Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə naziri müxtəlif ixtisaslar üzrə rəhbər zabit heyəti ilə görüşüb 10 Dekabr 2014 09:00

Dekabrın 10-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyət və kadr bölmələrinin rəhbər zabit heyəti, hərbi hüquqşünaslar, psixoloq kurslarının dinləyiciləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin humanitar fənn kafedralarının müəllim və professor heyətilə görüşüb.

Təmas xəttində monitorinq keçiriləcək 10 Dekabr 2014 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 11-də Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri ilə ilin yekunlarına dair toplantı keçirilib 9 Dekabr 2014 09:00

Dekabrın 9-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri ilə ilin yekunlarına dair toplantı keçirilib.

Azərbaycan Respublikasının Baş naziri Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub 9 Dekabr 2014 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən respublikanın baş naziri Hərbi Hava Qüvvələrinin hərbi hissələrində olub.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 9 Dekabr 2014 09:00

Dekabrın 9-dan 12-dək Bakı şəhərində Dənizdə mühüm enerji infrastrukturunun mühafizəsi üzrə fəaliyyət planı, əməliyyat ssenarisi və prosedurların işlənib hazırlanması mövzusunda növbəti seminar, dekabrın 10-dan 12-dək isə Brüssel şəhərində (Belçika) Tərəfdaşlar arasında informasiyanın canlı idarə edilməsi sistemi (ePRIME) kursu keçiriləcək.

Erməni kəşfiyyat-təxribat qrupları məhv edilib 9 Dekabr 2014 09:00

Dekabrın 8-də axşam saatlarında cəbhənin cənub istiqamətində erməni kəşfiyyat-təxribat qrupları təmas xəttini keçməyə cəhd göstəriblər.

Məlumat 8 Dekabr 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın elektron kütləvi informasiya vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin guya cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və bu Ermənistan Silahlı Qüvvələri bölmələrinin verdiyi itkilərin sayının gizlədilməsi məqsədilə atılan növbəti addımdır.

Hərbi maşın minaya düşüb 8 Dekabr 2014 09:00

Hərbi maşının minaya düşməsi nəticəsində 1980-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrimizdə müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu kiçik çavuş Qurbanov Qoşqar Məqsəd oğlu həlak olub.

"İnformasiya təhlükəsizliyi" və "Fiziki təhlükəsizlik" üzrə məlumat topluları hazırlanıb 6 Dekabr 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrin fəaliyyəti haqqında informasiyanın yayılması, dövlət sirrinin mühafizəsi və informasiya təhlükəsizliyinin təmin olunması sahəsində tədbirlər haqqında müvafiq əmrinə əsasən "İnformasiya təhlükəsizliyi" və "Fiziki təhlükəsizlik" üzrə məlumat topluları hazırlanıb.

Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib 6 Dekabr 2014 09:00

"Xidmət etdiyim diyar" tədbirlər silsiləsindən Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş "Ümummilli lider Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının erməni təcavüzündən xilası" mövzusunda tədbir keçirilib.