Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Gəncədə Silahlı Qüvvələrin əşya və ərzaq xidməti rəislərinin toplantısı keçirilib 20 Dekabr 2014 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Gəncə şəhərində Silahlı Qüvvələrin birlik, birləşmə və əlahiddə hərbi bölmələrinin əşya və ərzaq xidməti rəislərinin toplantısı keçirilib.

Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanları Birliyinin üzvləri ilə görüş keçirilib 20 Dekabr 2014 09:00

C.Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanları Birliyinin üzvləri ilə görüş keçirilib.

Bərdə şəhərində hərbi vətənpərvərlik tədbiri keçirilib 20 Dekabr 2014 09:00

Bərdə hərbi birliyinin və rayonun Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "Gənclər gələcəyimizdir" mövzusunda hərbi vətənpərvərlik tədbiri keçirilib.

Azərbaycan-Türkiyə Yüksək səviyyəli hərbi dialoq iclası keçirilib 20 Dekabr 2014 09:00

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin iştirakı ilə Ankara şəhərində keçirilən 7-ci Yüksək səviyyəli hərbi dialoq iclası başa çatıb.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək 20 Dekabr 2014 09:00

Dekabrın 22-dən 28-dək Ankara şəhərində (Türkiyə) Türkiyə Silahlı Qüvvələrinin İdman Məktəbi və Təlim Mərkəzi Komandanlığının fəaliyyətləri ilə tanışlıq ziyarəti keçiriləcək.

Şəhid Fətəlizadə Rüfət Nazim oğlunun medalı ailəsinə təqdim olunub 17 Dekabr 2014 09:00

Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış Fətəlizadə Rüfət Nazim oğlunun dekabrın 17-də Ağsu rayonunun Padar kəndində anım mərasimi keçirilib.

Müdafiə naziri Silahlı Qüvvələrin tibb xidmətinin rəhbər zabit heyəti ilə görüşüb 17 Dekabr 2014 09:00

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi tibb xidmətinin rəhbər heyətinin ilin yekunlarına həsr olunmuş toplantısında iştirak edib.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 15 Dekabr 2014 09:00

Dekabrın 16-dan 18-dək Norfolk şəhərində (ABŞ) "Transformasiya Komandanlarının konfransı və Tərəfdaşların Transformasiya Komandanlarının dəyirmi masa" tədbiri, dekabrın 16-dan 17-dək isə Ankara şəhərində (Türkiyə) Türkiyə Silahlı Qüvvələri Sülh Naminə Tərəfdaşlıq Təlim Mərkəzi komandanlığının ziyarəti və Bonn şəhərində (Almaniya) Hərbi hüquq üzrə ekspert danışıqları keçiriləcək.

Azərbaycan Respublikasının Müdafiə naziri Bəhreyn Silahlı Qüvvələrinin Komandanını qəbul edib 13 Dekabr 2014 09:00

Dekabrın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bəhreyn Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifəni qəbul edib.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 13 Dekabr 2014 09:00

Dekabrın 15-dən 17-dək Marmaris şəhərində (Türkiyə) Dənizdə təhlükəsizlik əməliyyatları zamanı yerli mədəniyyətlərdən xəbərdar olma kursu, dekabrın 15-dan 18-dək isə Ankara şəhərində (Türkiyə) 7-ci Azərbaycan-Türkiyə Yüksək səviyyəli hərbi dialoq iclası keçiriləcək.