Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin rəhbərliyi Maddi Texniki Təminat Baş İdarəsinin əsaslı təmir edilmiş inzibati binasının açılış mərasimində iştirak edib 18 Yanvar 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin əsaslı təmir edilmiş inzibati binasının açılış mərasimində iştirak ediblər.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 20 yanvar şəhidlərinin ildönümünə həsr olunmuş xatirə mərasimi keçirilib 18 Yanvar 2014 09:00

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 20 yanvar şəhidlərinin ildönümünə həsr olunmuş "Ölməzliyə qovuşanlar" mövzusunda xatirə mərasimi təşkil edilib.

Müdafiə Nazirliyinin kütləvi informasiya vasitələri, ictimaiyyət nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciəti 17 Yanvar 2014 09:00

Son vaxtlar Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrində müxtəlif məzmunlu məlumatlar dərc olunur, elektron mediada və sosial şəbəkələrdə yerləşdirilir.

Azərbaycan Respublikasının Müdafiə naziri Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib 16 Yanvar 2014 09:00

Yanvarın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Amangeldı Jumabayevi qəbul edib.

Məlumat 15 Yanvar 2014 09:00

Yanvarın 12-də Gəncə səhərində yerləşən "N" saylı hərbi hissəsələrdən birində 1995-ci il təvəllüdlü, 2014-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılan əsgər Əlizadə Rəvan Arif oğlu və 1995-ci il təvəllüdlü, 2014-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayonu şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılan əsgər Nəcəfov Nicat Vüqar oğlu özlərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər (sol saidin kəsilmiş yaraları diaqnozu).

Azərbaycan Respublikasının Müdafiə nazirinin Fransa Respublikasına rəsmi səfəri başa çatıb 15 Yanvar 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Fransa Respublikasına rəsmi səfəri başa çatıb.

Təmas xəttində monitorinq keçiriləcək 14 Yanvar 2014 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 15-də Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının Müdafiə naziri Fransa Respublikasına rəsmi səfərə yola düşüb 13 Yanvar 2014 09:00

Yanvarın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikasına rəsmi səfərə yola düşüb.

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti tibbi komissiyalar tərəfindən təkrarən yoxlanılacaq 11 Yanvar 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalar tərəfindən təkrarən yoxlanışdan keçiriləcək.

Azərbaycan Respublikasının Müdafiə naziri Silahlı Qüvvələrin rəhbərliyi ilə səyyar toplantı keçirib 11 Yanvar 2014 09:00

Yanvarın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin rəhbərliyi ilə səyyar toplantı keçirib.