Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Qazaxıstan Respublikası Müdafiə nazirinin Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır 18 Aprel 2014 09:00

Aprelin 21-də Qazaxıstan Respublikasının Müdafiə naziri cənab Serik Axmetovun Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.

Azərbaycan Respublikasının Müdafiə naziri "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü"nün qeyd edilməsi haqqında əmr imzalayıb 18 Aprel 2014 09:00

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin səxsi heyəti ilə görüşdüyü və təhsil müəssisəsinə Bayraq təqdim etdiyi 19 aprel gününün tarixi əhəmiyyətini nəzərə alaraq həmin gün "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü" kimi qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələri Komandanının Azərbaycan Respublikasına rəsmi səfəri başlayıb 17 Aprel 2014 09:00

Aprelin 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin Komandanı aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümumilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən genişmiqyaslı hərbi təlimlərin aktiv fazası başa çatıb 17 Aprel 2014 09:00

2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən genişmiqyaslı hərbi təlimlərin aktiv fazası yekunlaşıb.

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə genişmiqyaslı hərbi təlimlər keçirilir 16 Aprel 2014 09:00

2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikası ərazisində genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Müdafiə nazirinin İran İslam Respublikasına rəsmi səfəri başa çatıb 15 Aprel 2014 09:00

İran İslam Respublikasında iki günlük rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 15-də günün ikinci yarısında Bakıya qayıdıb.

Monitorinq baş tutdu 15 Aprel 2014 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 15-də Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələri Komandanının Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır 15 Aprel 2014 09:00

Aprelin 16-da Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin Komandanı aviasiya marşalı Tahir Rafiq Battın Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək 15 Aprel 2014 09:00

Azərbaycan-ABŞ iş planına əsasən 2014-cü ilin aprel ayının 16-dan 2015-ci ilin yanvar ayının 9-dək San Antonio şəhərində (ABŞ) Rabitə kapitanlarının karyera kursu keçiriləcək.

Azərbaycan Respublikasının Müdafiə naziri Tehranda rəsmi səfərdədir 14 Aprel 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə Tehranda rəsmi səfərdədir.