Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 30 İyun 2014 09:00

Müdafiə Nazirliyi bildirir ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə əlavə edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 281 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 nömrəli "Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyasının ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə" Qərarına əsasən kompensasiyanın ödənilməsi üçün əlavə maliyyə vəsaiti və sənədləşməyə çox vaxt tələb olunduğundan Müdafiə Nazirliyində bu işlər mərhələli şəkildə aparılır.

Silahlı Qüvvələrin nümayəndələri beynəlxalq hərbi tibbi konqresdə iştirak ediblər 30 İyun 2014 09:00

Azərbaycan Respublikası Silahlı Qüvvələrin tibb xidmətinin üç nəfərdən ibarət nümayəndə heyəti İstanbul şəhərində keçirilən "Hərbi münaqişələr və təbii fəlakətlər zamanı tibbi yardımın təşkili və göstərilməsi" mövzusunda Birinci Hərbi Tibbi Konqresində iştirak ediblər.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 30 İyun 2014 09:00

Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 1-dən 4-dək Bakı şəhərində Müdafiənin idarə olunması üzrə seminar və Azərbaycan-ABŞ İş Planına əsasən iyulun 1-dən 3-dək Lyublyana şəhərində (Sloveniya) Maddi Texniki Təminat məsələləri üzrə seminar keçiriləcək.

Birgə əməliyyat-taktiki təlimləri davam edir 27 İyun 2014 09:00

Silahlı Qüvvələr və başqa silahlı birləşmələrlə birgə əməliyyat-taktiki təlimin iyunun 26-dan etibarən başlamış fəal fazası çərçivəsində əməliyyatın birinci günü silahlı təcavüzün dəf edilməsi və əks-hücum üzrə təlim sualları tam işlənmiş, qarşıya qoyulan təlim-döyüş tapşırıqları uğurla yerinə yetirilmişdir.

Zabitimiz xəsarət alıb 27 İyun 2014 09:00

İyunun 27-də cəbhənin Qazax rayonu istiqamətində erməni silahlı bölmələri atəşkəs rejimini pozub.

Həftəlik icmal - VİDEO 26 İyun 2014 16:00

AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏ NAZİRİ GENERAL-POLKOVNİK ZAKİR HƏSƏNOVUN GÜLÜSTAN SARAYINDA SİLAHLI QÜVVƏLƏRİN YARADILMASININ 96-CI İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ TƏNTƏNƏLİ MƏRASİMDƏKİ ÇIXIŞI 26 İyun 2014 09:00

Cənab generallar və zabitlər!Hörmətli veteranlar və qonaqlar!

Birgə əməliyyat-taktiki təlimləri keçirilib - VİDEO 26 İyun 2014 09:00

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimləri keçirilib.

Silahlı Qüvvələr Günü münasibəti ilə "Gülüstan" sarayında təntənəli mərasim keçirilib 26 İyun 2014 09:00

İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə "Gülüstan" sarayında təntənəli mərasim keçirilib.

Müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub 25 İyun 2014 09:00

İyunun 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.