Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Təmas xəttində monitorinq keçiriləcək 14 Aprel 2014 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 15-də Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının NATO-nun "Sülh naminə Tərəfdaşlıq" proqramına qoşulmasının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib 12 Aprel 2014 09:00

2014-cü il Azərbaycan Respublikasının NATO-nun "Sülh naminə Tərəfdaşlıq" (SNT) proqramına qoşulmasının 20-ci ildönümü ilə əlaqədar cari ilin 11-12 aprel tarixlərində Bakı şəhərində Azərbaycanın Xarici İşlər Nazirliyinin və Azərbaycanın NATO Beynəlxalq Məktəbinin (NİSA) dəstəyi ilə "SNT-nin 20-ci ildönümü və NATO-nun gələcək tərəfdaşları" adlı yüksək səviyyəli konfrans keçirilib.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 11 Aprel 2014 09:00

Aprelin 13-dən 17-dək Sofiya şəhərində (Bolqarıstan) Silahların ixracına nəzarət üzrə tanışlıq səfəri, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən aprelin 13-dən 25-dək İzmir şəhərində (Türkiyə) uçuş təhlükəsizliyi kursu, aprelin 14-dən 16-dək Azərbaycan-Fransa müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planına əsasən Saumur şəhərində (Fransa) Fransanın Baş Qərargah Akademiyasına ziyarət və Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən Bakı şəhərində Hərbi Dəniz Qüvvələri üzrə seminar keçiriləcək.

Kütləvi informasiya vasitələrinin nümayəndələri ilə Azərbaycan Respublikası Sülhməramlı qüvvələrinin bir qrup şəxsi heyətinin görüşü təşkil edilib 10 Aprel 2014 09:00

Bu gün, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı kontingentinin xidmətini başa vuraraq aprelin 9-da Vətənə qayıtmış bir qrup hərbi qulluqçusu ilə kütləvi informasiya vasitələri nümayəndələrinin görüşü təşkil edilib.

Azərbaycan Respublikasının Müdafiə naziri İran İslam Respublikasına rəsmi səfər edəcək 10 Aprel 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə 14-15 aprel 2014-cü il tarixlərində İran İslam Respublikasına rəsmi səfər edəcək.

Yaralıların vəziyyətləri stabildir, xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur 9 Aprel 2014 09:00

Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan və hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyyə olunaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilən hərbi qulluqçuların vəziyyəti barədə Azərbaycan Respublikasının Silahlı Qüvvələrin baş cərrahı, polkovnik Famil BABAYEVin açıqlaması:

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Vətənə qayıdıb 9 Aprel 2014 09:00

Aprelin 9-da Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 34 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıtmışdır.

Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi cəbhə bölgəsindədir 9 Aprel 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasının açılış mərasimində çıxışı 8 Aprel 2014 09:00

Hörmətli cənab sədr!Hörmətli iclas iştirakçıları!Xanımlar və cənablar!Əvvəlcə icazə verin Sizi Azərbaycan torpağında salamlayım.

Bakı şəhərində MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib 8 Aprel 2014 09:00

Aprelin 8-də Bakı şəhərində MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib.