Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə naziri bölük komandirlərinin şəxsi heyətlə iş üzrə müavinlərinin təkmilləşdirmə kursunun ilk məzunları ilə görüşüb 29 Avqust 2014 09:00

Avqustun 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində şəxsi heyətlə iş üzrə bölük komandiri müavinlərinin təkmilləşdirmə kursunun ilk məzunları ilə görüşüb.

Monitorinq baş tutdu 29 Avqust 2014 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 29-da Tovuz rayonu Ağdam kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Rumıniyaya səfəri başa çatıb 28 Avqust 2014 09:00

Avqustun 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniyanın iqtisadiyyat naziri Konstantin Nitsa ilə görüşüb.

Təmas xəttində monitorinq keçiriləcək 28 Avqust 2014 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 29-da Tovuz rayonu Ağdam kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının Müdafiə naziri Rumıniyada rəsmi səfərdədir 27 Avqust 2014 09:00

Avqustun 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniya Milli Müdafiə naziri cənab Mirça Duşanın dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedib.

Azərbaycan Respublikasının Müdafiə naziri Rumıniyaya rəsmi səfər edəcək 26 Avqust 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rumıniya Milli Müdafiə naziri cənab Mirça Duşanın dəvətilə avqustun 27-də bu ölkəyə rəsmi səfər gedəcək.

Əməkdar Artist Azərin hərbçilər qarşısında konsert proqramları ilə çıxış edib 24 Avqust 2014 09:00

Azərbaycan Respublikasının Əməkdar Artisti Azərin Silahlı Qüvvələrin hərbi hissələrində keçirilən andiçmə mərasimi ərəfəsində Gəncə şəhərində yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçular qarşısında konsert proqramı ilə çıxış edib.

Ukraynadan olan Azərbaycanın Milli Qəhrəmanının ailəsinə "Qızıl Ulduz" medalı təqdim olunub 24 Avqust 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə nazirliyin zabiti polkovnik Abdulla Qurbani avqustun 23-də Ukraynanın Xarkov şəhərinə gedərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Ruslan Aleksandroviç Polovinkanın ailəsinə baş çəkib, qəhrəmanın xatirəsinə həsr olunmuş anma mərasimlərində iştirak edib.

Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində andiçmə mərasimi keçirilib 24 Avqust 2014 09:00

Avqustun 24-də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Tank əleyhinə bölmələrin intensiv təlimləri keçirilir 23 Avqust 2014 09:00

Qoşunların döyüş hazırlığı planına əsasən təlim mərkəzilərində tank əleyhinə bölmələrin şəxsi heyətinin intensiv hazırlığı həyata keçirilir.