Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Bütün hava məkanı Hərbi Hava Qüvvələrimizin tam nəzarəti altındadır 6 Avqust 2014 09:00

Ermənistan Respublikası kütləvi informasiya vasitələrinin Dağlıq Qarabağ ərazisi üzərində guya ermənilərə məxsus hərbi təyyarələrin qoşunların təmas xətti boyunca uçuşlar keçirməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və bu məqsədyönlü dezinformasiya xarakteri daşıyır.

Latviya Respublikasının Müdafiə naziri ölkəmizə rəsmi səfərə gələcək 6 Avqust 2014 09:00

Avqustun 7-də Latviya Respublikasının Müdafiə naziri cənab Raymonds Veyonis Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.

Müdafiə naziri cəbhə bölgəsindədir 4 Avqust 2014 09:00

Son günlər cəbhədəki gərginliklə əlaqədar vəziyyəti yerində qiymətləndirmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsinə gedib.

Yaralı əsgərimiz vəfat edib 4 Avqust 2014 09:00

Kədər hissi ilə bildiririk ki, həkimlərin səylərinə baxmayaraq düşmənin kəşfiyyat-təxribat qrupunun müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqını cəhdinin qarşısını alarkən ağır yaralanmış əsgər Qarazadə Anar Vidadi oğlunun həyatını təəssüf ki, xilas etmək mümkün olmayıb.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq konfransda iştirak edəcək 4 Avqust 2014 09:00

Avqustun 5-i və 6-da İslamabad şəhərində (Pakistan) AMAN-15 təliminin ilkin planlaşdırma konfransı keçiriləcək.

Müdafiə naziri şəhidləri təltif edib 3 Avqust 2014 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən "Azərbaycan Respublikasının "Hərbi xidmətdə fərqlənməyə görə" medalı haqqında" Əsasnaməyə müvafiq olaraq, aşağıda adları göstərilən hərbi qulluqçular ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif ediliblər:

Müdafiə naziri Silahlı Qüvvələrimizə dəstək olanlara təşəkkür etdi 3 Avqust 2014 09:00

Son günlər Müdafiə Nazirliyinin ünvanına keçmiş döyüşçülər, müharibə veteranları, o cümlədən, cəbhəyanı bölgələrdə yaşayan sakinlərdən düşməni məhv edərək torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Silahlı Qüvvələrimizin şəxsi heyətinə dəstək olduqlarını ifadə edən çoxsaylı müraciətlər daxil olur.

Erməni kəşfiyyat-təxribat qrupunun basqın cəhdinin qarşısı alınıb 2 Avqust 2014 09:00

Avqustun 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Təxirəsalınmaz cərrahiyyə bölməsinin rəisi tibb xidməti polkovnik-leytenantı Zirəddin Abbasovun açıqlaması 2 Avqust 2014 09:00

Son günlər cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının aparıcı mütəxəssisləri bölgələrə ezam olunublar.

Düşmənin kəşfiyyat-təxribat qruplarının iki istiqamətdə təmas xəttini keçməsi cəhdinin qarşısı alınıb 1 Avqust 2014 09:00

İyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.