Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib 25 İyun 2014 09:00

İyunun 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbərliyi və şəxsi heyəti 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun AzərTAc-a müsahibəsi 25 İyun 2014 09:00

- Cənab nazir, ilk növbədə, Sizi və Milli Ordumuzun şəxsi heyətini 26 iyun - Silahlı Qüvvələrimizin yaradılmasının 96-cı ildönümü münasibətilə ürəkdən təbrik edir, Sizə işinizdə uğurlar arzulayırıq.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 25 İyun 2014 09:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibb xidmətinin yaranmasında, şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında fədakar əməyinə, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrində uzunmüddətli səmərəli fəaliyyətinə, Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin inkişafında və təbliğində, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 25 İyun 2014 09:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 25 İyun 2014 09:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə, hərbi təhsil sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıda adları göstərilən hərbi qulluqçuları və mülki işçiləri təltif edilsinlər:

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə Azərbaycan Respublikası Müdafiə nazirinin təbriki 25 İyun 2014 09:00

Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!Sizi 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək 25 İyun 2014 09:00

İyunun 26-dan 28-dək Batumi şəhərində (Gürcüstan) Müdafiə və Təhlükəsizlik konfransı keçiriləcək.

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRİNİN XÜSUSİ TƏYİNATLI TƏHSİL MÜƏSSİSƏLƏRİ MƏZUNLARININ BURAXILIŞINA HƏSR EDİLMİŞ TƏNTƏNƏLİ MƏRASİMDƏKİ ÇIXIŞI 24 İyun 2014 09:00

Cənab generallar və zabitlər!Məzunlar və kursantlar!Hörmətli müharibə veteranları, valideynlər və qonaqlar!

Xüsusi təyinatlı təhsil müəssisələri məzunlarının buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib 24 İyun 2014 09:00

İyunun 24-də xüsusi təyinatlı təhsil müəssisələrinin - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik məktəblərinin, Silahlı Qüvvələrin Hərbi Akademiyası, Təlim-Tədris Mərkəzi və Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi məzunlarının növbəti buraxılış mərasimi keçirilib.

Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin xatirəsi anılıb 24 İyun 2014 09:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşəbbüsü ilə Belarus Respublikasının Slutsk şəhərində Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Nikolayeviç Davidoviçin xatirəsi anılıb.