Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Xüsusi mühafizə bölüyünə qəbul elan edilir 4 İyun 2014 09:00

Müdafiə Nazirliyinin xüsusi mühafizə bölüyünə müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunda olan, yaşı 20-dən 30-dək, boyu 175 sm.

Azərbaycan Respublikası Müdafiə nazirinin Brüsselə səfəri sona çatıb 4 İyun 2014 09:00

İyunun 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Brüssel şəhərində Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində keçirilən görüşdə iştirak edib.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək 4 İyun 2014 09:00

İyunun 5-dən 6-dək Almaniyanın Oberammerqau şəhərində "Cənubi Qafqaz və Moldova üzrə məlumat və təcrübə mübadiləsi" üzrə 21-ci konfrans keçiriləcək.

Şəhid əsgər Həsənli Zaur Söhbətdin oğlu dəfn edilib 3 İyun 2014 09:00

Düşmən tərəfindən açılan atəş nəticəsində dünən şəhid olmuş əsgər Həsənli Zaur Söhbətdin oğlu iyunun 3-də Xırdalan şəhərində dəfn olunub.

Azərbaycan Respublikasının Müdafiə naziri NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığında olub 3 İyun 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanı və ABŞ-ın Avropadakı Qüvvələri Komandanı general Filip Bridlavın dəvəti ilə Belçika Krallığında rəsmi səfərdədir.

Azərbaycan Respublikası Müdafiə nazirinin ABŞ Müdafiə Katibi ilə görüşü keçiriləcək 3 İyun 2014 09:00

İyunun 4-də Brüssel şəhərində Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində keçiriləcək iclas çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla ABŞ-nın Müdafiə katibi cənab Çak Heygel arasına ikitərəfli görüş nəzərdə tutulub.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin futbol çempionatı sona çatıb 2 İyun 2014 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrdə idman yarışlarının keçirilməsi haqqında əmrinə əsasən mayın 26-dan iyunun 1-dək hərbi qulluqçular arasında futbol çempionatı keçirilib.

Azərbaycan Respublikası Müdafiə nazirinin NATO-ya səfəri başlayıb 2 İyun 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanı və ABŞ-ın Avropadakı Qüvvələri Komandanı general Filip Bridlavın dəvəti ilə iyunun 2-də Belçika Krallığına rəsmi səfərə yola düşüb.

Əsgərimiz şəhid olub 2 İyun 2014 09:00

İyunun 2-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.