Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin yeni tikilmiş xidməti yaşayış binaları istifadəyə verilib 23 İyun 2014 09:00

İyunun 23-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən tikilmiş 2 doqquz mərtəbəli xidməti yaşayış binasının açılış mərasimində iştirak edib və bir qrup hərbi qulluqçuya mənzillərin açarlarını təqdim edib.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək 21 İyun 2014 09:00

Almaniyanın Hərbi Təhsilə Yardım Proqramına əsasən iyunun 23-dən iyulun 11-dək Hammelburq şəhərində (Almaniya) BMT hərbi müşahidəçiləri kursu keçiriləcək.

Məlumat 20 İyun 2014 09:00

İyunun 20-də saat 06.45 radələrində cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissədə xidmət keçən əsgər Ağakişiyev Bəhruz Xəqani oğlu tabeliyində olan avtomatdan atəş açaraq əsgər Əhmədov Kamran İntiqam oğlunu yaralamış və əsgər Abdullayev Neyman Elman oğlunu qətlə yetirmişdir.

Müdafiə naziri Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin və "Rosoboroneksport"-un rəhbərlərini qəbul edib 19 İyun 2014 09:00

İyunun 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru cənab Aleksandr Fomini və "Rosoboroneksport" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru cənab Anatoli İsaykini qəbul edib.

Müdafiə Nazirliyinin məlumatı 19 İyun 2014 09:00

Bu gün yerli elektron kütləvi informasiya vasitələrində erməni mənbələrinə istinadən Naxçıvan Muxtar Respublikasının ərazisində düşmən tərəfindən ərazimizdəki yüksəkliklərin guya ələ keçirilməsi ilə bağlı məlumat və fotolar yayılıb.

Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevin 100 illiyi qeyd olunub 19 İyun 2014 09:00

İyunun 19-da Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevin anadan olmasının 100 illiyi münasibəti ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində tədbir keçirilib.

Mahnı müsabiqəsinin final mərhələsi keçirilib 18 İyun 2014 09:00

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü münasibətilə Gəncə Zabitlər Evi və ordu birliyinin təşəbbüsü ilə keçirilən mahnı müsabiqəsinin final mərhələsi keçirilib.

Azərbaycan Respublikasının Müdafiə naziri NATO Parlament Assambleyasının Prezidentini qəbul edib 17 İyun 2014 09:00

İyunun 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO Parlament Assambleyasının Prezidenti cənab Hüqh Bayleyi (Böyük Britaniya) qəbul edib.

Monitorinq baş tutdu 17 İyun 2014 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 17-də Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Şəhid kiçik çavuş Kərimov Səməndər Fazil oğlu dəfn edilib 16 İyun 2014 09:00

Düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olmuş çavuş Kərimov Səməndər Fazil oğlu doğulduğu Füzulu rayonunun Aşağı Yağlıvənd kəndində dəfn olunub.