Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Sağlamlıq imkanları məhdud gənclər üçün bir günlük simvolik hərbi xidmət təşkil edilib 30 Aprel 2014 09:00

Aprelin 30-da Müdafiə Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud olan bir qrup gənc üçün bir günlük simvolik əsgəri hərbi xidmət təşkil edilib.

Azərbaycan Respublikasının Müdafiə naziri Serbiya Respublikasının keçmiş Prezidentini qəbul edib 29 Aprel 2014 09:00

Aprelin 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edən Serbiya Respublikasının keçmiş Prezidenti cənab Boris Tadiçi qəbul edib.

Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclası keçirilib 29 Aprel 2014 09:00

Aprelin 29-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclası keçirilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin pentatlon yarışları sona çatıb 29 Aprel 2014 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrdə idman yarışlarının keçirilməsi haqqında illik əmrinə əsasən hərbi qulluqçular arasında pentatlon (beşnövçülük) yarışları keçirilib.

Müdafiə Nazirliyinin nümayəndə heyəti Braziliyada işgüzar səfərdədir 28 Aprel 2014 09:00

Braziliya Federativ Respublikasının Müdafiə Nazirliyinin rəsmi dəvətilə 28-29 aprel tarixlərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Braziliyaya işgüzar səfərə gedib.

Azərbaycan Respublikasının Müdafiə naziri Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib 26 Aprel 2014 09:00

Aprelin 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Santiaqo Luis Bento Fernandez Alkasarı qəbul edib.

Azərbaycan Respublikasının Müdafiə naziri İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib 26 Aprel 2014 09:00

Aprelin 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Möhsün Pakayini qəbul edib.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Albert Aqarunovun anadan olmasının 45 illik yubileyi keçirilib 25 Aprel 2014 09:00

Aprelin 25-də Müdafiə Nazirliyi Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Milli Qəhrəman Albert Aqarunovun anadan olmasının 45 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Azərbaycan Respublikasının Müdafiə naziri Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak edir 24 Aprel 2014 09:00

Aprelin 24-də Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə Gelibolu yarımadasındakı Tarixi Milli Parkda yerləşən Şəhidlər abidəsi önündə beynəlxalq anma mərasimi keçirilib.

Əsgərimiz düşmən gülləsindən yaralanıb 24 Aprel 2014 09:00

Aprelin 23-ü saat 20:40 radələrində Qəbələ rayonundan hərbi xidmətə çağırılmış N saylı hərbi hissənin əsgəri 1994-cü il təvəllüdlü Məcidov Elnur Əli oğlu döyüş növbətçiliyi çəkərkən düşmən gülləsinə tuş gəlib.