Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Respublikasının müdafiə nazirinin Xorvatiya Respublikasının keçmiş prezidenti ilə görüşü olub 31 May 2013 09:00

Mayın 31-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Xorvatiya Respublikasının keçmiş prezidenti Stepan Mesiçlə görüşü olub.

Hərbi qulluqçu intihar edib 31 May 2013 09:00

Mayın 30-u saat 21:30 radələrində Şəmkir hərbi birləşməsində müddətdən artıq xidmət edən (MAXE) əsgər Mehdiyev Samir Vaqif oğlu intihar edib.

"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI 30 May 2013 09:00

Makedoniya SQ-nin bölüyünün 1-ci səviyyəli özünü-qiymətləndirmə təlimi və qiymətləndiricilərin təlim kursu02-07.06.2013Kavadarçı, Makedoniya Adi silahlara nəzarət üzrə informasiya mübadiləsi kursu03-07.06.2013Oberamer, AFR Tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq kursu03-07.06.2013Brüssel, Mons, Belçika NATO-nun konsepsiyaların hazırlanması və tətbiq edilməsi03-07.06.2013Riqa, Latviya Azərbaycan-AFR ikitərəfli əməkdaşlıq proqramına əsasən03-07.06.2013 Mətbuat və İnformasiya işi üzrə ekspert danışıqlarıBakı, Azərbaycan “Qərargah zabitləri üçün MTT üzrə tanışlıq” kursu03-14.06.2013Ankara, Türkiyə 25-ci Beynəlxalq hərbi müşahidəçi kursu03-21.06.2013Szolnok, Macarıstan Silahlı Qüvvələrin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardım göstərilməsi məqsədilə NATO/ABŞ ekspertlərinin səfəri04-06.06.2013Bakı, Azərbaycan Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən04-06.06.2013 Silahlı Qüvvələrdə infeksion xəstəliklər üzrə regional silsilə seminarıTallin, Estoniya Baltik Müdafiə Kollecinin nümayəndə heyətinin Azərbaycan Respublikasına akademik səfəri04-08.06.2013 Bakı, Azərbaycan Azərbaycan-AFR arasında 2013-cü il üçün illik proqrama əsasən10-14.06.2013 Tibb xidməti üzrə ekspert danışıqları Lir, AFR NATO və tərəfdaş ölkələr üçün NATO rabitə və informasiya sistemləri üzrə tanışlıq kursu10-14.06.2013Latina, İtaliya.

Monitorinq baş tutdu 23 May 2013 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 23-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndinin şərqindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Azərbaycan Respublikasının müdafiə naziri Moskvaya gedib 22 May 2013 09:00

Mayın 22-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev "Avropada təhlükəsizliyin hərbi-siyasi aspektləri" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Moskvaya yola düşüb.

Təmas xəttində monitorinq keçiriləcək 22 May 2013 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 23-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndinin şərqindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

İspaniya Krallığının müdafiə nazirinin Azərbaycan Respublikasının müdafiə naziri ilə görüşü olub 21 May 2013 09:00

Azərbaycanda rəsmi səfərdə olan İspaniya Krallığının müdafiə naziri Pedro Morenes Alvaro de Eulatellə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin görüşü olub.

İspaniya Krallığının müdafiə nazirinin Azərbaycana səfəri başlayıb 20 May 2013 09:00

İspaniya Krallığının müdafiə naziri cənab Pedro Morenes Alvaro de Eulaten və Krallığın Müdafiə Qərargahının rəisi admiral Fernando Qarsia Sançesin də daxil olduğu nümayəndə heyətinin bu gün Azərbaycana iki günlük rəsmi səfəri başlayıb.

"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI 14 May 2013 09:00

Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq proqramına əsasən 20-24.05.2013 Qara dəniz və Xəzər dənizi regionunda təhlükəsizlik məsələləri üzrə VIII simpozium Batumi, Gürcüstan “Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Rəy – proqramı çərçivəsində 2-ci səviyyəli NATO qiymətləndirməsi” təlimi 21-30.05.2013Allentsteig, Avstriya Hərbi Akademiya rəislərinin növbəti konfransı27-29.05.2013Oslo, Norveç Birgə əməliyyatlarda MTT kursu 27-31.05.2013Oberamerqau, AFR Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq proqramına əsasən 27.05-22.06.

Azərbaycan Ordusu cəbhə bölgəsində hərbi təlimlər keçirir 14 May 2013 09:00

Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlər keçirir.