Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI 15 Aprel 2013 09:00

Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən 15-25.04.2013 “Saber Guardian 2013” təlimi Cincu, Rumıniya Tərəfdaşlar üçün NATO ilə tanışlıq kursu15-19.04.2013Roma, İtaliya FTƏP-dən əlavə16-18.04.2013 SNT konsorsiumunun terrorizmə qarşı mübarizə üzrə işçi qrupunun yaz sessiyasıBuxarest, Rumıniya FTƏP-dən əlavə 22-24.04.2013 SNT konsorsiumunun 15-ci illik konfransı Cenevrə, İsveçrə Azərbaycan-Rumıniya ikitərəfli əməkdaşlıq planına əsasən 22.04-17.05.2013 Planlaşdırma, proqramlaşdırma, büdcə prosedurları və qiymətləndirmə sistemi üzrə kurs Brasov, Rumıniya Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən 22-26.04.2013 AFR Quru Qoşunlarının kəşfiyyat taburunda keçirilən təlimdə müşahidəçi qismində iştirak AFR, Hannover “Qaraciyər xəstəlikləri” üzrə 48-ci beynəlxalq konqres 24-28.04.2013Amsterdam, Hollandiya Beynəlxalq Hərbi İdman Şurasının 1-ci Dünya futbol kubokunun püşkatma mərasimi29.04.2013 Bakı, Azərbaycan.

Azərbaycan Respublikasının müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsini qəbul edib 15 Aprel 2013 09:00

Aprelin 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrey Deşitsanı qəbul edib.

132 hərbi qulluqçuya mənzillərin sənədləri təqdim edilib 12 Aprel 2013 09:00

Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci ildə imzalanmış fərmanına uyğun olaraq bu gün Təlim və Tədris Mərkəzində 132 hərbi qulluqçuya mənzillərin sənədləri təqdim edilib.

Azərbaycan Respublikasının müdafiə naziri ATƏT-in baş katibinin müavinini qəbul edib 11 Aprel 2013 09:00

Aprelin 11də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in baş katibinin müavini Adam Kobieratskini qəbul edib.

NATO-nun Beynəlxalq Qərargahının ekspert qrupu ilə Azərbaycanın Respublikası Müdafiə Nazirliyi arasında işçi görüşü başlayıb 10 Aprel 2013 09:00

Planlaşdırma və Analiz Prosesinin və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının həyata keçirilməsinin qiymətləndirilməsi üzrə NATO-nun Beynəlxalq Qərargahının ekspert qrupu ilə Azərbaycanın Respublikası Müdafiə Nazirliyi arasında işçi görüşü başlayıb.

Azərbaycan ordusunun leytenantı şəhid olub 9 Aprel 2013 09:00

Aprelin 8-i saat 20.00 radələrində qoşunların təmas xəttinin Ağdam rayonunun Kəngərli kəndi istiqamətində N saylı hərbi hissənin leytenantı 1988-ci il təvəllüdlü Məmmədov Şəhriyar Bayramqulu oğlu atəşkəsin pozulması nəticəsində şəhid olub.

Monitorinqlər baş tutdu 5 Aprel 2013 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 4-də Azərbaycan Respublikasının Tərtər rayonunun Tərtər-Ağdərə yolu və aprelin 5-də Ağdam rayonunun Ağdam-Bərdə yolu üzərindəki təmas xəttində keçirilən monitorinqlər insidentsiz başa çatıb.

Təmas xəttində monitorinq keçiriləcək 3 Aprel 2013 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 4-də Azərbaycan Respublikasının Tərtər rayonunun Tərtər-Ağdərə yolu və aprelin 5-də Ağdam rayonunun Ağdam-Bərdə yolu üzərindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI 1 Aprel 2013 09:00

Verifikasiya heyəti üçün alman dili kursu 03.04-25.09.2013 Hürt, AFR 10-cu Beynəlxalq qərargah zabitlər kursu 04.04-13.06.2013Liptovski-Mikulaş, Slovakiya “Avropa psixiatrlarının 21-ci konqresi”06-09.04.2013 Nitsa, Fransa Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən 08.04-03.05.2013 “Qlobal dəniz təhlükələri və təhlükəsizlik sistemi kursu” Altınova-Yalova, Türkiyə FTƏP və PAP üzrə qiymətləndirmə görüşü08-12.04.2013Bakı, Azərbaycan Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən 09-12.04.2013 Döyüşdə yaralanmışlara hospitala aparılmazdan əvvəl tibbi xidmət kursu Kaunas, Litva Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən 09-12.04.2013 “Parlament – hərbi əlaqələri və nəzarət” Qarmiş-Partenkirxen, AFR Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən 10.04.2013-04.03.2014 “Motoatıcı kapitanları” kursu San-Antoniyo, ABŞ Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən 10.04.2013-19.11.2013 “Artilleriya kapitanları” kursu San-Antoniyo, ABŞ.